b_400_300_16777215_00_https___gundemxeber.az_uploads_posts_2023-11_medium_1701115796_fg.jpg

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

GUNDEMXEBER.AZ bildirir ki, “Bəxt üzüyü” filmində “Seda” obrazı ilə tanınan Firəngiz Rəhimbəyovaya həsr olunan verilişdə həmkarları onunla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, Firəngiz Rəhimbəyova öz potensialından kifayət qədər istifadə edə bilməyib:

“Firəngizin səs tembri çox yaxşı idi. Onu keyfiyyətsiz mahnılarla yoldan çıxaran bəstəkarlar var idi. Firəngiz də çalışırdı ki, həmin əsərlərə müasirlik gətirsin”.

İlk ailə həyatı uğurlu olmayan müğənni 1993-cü ildə ABŞ-yə səfər edir və daha sonra birdəfəlik oraya köçmək qərarına gəlir. 1999-cu ildə amerikalı memarla ailə həyatı quran Firəngiz Los-Anceles şəhərində yaşamağa qərar verir. O, burada rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olurdu.

Əməkdar artist Gülşad Baxşıyeva həmkarının ABŞ-yə gedəcəyini öyrənəndə yaşadığı hisslərdən danışıb:

“ABŞ-yə gedəcəyini deyəndə elə bildim ki, nəyisə itirdim. O, Azərbaycanda qalmaq və ABŞ-yə getmək barədə seçim qarşısında idi. Dayısının dəvəti ilə oraya getdi”.

2017-ci ildə Firəngiz Bakıya “Bəxt üzüyü 2” filmində yenidən “Seda” roluna çəkilmək üçün dəvət alır.

Müğənni 16 avqust 2022-ci ildə ABŞ-də ürək tutmasından dünyasını dəyişir. O, ölümündən 22 gün sonra dəfn olunur.

Ətraflı süjetdə:

GUNDEMXEBER.AZ

Bölmənin digər xəbərləri

11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO

Dünyapress TV

Xəbər lenti