“Erməni türkü qəbul etməyəcək, verdikləri söz də, bağladıqları saziş də yalan olacaq”
“Allahdan şəhidlərimizə rəhmət diləyirəm. 37 saatlıq döyüşü mən onların intiqamı sayıram. Cənab prezident, Ali Baş Komandan bir daha Azərbaycan dövlətinin qüdrətini və xalqla dövlətin birliyini nümayiş etdirdi. O dəfələrlə təkrar etdi ki, dəmir yumruq yenə də öz yerindədir. Bunu başa düşən xalq ermənilər kimi rəftar etməzdi. Amma bu dəfə belə izah etdilər ki, onlarda silahlı qruplardır, falan. Neynək? Eybi yoxdur! Sabahkı danışıqdan çox şey asılıdır. Amma onu bilirəm ki, erməni heç vaxt türkü qəbul etməyəcək, türklə dostluq etməyəcək. Onların bağladıqları sazişlər də, verdikləri sözlərin də hamısı yalan olacaq”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.

“Allah böyükdür, hər dəfə yalnış addım atanda bizi ayıldır ki, onlara inanmayın. Həqiqətən də onların insan olduğuna, onların da Allah tərəfindən yaradıldığına bəzən şübhə ilə yanaşıram. İnanın! Əlbəttə ki, həm sevinirəm ki, lokal hərbi əməliyyatlar dayandırıldı, həm də şəhidlərimizə kədərlənirəm. Hətta Şuşada mülkü vətəndaşı belə iş başında öldürdülər. Güc-bəla ilə qurub-yaratdığımız Şuşanı da yaraladılar. Bu yaralar sağalar, şəhid yarasından başqa. Təki vətən bütöv olsun. Təki Ali Baş Komandanın yanında olmağımız, ona olan sədaqətimiz, ona olan inamımız sarsılmasın. Həmişə Azərbaycanımız üçün atdığımız addımların daha möhkəmini, daha iradəlisini ataq. Torpaqlarımız bizim nəzarətimizə keçəndən sonra əlbəttə ki, ora ilk gedənlərdən biri də mən olacağam” deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlər tarixin yaddaşından silinməyəcək.

“Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünü başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, o niyə belə deyir? Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir?! Mən bu faciəni bütün nəslimə, övladlarıma, ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik” deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO

Dünyapress TV

Xəbər lenti