Ardını oxu...
ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində İranda baş verən etirazlara dəstək nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, proqramın aparıcısı Zaur Baxşəliyev İrandan bir çox izləyiciləri salamlayaraq onların mübarizə əzmini təqdir edib.

“Ərdəbildə baş verənləri göz yaşları ilə izlədik, amma müqavimətiniz möhtəşəmdir. Qəlbimiz hər zaman sizinlədir”,- deyə Zaur qeyd edib.

İzləyicilər İrandakı soydaşlarımızın mübarizəsinə alqışlarla dəstək verib.
Ardını oxu...
Türkiyədə yayımlanan "Söylemezsem Olmaz" verilişinin şərhçisi Arto şok açıqlamaları ilə gündəmə gəlib.

"Paralel.az" xəbər verir ki, Artonun "Rza Zərrab Mehmet Dinçerlərə pul verib, Hadisə ilə evlənməsini istəyib" deməsi gündəm yaradıb.

"Beyaz" TV-də yayımlanan verilişinin şərhçisi Arto bu çıxışı ilə canlı yayıma damğa vurub. Hadisə ilə sevgili olduğu iddiası ilə gündəmə gələn Arto, Hadisənin boşandığı həyat yoldaşı Mehmet Dinçerlərlə bağlı maraqlı açıqlamalar verib.

“Sənə başqa bir nəzəriyyəmi danışacağam” deyərək çıxışına başlayan Arto bunları deyib: "Məncə Rza Zərrab Mehmet Dinçerlərlə razılaşaraq, "Sənə borcunu ödəmək üçün pul verirəm, Hadisə ilə evlən, 3-5 aya boşanacaqsan" deyib. Məncə çox mətiqlidir. Mehmet Dinçerin çoxlu borcları var idi. Mənim ağlıma bu versiya gəlir. Hətta mən Rzanın Hadisə ilə görüşdüyünə də inanıram". (Musavat.com)
 
Ardını oxu...
Azərbaycanda gənc müğənni, bəstəkar, "Yeni Ulduz" yarışmasının iştirakçısı olan 31 yaşlı Samir Cabbarov bir ildir xərçəngdən əziyyət çəkir.

Teref.az Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl stomatoloq tərəfindən yonulan dişinin sərt ucu onun dilinə sürtünərək dilin kənarlarını zədələyib. Öncə buna əhəmiyyət verməyib, bir müddət sonra onun dilinin kənarında kiçik şiş kimi qabarıq əmələ gəlib.

Daha sonra limfaları şişən Samirə həkimlər həmin şişin xərçəng olduğunu və limfalara yayıldığını bildirib.

Onkologiya Mərkəzində onun dilinin yarısı və limfa düyünləri kəsilib.

Kimyaterapiyalardan bir neçə ay sonra yenidən çənədə yumru şişlər əmələ gəlib.

Hazırda həmin şişlərin yeri dəlik kimi qalıb. Xəstəliyinə görə 20 kq arıqlayan, artıq mədəyə birləşmiş borucuq ilə qidalanan Samirin müalicəsində Bakıda oluna biləcək üsul qalmayıb.

Samirin həyat yoldaşı onu Türkiyəyə apararaq ağıllı dərman metoduna üz tutmaq istəyir:

"Biz bir neçə dəfə İstanbulda bahalı kimyaterapiyalardan keçmişik. Samirin qardaşı, yaxınları bu 1 ildə bütün müalicələrin xərcini çəkib. Amma daha manatımız belə yoxdur.

Samir yaxşı danışa bilmir, qorxur, heç dostlarının da onu bu halda görməsini istəmir. Heç bir verilişə çıxa bilmir.

Ağıllı dərmanın alınması üçün 15-20 min dollar lazımdır.

14 noyabrda biz Türkiyədə çek-apdan keçməliyik. Vaxt azdır, Samirin xilası üçün bundan artıq yol qalmayıb.

Ümidimiz gələn hər yerə üz tutmuşuq.

Samir hələ gəncdir, gözəl səsi var, arzuları, xəyalları vardı. Onu belə görmək içimizi parçalayır".
 
