Ardını oxu...
“1-ci sinifdən musiqi ilə məşğulam. Özüm üçün kiçik bir dünya yaratmışdım. Ailəmdən icazə vermişdilər ki, nağara musiqi alətinə gedim. Amma atam, əmilərim müğənni olmağımı istəmirdilər. O qədər musiqiyə bağlı olmalısan ki, gəlib yüksək səviyyəyə çata biləsən. Evdə piano olmayıb, qonşuya, qohumların evinə getmişəm. Musiqi mənim üçün hər şeydir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylər deyib. Müğənni müğənnilikdən əvvəl nağara musiqi alətinə getdiyini bildirib.

“Nağara aləti ilə tanışlığım məni toylara aparıb çıxardı. Qız toylarına gedirdim. Özünüz də bilirsiniz də qız toyları necə keçir? Əllərim qabar, suluq baqlayırdı. Evə çörək aparırdım. Ona görə də o ağrıları özümə yaraşdırırdım. Nağara çalan insanların əlləri qabar olur. Bu xanımlar üçün ikiqat əziyyət idi” deyə müğənni bildirib.

Aygün Bəylər bildirib ki, geyimlərinə çox pul xərcləmir.

“Geyimlərə çox pul xərcləmirəm. Qarderobumda hündürdaban ayaqqabılar demək olar ki, yoxdur. Bir-iki dəfə çəkilişlərdə lazım olub, geyinmişəm. O cür özümü çox narahat hiss edirəm. Ürək istəmirsə, geyinməyəcəm. İnsanlar məni belə seviblər. Hətta ailəm də, yaxınlarım da deyir ki, sənə bu geyimlər, papaq yaraşır. İllər keçdi, imicim də, musiqim də, sənətim də bir-biri ilə vəhdət tapdı, dostlaşdı. Həmişə arzulamışam ki, fərqlənim, seçilim” deyə sənətkar bildirib.

Aygün Bəylər musiqi ilə ciddi məşğul olmayanlardan da danışıb.

“Sənəti sevmək lazımdır. Bu gün əlbəttə ki, bayağı ifalar var. Gözümü açandan böyük sənətkarların yanında olmuşam. Onlar həmişə deyirdilər ki, qızım, pisi görməsələr, yaxşının qiyməti bilinməz. Həqiqətən də elədir. Bu gün bayağı mahnını da, musiqini də elə gözəl təqdim etmək olar ki, o bayağılıqdan çıxa bilər. Hər şey müğənninin, musiqiçinin öz əlindədir” deyə sənətkar bildirib.
 
 
Ardını oxu...Kamal Yaşar AzTV-dən uzaqlaşdırıldı
Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşarın Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.

DİA.AZ Kult.az-a istinadla xəbər verir ki, bu barədə Kamal Yaşar Feysbuk hesabında məlumat yayıb.

“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı! Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə (14 fevral) baş verdi. Təşəkkür edirəm”, - aktyor qeyd edib.

Qeyd edək ki, K.Yaşar iki gün öncə Prezident İlham Əliyevə videomüraciət ünvanlamış, dublyaj sahəsində vahid mərkəzləşmənin olmadığı, bu sahədə fəaliyyət göstərənlərin ciddi maddi sıxıntılar yaşadığını bildirmişdi. Onun verilişlərinin bu müraciətdən sonra dayandırıldığı bildirilir.

 
 

Ardını oxu...
Şair Nazilə Səfərli nənə olub.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Nazilə bildirib ki, oğlu Nurlanın övladı dünyaya gəlib:

"Sevgi bar verməkdir… Oğlumun oğlu oldu. Xoş gəldin, Ayaz. Şükr, kəllə qəndi açmaq qismətimiz oldu. Evləriniz körpəsiz olmasın. Gözaydınlığı verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub.
Ardını oxu...
Türkiyədə prokurorluq məşhur sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırma başladıb. SİA xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Bildirilir ki, o, zəlzələ bölgəsində yerləşən su bəndinin divarının çatladığı barədə məlumat yayıb.

Prokurorluq “BaBala TV” internet kanalının sahibi Oğuzhan Uğur haqqında “ictimaiyyəti çaşdıran məlumat yayma” maddəsi ilə istintaq başladıb.
Ardını oxu...
Cənubi Afrikalı AKA kimi tanınan məşhur repçi Durban şəhərində restoranın qarşısında güllələnib.

Tam adı Kiernan Forbes olan repçi yaxın dostu Tebello ilə birlikdə öldürüldü.

Polisin verdiyi məlumatd adeyilir ki AKA dostu ilə birgə restorandan çıxıb şəxsi avtomobillərinə doğru gedərkən iki silahlı yaxınlaşıb onları güllələyərək yenə də piyada hadisə yerindən uzaqlaşıblar. Qatillərin kimliyi bilinmir. Hazırda polis araşdırma aparır.

Qətlin motivi araşdırılır.

DogruXeber.az
Asiman Əsədsoy

Ardını oxu...
“Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Var dövlətləri ilə insanlara acıq verirlər. Nahaq yerə! Bu Allaha da xoş deyil! İnsanın var-dövlətdən gözü, nəfsi doymalıdır.

Müğənni var ki, heç evi yoxdur. Şəhərdə bahalı maşınla gəzir, krediti var, amma maşın da kreditə götürür ki, özünü göstərsin. İtə də borcu var, qurda da.

