Ardını oxu...
Britaniyalı musiqiçi və keçmiş “Beatles” üzvü Rinqo Starr Şimali Amerika turnesini ləğv edib.

İfaçının iki həftə ərzində ikinci dəfə koronavirusa yoluxduğu bildirilib. Onun testi sağaldıqdan sonra yenidən müsbət nəticə göstərib.

Turun ikinci mərhələsinin ləğvi Ringo tərəfindən “yenidən yolda” olduğunu elan etdikdən üç gün sonra baş tutub.

“Əminəm ki, siz də mənim kimi təəccüblənəcəksiniz. Koronavirus üçün testim yenidən müsbət çıxdı. Qastrol konsertlərimin qalan hissəsi də ləğv edilib”, - Starr “Twitter”də yazıb.

Qeyd edək ki, oktyabrın 4-də 82 yaşlı musiqiçiyə koronavirus diaqnozu qoyulduğu bildirilib.

Mənbə: lenta.ru
 
Ardını oxu...
"PnB Rock" ləqəbi ilə tanınan amerikalı reper Rakim Allen öldürülüb.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə, restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı reperə şübhəli şəxs hücum edib. O, reperin üzərindəki qızıl-zinət əşyalarını götürmək istəyib. Daha sonra reperi güllələyən cinayətkar dərhal hadisə yerindən qaçıb
Reper ən yaxın xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ardını oxu...
 
Ardını oxu...
Bakıda gənc oğlan itkin düşüb.
Teref.az Lent.az-a istinadən xəbər verir ki, Ağayev David Oleq oğlu 3 gün əvvəl yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun yaxınları polisə müraciət ediblər.
Hazırda axtarışlar davam edir.
Qeyd edək ki, David “TikTok”dakı paylaşımları ilə tanınır.
Ardını oxu...
 
Ardını oxu...
Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Namiq Hüseynov idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən 77-HB-375 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil qarşıda dayanan 99-PS-832 dövlət nömrə nişanlı “Renault”a çırpılıb.

“Renault” isə Namiq Hüseynovun maşınına dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sənətçinin özü də qəza ilə bağlı instaqram hesabında video paylaşıb.

0
 
 
Ardını oxu...
Müğənni Rəqsanə İsmayılovanın oğlu Muhammadəli bu gün əməliyyat olunacaq.

Bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, övladının əməliyyatına özü də girəcək.

Rəqsanə yutubda yayımlanan verilişində oğlunun əməliyyatını nümayiş etdirəcək.

Qeyd edək ki, Fazil Əmiraslanov adlı şəxslə ailəli olan sənətçinin bu nikahdan iki övladı var. İfaçının digər nikahlarından da iki qız övladı var.

 
Ardını oxu...
  • SƏNƏT
-A+

Aktrisa Nəzakət Məmmədovanın "Ümidlə gəl” verilişində həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyi barədə açıqlaması müzakirələrə səbəb olub.

Aparıcı Rövşanə Ağasəfqızı həmin proqramda məsələ ilə bağlı fikirlərini bildirib. O, belə hadisəni ictimailəşdirməyi doğru hesab etmədiyini deyib:
 
"Biabırçılığa bax. Qardaşı arvadı bir hoqqa çıxarıb, aktrisanın əri də bir… Dəhşətli bir şeydir. Olmaz! Bu əxlaq kodeksi deyil. Elə şeylər var ki, onu efirdə demək, göstərmək olmaz. Bunu ictimailəşdirmək düzgün deyil”.
 

Ardını oxu...
Məşhur vokal ifaçısı, müğənni Lətifə Soyuözün yüksək vəzifədə işləyən qardaşı işdən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Səttar Fətəliyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub.

Qeyd edək ki, polkovnik Səttar Fətəliyevin anası da uzun illər Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışıb və hazırda isə təqaüddədir.

 
Ardını oxu...


Ötən gün meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olub.

Məşhur ilk övladı Yusifə kiçik toy edib. Dağlının şad günüdə ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alıblar.