Ardını oxu...
Azərbaycanda TikTok sosial şəbəkəsində qoyulan məhdudiyyət aradan qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, hazırda Azərbaycan istifadəçiləri heç bir məhdudiyyət olmadan sözügedən sosial şəbəkədən istifadə edə bilirlər.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də məlumat yayıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.
 
Ardını oxu...
“Bizim tamaşaçı dəxilsiz rəqsə 200 manat verir bunu anlamadım”. Bu fikirləri dünyaca məşhur İrlandiya rəqqaslarının konserti barədə peşəkar rəqqas səsləndirib.

Bu günlərdə İrlandiyanın rəqs ansamblının Azərbaycanda konserti keçirilib. Azərbaycan tamaşaçısı konserti böyük maraqla qarşılayıb. Lakin konsertə peşəkar rəqqas baxışı və qiymətləndirməsi fərqlidir. Belə ki, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə konsertdən narazılığını ifadə edib.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, xalq artisti dünya şöhrətli irland ansamblının təqdimatından məmnun qalmadığını bildirib:

“Konsertə baxdım. Səhnədə 9 qız, 6 oğlan musiqiçi var idi. Musiqilər eyni tempdə, xareoqrafiya çox kasıb… Demək olar ki, eyni hərəkət və eyni rəqs cizgilərindən ibarətdir. Rəqqaslardən ikisi sanki səhnəyə yox, sumo güləşinə çıxmışdı. Çox kök idilər. Kostyumlardan heç danışmıram. Məni bu konsertdə təəccübləndirən bir şey oldu - bizim tamaşaçılar. Nə üçün dəxilsiz konsertə 200 manat verirdilər, bunu anlamadım".


https://www.youtube.com/shorts/Zh2h05YNg_I

Ardını oxu...
TEREF.AZ kulis.az-a istinadən məşhur diktor Nərgiz Cəlilova haqqında maraqlı faktları təqdim edir.

Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.

Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:

“Komissiyanın üzvləri arasında xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi”.

15 ilə qədər AZ TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonra illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.

Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə məhəbbət yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:

“Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.

Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü.

25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı”.

Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.

Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:

“Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur”.

Yaşadığı bu illər ərzində o, 2009-cu ildə Xəzər TV kanalında “Pəncərə”, 2015-ci ildə isə AZ TV-də “Sevilənlər” adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.

Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. Altmış üç yaşlı diktorun bir nəvəsi də var.
 

Ardını oxu...
Musiqi zövqdür. Zövqünü oxşayan mahnıların ifaçılarını canlı izləmək, onların konsertinə iştirak etmək isə hər bir pərəstişkarın arzusudur. Amma nədənsə, bəzi səbəblərdən sevənlərinin görüşünə gələn müğənniləri canlı izləmək bir çoxlarına qismət olmur. Bu səbəblər sırasında ən üstə bilet qiymətləri dayanır. Yerlər isə cibə uyğun dəyişir, təbii ki, imkanı olanlar ön sıradan biletlərini alır, konsertdə iştirak edir, əylənir...

Düzdür, əylənmək hamının haqqıdır, amma bu, həm də bizim maddi vəziyyəti aşağı olan təbəqənin də haqqıdır. Son dövrlər Azərbaycanda təşkil olunan konsertlərin bilet qiymətlərinin baha olması isə bir çoxlarının əylənmək haqqını əlindən alır. Xüsusilə insanlar ölkəmizi Türkiyə ilə müqayisə edirlər və bildirirlər ki, türkiyəli müğənnilərin öz ölkələrində verdikləri konsert biletlərinin qiyməti Bakıdakından qat-qat aşağıdır. Türkiyədə konsert bileti maksimum 30 manat olduğu halda, Azərbaycanda müğənnilərin təşkil olunan konsertləri üçün biletlər 300-450-500 manata satılır.