O vaxt dəb düşmüşdü, müğənnilər başqalarının evində çəkiliş edirdilər. Elə indi də var. 3 aylıq kreditə götürdüyü bağ evini öz evi kimi insanlara göstərir. Nəyin var onu göstər də”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

“Kimdə nə yoxdursa ondan danışır. Burada çox mövzulardan söhbət gedir. Xırdalamaqa qalsa vaxtımız çatmaz. Bakı balaca yerdir, hamı bir-birini tanıyır. Namusu olmayan namusdan, vicdanı olmayan vicdandan danışır. Efirdə bir dəfə saqqız çeynədim, az qala xalq düşməni etmişdilər məni. Camaat elə efirdə geyinib-soyunur, onlara niyə danışmırsınız? Vallah adam utanır efirlərə baxmaqa! O bunu söyür, bu onu söyür! Ər davası edirsiniz?!” deyə sənətkar bildirib.

“Bu gün qarmona xanımlar arasında nə dərəcədə maraq var?” sualına isə xanım sənətçi belə cavab verib.

“Maraq çoxdur. Eləsi var ki, efirlərə çıxmır, sırf toylara gedir. Gülbaharla mən üzdə olan qarmon ifaçılarıyıq. Biz müğənnilər kimi bir-birimizi qırmırıq. Ümumiyyətlə musiqiçilər çox mehribandırlar” deyə o bildirib.
Ardını oxu...
Müğənni Nura Suri onu sosial şəbəkələrdə təhqir edən şəxsi polisə verib.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, o, bu barədə "Instagram" hesabında video paylaşıb. İfaçı bildirib ki, həmin şəxs qadındır və artıq saxlanılıb:

"Azərbaycan polisinə, Bakı şəhər Baş Polis İdarəsinə belə tez müraciətə baxıb, operativ işləyib, məni narahat edən şəxsi tapdıqları üçün təşəkkür edirəm. Dünən müraciət etmişdim, bu gün izahat yazdım. Artıq həmin adamı tapıblar.

Sosial şəbəkələrdə, haqqımda yazılan bütün xəbərlərdə və səhifəmdə şərh bölməsində, həmçinin “inbox”da məni təhqir edən xanımı tapıblar. İzahatımı yazdım, cavab gözləyirəm”.
Ardını oxu...
Məşhur meyxanaçı Balaəli Maştağalı Qara Qarayev prospektində dükana girmək üçün “Range Rover” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq avtobusa maneə törətməsinə, bununla bağlı yayılan görüntülərinin tənqid edilməsinə münasibət bildirib.

Teref.az xəbər verir ki, meyxanaçı pravda.az-a açıqlamasında deyib ki, sözügedən ərazidə dükana yox, aptekə giribmiş.

“Dükana girməmişəm, aptekə dərman almağa girmişəm. Övladım Qara Qarayevdə xəstəxanadadır. Hələ ki burdayam, şükür Allaha, vəziyyəti yaxşıdır. Tələsik olub, avtobusu saxlatmışam. Təcili dərman çatdırmalı idim. Dərman alıb, aparıb xəstəxanaya vermişəm. Görüntülərdə də polis görür ki, mən hara girmişəm. Təcili dərman almalıyamsa, avtomobili saxlaya bilərəm. Mən dərman alıram də orda, nə olar bəyəm? 20 manat cərimədirsə, dövlətin qanunu-qaydası var. Cəriməsi var, cəriməsini də ödəyəcəyik…” – B.Maştağalı deyib.
 

Ardını oxu...
Canlı efirdə boşandığını deyən əməkdar artistə talib gecikməyib.

"DogruXeber.az" xəbər verir ki, elə həmin proqrama zəng edən bir xanım, əməkdar artist talib olduğunu bildirib və "onu heç kimə vermərəm, ona gələn talibləri efirə bağlamayın", sözlərini qeyd edib.

Aparıcılar zəng edən xanımı efirə dəvət ediblər, lakin, Rəhman Rəhmanov, -"Yox gəlməsin, başqa harda deyir, orda görüşək" deyə, müdaxilə edib.

Qeyd edək ki, əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" proqramında 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşandığını qeyd etmişdi.

DogruXeber.az
Zülfiyyə Məmmədova

Aktrisa Pərvin ABıyeva rəfiqəsi Meiza ilə “Tiktok”da canlı yayımda oyun oyunayarkən Azər Zahidin sosial platformadakı “təkər” layihəsinə hədiyyələr atmasını tənqid edib. O belə verilişlərin xüsusi olaraq idarə edildiyini, sırf tamaşaçı işi olmadığını da deyib.

32gun.az bildirir ki, aktrisa ad çəkməyərək belə bir yarışmalardan birinə xüsusi dəvətlə getdiyini qeyd edib.

O verilişin layihə əməkdaşları dəfələrlə onu qatılamağa dəvət etsə də o qəbul etməyib. Aktrisa vurğulayıb ki, adını çəkmədiyi layihə rəhbəri onu “səni finala aparacam” sözü ilə verilişə qatılmağına razı salmışdı. Ancaq P.Abıyeva sonradan özünün həmin yarışmanı tərk etməsini qeyd edib.

Xatırladaq ki, Pərvin Abıyeva 2018-ci ildə Murad Dadaşovun rəhbəri və aparıcısı olduğu “Maşın Şou”da iştirak edib və oradan əlini çəkərək verilişi tərk edib.

Bu da Pərvin Abıyevanı “finala çıxaracam” vədi ilə dəvət edənin Murad Dadaşov olması şübhələrini daha da gücləndirir.

 
Ardını oxu...
 
 
 
 
 
 
 
 

Dünyapress TV

Xəbər lenti