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub. Məclisdə sözün əsl mənasında izdiham yaşanıb. Bütün meyxana sevərlər Rəşadın oğlunun toyuna axın edib. Gecə boyunca Dağlı həmkarları ilə meyxana deyib. baku.ws
Xatırladaq ki, Rəşad Dağlının oğlu Yusifin 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Ardını oxu...
Rusiya musiqisi və rusiyalı ifaçıların qastrolu oktyabrın 7-dən Ukraynada qadağan olunur.
Bu barədə TASS agentliyinin məlumatında bildirilib.
Qadağa ilk növbədə televiziya, radio və ictimai yerlərdə 1991-ci ildən sonra Rusiya vətəndaşı olmuş və olan ifaçıların rusca mahnılarının səsləndirilməsi qadağan olunur.
İctimai nəqliyyatda və taksidə də rus musiqisini dinləmək qadağan olunub.
Rusiya müğənnilərin isə Ukraynaya qastrol səfərləri qadağan edilib.
Həmçinin yayda Ali Radanın deputatları rus kitablarının ölkəyə gətirilməsinə qadağa qoyub. Bundan başqa, ölkənin bir sıra regionlarında rus dilindən istifadə qadağa olunub.
 
 
 
Ardını oxu...
Bir neçə gün əvvəl müğənni Niyam Salami mərhum müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı bəzi detalları açıqlayıb.

Sənətçi qonaq olduğu efirdə Rəhimin tam sağalması üçün 150 min manat lazım olduğunu bildirib.

Niyamın Rəhimin sağalması üçün açıqladığı külli miqdarda pul hər kəsi təəccübləndirib. Qısa zaman ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən məsələ Rəhimin pərəstişkarlarını hiddətləndirib. Onlar həmkarlarının R.Rəhimliyə kömək etməməsini sərt tənqid ediblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aktyor Allahverdi Yolçuyev bildirib ki, mərhum müğənni kimdənsə yardım istəməyi heç vaxt özünə sığışdırmayıb:

“Rəhim Rəhimlini az-çox tanıyırdım, Allah ona rəhmət eləsin. O da mənim kimi xoşlamazdı ki, gedib nəyəsə görə kiminsə qapısını döysün, imdad diləsin. Mən necə ki, indi heç bir yerə - nə Mədəniyyət Nazirliyinə, nə də Səhiyyə Nazirliyinə getmirəm. Onlar özləri bunu bilməlidirlər.

Rəhim Rəhimlinin də öz dəsti-xətti vardı, həm bəstəkar, həm müğənni, həm də aparıcı idi. O, gözəl insan idi. Həmkarları dedi ki, müalicəsi üçün 150 min pul lazım imiş. Onu özləri öz aralarında toplaya bilərdilər, dövlət də kömək edə bilərdi. Amma təəssüf ki, sənətçilərin dəyəri ölümündən sonra bilinir. Vaxtilə bir-birinə can deyib, can eşidənlər, sənin çörəyinlə yaşayanlar, bu gün sayəndə artıq zirvədə olan sənətçilər sən dara düşəndə heç bir köməklik etmirlər. Rəhim də bu cür sənətçilərdən biri idi, həmişə başqalarına kömək olurdu”.

Sənətçi özünün də səhhətində ciddi problemlər olduğunu bildirib. Yolçuyev Mədəniyyət Nazirliyinin onunla maraqlanmadığını deyərək gileylənib:

“Mənim də vəziyyətim pisdir. Xəstəliyim daha da irəliləyib. Mədəniyyət Nazirliyi bunu bilir, hər şeydən xəbərləri var, səhərdən axşama qədər televiziyada, sosial şəbəkələrdə yazırlar ki, Allahverdi Yolçuyevin vəziyyəti pisdir. Amma heç kəs maraqlanmır. Mən də ona görə heç nə demirəm, öz həyatımla, nəvələrimlə başımı qatıram, harada qırılar, qırılar. Amma istəsələr xəstəliyimin qabağını ala bilərlər. 4 ildir nə maaş, nə təqaüd, nə də hər hansı bir yardım alıram. Yaxşı ki, uşaqlarım böyükdür, bir təhər dolanırıq, Allah özü kömək olsun. Artıq dublyaja da çağırmırlar. Keçən sezon Xəzər telekanalında olurdum, amma bu sezon götürdükləri serialda hamısı cavanlardır, ona görə haqlı olaraq məni çağırmayıblar. İnşallah, hər şey yaxşı olar, ümid etməkdən başqa bir yol yoxdur”.

Qeyd edək ki, Allahverdi Yolçuyev uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Əsmətxanım RZAZADƏ
 

Dünyapress TV

Xəbər lenti