Məsələn, dekabrın 3-də baş tutacaq türkiyəli müğənni Yalının 2 saatlıq konserti üçün bilet qiymətləri 45-500 AZN arası dəyişir. Yalın sevərlər ifaçını ön sırada əyləşib izləmək üçün 500 manatlarından keçməli olacaqlar. Konsertin keçirilməsinə hələ bir ay qalmasına baxmayaraq, artıq 175 manata qədər olan biletlər satılıb, “əl yandıran” 500-lük yerlərdən isə cəmi 6-sı qalıb. Yalını 36-cı sırada əyləşib izləmək üçün sizə 175 manata başa gələcək. Nəzərə alsaq ki, əksər insanlar konsertə tək getmir, ya ailə ilə üzvləri, ya da dostları ilə birgə iştirak edirlər ki, bu da xərcləri iki, üç qat artırır.

Sosial mediada yayılan məlumatlara görə, Yalının konsertinin bilet qiymətlərinin baha olması Azərbaycanda çox sayda təşkilatçının müğənniyə müraciət etməsidir. Konsert təşkilatçılarının ifaçını Bakıya gətirmək üçün etdikləri cəhdlərdən sonra Yalın da qənaətə gəlib ki, ona ölkəmizdə “tələbat” çoxdursa, qonorarın miqdarı da çox olsun. O, nə az, nə çox tək özü üçün 120 min dollar istəyib. Qonorarın çox olması isə, bilet qiymətlərinə təsirsiz ötüşməyib.

Yaxın vaxtlarda baş tutacaq türkiyəli müğənni Karsunun konserti üçün bilet qiymətləri 30-180, Qazapizm 33-200, Kolpa 30-135, Soner Sarıkabadayı, Jah Khalib 50-230, Oğuzhan Koç 45-150, Rafet El Roman 40-220 manat arası dəyişir.

Bəs, bilet qiymətləri nəyə əsasən təyin olunur? Xarici müğənnilərin Azərbaycandakı konsertlərinin biletləri niyə bahadır? Qiymətə hansı amillər təsir edir?

Çox sayda məşhur müğənnini paytaxtımıza gətirən “Anadolu Events”in rəhbəri Eyyub Hüseynzadə bilet qiymətlərinə təsir edən amillərdən danışıb.

"Qonorar çoxdursa, bilet qiyməti də yüksək olur"

E.Hüseynzadə qeyd edib ki, bütün müğənnilərin özlərinin standart qonorarları olur və ölkəmizdə komanda şəklində gəlirlər. Qonorarla yanaşı, müğənninin və onunla birlikdə gələn heyətin bütün xərclərini də təşkilatçı qarşılayır ki, bu da qiymətlərə təsir göstərir:

“Özcan Dəniz Bakıda konsertə 25 nəfərlik heyətlə gəldi. Onların hər birinin təyyarə biletləri, hotel, yemək-içmək, transfer və s. üçün xərcləri təşkilatçı şirkət tərəfindən qarşılanır. Eyni zamanda, məkan pulu və digər bu kimi xərcləri də təşkilatçı qarşılayır. Bunların hamısını hesabladıqda böyük məbləğ ortaya çıxır”.

Eyyub Hüseynzadə söyləyib ki, müğənninin qonorarı nə qədər çoxdursa, bu, avtomatik olaraq biletin qiymətinə təsir göstərir. Əgər bilet bahadırsa, deməli ifaçının qonorarı da çoxdur, aşağıdırsa, qonorar da aşağıdır:

“Bəzən tamaşaçılar narazılıq edir, buradakı qiymətlərlə müğənninin öz ölkəsindəki qiymət arasında paralellər aparırlar. Özcan Dənizin, Yalının və ya hər hansı bir ifaçının Türkiyədə baş tutan konsertinin bilet qiymətləri ilə Bakıdakı qiymətləri müqayisə etmək məntiqsizdir. Elə müğənni var ki, onun təyyarə biletinin qiyməti 30 mindən çox olur. Amma həmin müğənni Türkiyədə bilet pulu ödəmir. Ödəsə belə, Ankaraya, İzmirə və s. gedir, yəni ölkə daxili uçuşlardan yararlanır. Türkiyədə isə daxili uçuşlar ucuz başa gəlir.

