Tanınmış şairdən Tünzaləyə sərt sözlər:
“Tünzalə Ağayeva bir müğənni kimi artıq tükənib”.
Bunu Qaynarinfo-ya açıqlamasında şair və jurnalist Anar Vəziroğlu Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq səhnə geyimlərinin sosial şəbəkədə tənqid edilməsindən danışarkən deyib.
Anar Vəziroğlu hər bir insanın tükənən vaxtının olduğunu xatırladıb:
“Müğənnilər isə tükənəndə pul xərcləmək istəmirlər. Baxırsan ki, mahnının sözlərini də musiqisini də özləri yazır və həm də oxuyurlar. Müğənnilər tükənəndə bilmirlər nə etsin, başlayırlar başqa şeylərlə özlərini gündəmdə saxlamağa. Məsələn, ədəbazlıqla, soyunmaqla və s. Vaxtı ilə Tünzalə səhnəyə necə çıxmışdı? Baş örtüyü ilə özünü izləyiciyə sevirməyi bacardı, tanıtdı. Tünzalə bu rolu o vaxt oynadı ki, rayondan təzə gəlmişdi. Amma indi baxın ona, görün rayondan gələn adamdan əsər-əlamət var? Özü də insanlara deyir ki, “beyinləri yoxdur”. İzləyicini təhqir edir”.

Anar Vəziroğlu hesab edir ki, Tünzalə Ağayeva izləyicinin, cəmiyyətin qədrini bilmir:
“Belə adamlar həmişə insanlara yuxarıdan aşağı baxır, çünki özü tükənib, səsi də yoxdur, vəssalam. Deyir soyunum, camaat da baxsın. Fikirləşirəm ki, müğənni soyunursa, lap yaxşı. Onsuz da 10 milyonun qarşısında soyunursan, onda həmin paltarla çıx küçəyə. Niyə küçəyə çıxmırsan? Çünki camaatdan qorxursan. Efirdə soyunanda bilirsən ki, sənə kimsə nəsə deməyəcək, amma küçədə yavaşça üzünə tüpürəcəklər, ya da olanı əynindən çıxaracaqlar”.
 

Bölmənin digər xəbərləri

11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO

Dünyapress TV

Xəbər lenti