Eyni zamanda, konsertdə səs və işıq sistemi də böyük xərc tələb edir. Ən az qonorarla gələn müğənninin səs və işıq sisteminə çəkdiyimiz xərc 17-18 min manatdan aşağı deyil. Amma bu kimi sistemlər Türkiyədə inkişaf edib, az vəsait tələb olunur. Həmçinin zalın kirayəsi, reklam və s. xərclər də var. Bütün bunları hesablayaraq bilet qiyməti təyin edilir”.

Ölkəmizə gələn müğənnilərin əsas şərtləri nələrdir?

“20-25 nəfərlik heyət üçün həmişə 1 və ya 2 biznes-klas bilet alınır. Müğənninin əsasən hotel, avtomobil istəkləri olur, digərləri isə standartdır”, - Eyyub Hüseynzadə əlavə edib.

"Bu, “kimsə gəldi, filan qiymətə oxudu, getdi” deyil ki..."

Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də konsert qiymətləri və müğənnilərin şərtlərindən danışıb.

O qeyd dib ki, artıq dünyada bütün maliyyə məsələləri tənzimlənir. Qiymətləndirmə aparılmadan isə heç bir məhsul bazara çıxarılmır. Konsert də belədir, hər bir şey hesablanır, daha sonra bilet qiymətləri təyin olunur:

“Dünyada müğənnilərin müqavilə üzrə aid olduğu şirkətlər, prodüser mərkəzləri, studiyalar var. Onların heç biri pərakəndə şəkildə deyil, direktorla çalışır. Biz də buna doğru gedirik, yaxında hər şey tənzimlənəcək, daha rəsmi olacaq. Ona görə də müğənninin neçə manata konsert verməsinə, qonorarının yüksək olmasına və onun tələbinin gəldiyi ölkənin iqtisadiyyatına uyğun olub-olmadığına biz qərar vermirik. Həmin şirkətlərin kataloqu var, qiymətlər, konsertin proqramı orada qeyd olunur. “Müğənni gəlib bu qiymətə oxuyub getdi” anlayışı yoxdur. Eyni zamanda, “mən bu qiymətə oxuyuram” deyə də bir şey yoxdur. Prodüser mərkəzləri müğənninin konsert proqramını hazırlayır. İfaçı neçə nəfərdən ibarət komanda ilə gəlir, onlar hansı ölkədən gəlirlər, bunların açıqlaması var. Konsertində ön yerlərin qiyməti 400-500 manat olan müğənni, bəlkə 100 nəfərlik heyətlə gəlir, simfonik orkestr gətirir, onun ifa etdiyi əsərlərin icazəsi məsələləri var və s. Bir konsertin təşkil edilməsi üçün xeyli sənəd imzalanır, bu, “kimsə gəldi, filan qiymətə oxudu, getdi” deyil ki...”.

G.Həsənzadə vurğulayıb ki, müğənnilərin əksəriyyətinin konkret müəyyən olunmuş qonorarları var və ondan kənara çıxmırlar: “Burada reklam məsələsi də var. Bəzi təşkilatçılar ziyana belə getsələr, mütləq ən yaxşıları gətirirlər. Məsələn, qonorarı yüksək olsa da, ildə iki konsert olsun, amma şou-biznes bazarında ön sırada getsinlər. Deyirik ki, ABŞ-da hansısa aktyor 20 milyonluqdur. Müğənnilərdə də belədir. Bu qaydalar hər yerdə eyni tənzimlənir. Elə müğənni var ki, deyir, “100 min dollara gəlirəm, 90-lara düşə bilmərik, çünki biz o sıralama ilə gedirik”. Burada çox incəliklər var”.

"Təşkilatçı şirkətlər konsert proqramını satır, insanı yox"

Əməkdar incəsənət xadimi təklif edib ki, bu gün Azərbaycan tamaşaçasının əksəriyyətinin hansı qiymətə bilet almağa imkanının çatdığı və hansı qiymətdən yuxarı olan biletləri almağa imkanının çatmadığı müəyyən edilməlidir: “Sonra təyin edilir ki, bu qiymətə hansı müğənnilər oxuya bilər. Bəlkə müğənni Bakıya elə qarderob gətirir ki, “Dolce&Gabbana”nın kostyumlarını konsert vaxtı nümayiş etdirəcək. Bu ifaçılar məhsuldur, onları satan təşkilatçı şirkətlər hər bir detalı nəzərə alaraq qiymət təyin edir. Çünki təşkilatçı şirkətlər konsert proqramını satır, insanı yox”.

Müğənnilər o qədər şərt qoyurlar ki...

G.Həsənzadə ifaçıların tələblərinin çox olduğunu söyləyib: “Onlar hətta yedikləri yeməyə, qaba, içkiyə qədər əvvəlcədən deyirlər. O qədər şərt qoyurlar ki... Hansı divanda əyləşəcək, otağında nə olmalıdır, hansı gül olsun, hansı olmasın və s. kimi tələbləri olur”.

Bəstəkar qeyd edib ki, bilet qiyməti hansısa bir ölkədə müğənniyə göstərilən münasibətlə təyin olunmur. Qiymət həmin müğənninin bağlı olduğu şirkətə aiddir: “İstəmirəm ki, insanlar konsertinin qiyməti baha olan müğənniyə nifrət etsinlər. Deyəcəklər ki, “gəlib Azərbaycanda çox yüksək qonorarla ifa etdi”. Ömrüm səhnənin arxasında keçib, çox konsertlər təşkil etmişəm. Bazar iqtisadiyyatı liderdir, həyatımız ondan asılıdır. Hər şeyimizi, hətta istirahətimizi də cibimizə uyğun qururuq. Demək olar ki, konsertə heç kəs tək getmir, daha çox ailə ilə, dostlarla gedirlər. Bu, həm də ailə məsələsidir. Təbii ki, belə olan halda da biletlərin baha olması məyusluq yaradır. Amma reallıq budur”.
Ardını oxu...
Müğənni Şəbnəm Tovuzlu illər sonra ilk dəfə həyat yoldaşı Hacı Ramilin üzünü göstərməsindən danışıb.

DİA.AZ Publika.az-a istinadla xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” proqramında açıqlama verib.

“Artıq 9 ildir. O, sevmir, reklam etsin, özünü göstərsin. Bu normaldır. Bir bəyin fikrinə hörmət etmişəm. Amma belə bir söhbət oldu. Onu siz tanıyırsınz, yaxud da İslam (Aparıcı İslam Mehrəliyev) tanıyır. Amma məsəl üçün filankəs tanımır. Sosial şəbəkələrə baxırıq, elə şərhlər yazırlar ki... Hər kəsə şamil etmirəm 20 faiz insan bambaşqa sözlər deyir. O da insandır, düşündü ki, arıtq 9 ildir. Dedi, Əli ilə şəklimi özüm paylaşacam, kim nə deyirsə elə özümə desin. Maşallah, körpənin atası, ad, soyadı varsa, ona heç kim nəsə deyə bilməz”, - deyə, Şəbnəm bildirib.

Ardını oxu...
İngilis müğənni və model Rita Ora bir çox ulduzun qatıldığı "Halloween" gecəsində sinəsini tamamilə açıq qoyan kostyumu ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, üzərinə ancaq zinət əşyaları taxan gözəl müğənni bütün diqqətləri üzərinə çəkib.

David Valliams, Keith Lemon, Mel CSimon Peg kimi əyləncə dünyasının bir çox tanınmış adları tədbirə qatılıb.Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Son zamanlar futbolçu sevgilisi Jerard Pikedən ayrılmasıyla gündəm olan Şakira sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Manset.az xəbər verir ki, sənətçi atasının xəstəxanadan görüntülərini izləyicilərlə bölüşüb. Diqqət çəkən məqam isə ifaçının valideyninin ayaqlarından öpməsi olub.

Qeyd edək ki, müğənni Barselonada müalicə alan atasının səhhətində hansı problemin olduğunu demir.

 

Dünyapress TV

Xəbər lenti