Ardını oxu...
Səhnə adamlarının sənətləri kimi həyat tərzi, davranışları, yaşı da tamaşaçı üçün maraqlıdır.

Bütün dünyada sənət adamları hər zaman insanların maraq dairəsinə aid olur. Səhnəmizin tanınmış müğənniləri, aktyorları, aparıcıları arasında ən yaşlı və ən cavan kimdir?

Hurriyyet.Az sizə səhnə adamlarının real yaşlarını təqdim edir:

Zeynəb Xanlarova 1936 (87 yaş)

Flora Kərimova 1941-ci il (82 yaş)

Arif Babayev 1938 (85 yaş)

Cavan Zeynallı 1945 (78 yaş)

Niyaməddin Musayev 1940-cı il (83 yaş)

Nazpəri Dostəliyeva 1960 (63 yaş)

Zülfiyyə Xanbabayeva 1967 (56 yaş)

Məleykə Əsədova 1967 (56 yaş)

Brilliant Dadaşova 1965 (58 yaş)

Namiq Qaraçuxurlu 1978 (45 yaş)

Aygün Kazımova 1971 (52 yaş)

Elza Seyidcahan 1968 (55 yaş)

Xumar Qədimova 1966 (57 yaş)

Faiq Ağayev 1971 (52 yaş)

Eyyub Yaqubov 1965-ci il aprel (58 yaş)

Mətanət İsgəndərli 1963 (60 yaş)

Nadir Qafarzadə 1971 (52 yaş)

Elnarə Abdullayeva 1972 ( 51 yaş)

Almaz Ələsgərova 1966 (57 yaş)

Nüşabə Ələsgərli 1968 (55 yaş)

Aybəniz Haşımova 1968 (55 yaş)

Təranə Qumral 1966 (57 yaş)

Musa Musayev 1963 (60 yaş)

Könül Kərimova 1968 (55 yaş)

Könül Xasıyeva 1968 (55 yaş)

Teymur Əmrah 1969 (54 yaş)

Ağadadaş Ağayev 1955 (68 yaş)

Zamiq Hüseynov 1983 (40 yaş)

Abbas Bağırov 1982 (41 yaş)

Rüfət Axundov 1979 (44 yaş)

Röya 1982 (41 yaş)

Xatirə İslam 1981 (42 yaş)

Tünzalə Ağayeva 1976 ( 47 yaş)

Natəvan Həbibi 1981 (42 yaş)

Elnarə Xəlilova 1981 (42 yaş)

Nigar Camal 1980 (43 yaş)

İlhamə Qasımova 1976 (47 yaş)

Firuzə İbadova 1954 (69 yaş)

Ruhi 1977 (46 yaş)

Manaf Ağayev 1963 (60 yaş)

Nazənin 1964 (59 yaş)

Rəqsanə İsmayılova 1979 (44 yaş)

Əli Mirəliyev 1949 (74 yaş)

Səkinə İsmayılova 1953 (70 yaş)

Mələkxanım Əyyubova 1962 (61 yaş)

Afaq Bəşirqızı 1955 (68 yaş)

Sənubər İsgəndərli 1960 (63 yaş)

Tacir Şahmalıoğlu 1965 (58 yaş)

Fədayə Laçın 1977 (46 yaş)

Gülyaz Məmmədova 1969 (54 yaş)

Gülyanaq Məmmədova 1972 (51 yaş)

Rafael İsgəndərov 1972 (51 yaş)

Coşqun Rəhimov (1972 (51 yaş)

Azərin 1965 (58 yaş)

Telli Borçalı 1969 (54 yaş)

Rəşad İlyasov 1974 (49 yaş)

İlqar Xəyal 1965 (58 yaş)

Günay İbrahimli 1991 (32 yaş)

Hiss – 1995 (28 yaş)

Şəbnəm Tovuzlu 1984 ( 39 yaş)

Üzeyir Mehdizadə 1990 (33 yaş)

Zaur Kamal 1974 (49 yaş)

Vüsalə Əlizadə 1984 (39 yaş)

Xoşqədəm Hidayətqızı 1974 (49 yaş)

Zaur Baxşəliyev 1981 (42 yaş)

Damla 1988 ( 35 yaş)

Ayan Babakişiyeva 1989 (34 yaş)

Xatun 1977 (46 yaş)

Çingiz Mustafayev 1991 (32 yaş)

Zeynəb Həsəni 1989 (34 yaş)

Şöhrət Məmmədov 1995 (28 yaş)

Çinarə Məlikzadə 1990 (33 yaş)

Nazilə Səfəli 1979 (44 yaş)

Pərvin Abıyeva 1990 (33 yaş)

Vəfa Şərifova 1990 ( 33 yaş)

Pərviz Bülbülə 1985 (38 yaş)

Almaxanım Əhmədli 2001 (22 yaş)
 
Ardını oxu...
“Atam, anam, qardaşım incəsənət aləmindən uzaq insanlar idilər. Qardaşımın çox gözəl səsi vardı. Amma o, heç yerdə oxumurdu. Atam və qardaşım ticarətlə məşğul olurdu. Bizim nəsildə müğənnilik qəbul olunmurdu. İncəsənət universitetinə daxil oldum. Qardaşım öyrənəndə dedi ki, get başqa universitetə daxil ol, artist olacaqsan? Qəbul etmirdilər bunu. Çıxdım universitetdən. Sonra amma yenə gəldim bu sahəyə. Məndən sonra Cabbar, Musa müğənni oldu”.

Teref.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev qonaq olduğu “Söz baz” maqazin verilişində deyib.

Sənətkar bildirib ki, onun müğənni kimi fəaliyyəti nəsillərində yaxşı qarşılanmayıb və buna görə də zaman-zaman biznes sahəsinə yönəlib:

“Bir yaşımda olanda atam dünyasını dəyişdi. Məni anam saxlayıb. İlk pulu 8 yaşımda qazanıb, anama verdim. Anam çox kövrəldi. Qardaşım məndən 7 yaş böyük idi. Çətinlik çəkirdik. Sonra qardaşım universitetə girdi, vəzifə sahibi oldu. Bundan sonra maddi vəziyyətimiz yaxşılaşdı. Anam bəy nəslindən olub. O da işləyirdi. Öncə mən seygah oxuyurdum. Geyimim də fərqli idi. Ağsaqqal musiqiçilər gəldi qardaşımdan, anamdan icazə aldılar, toya getdim. Bu, mənim alın yazımdır. Sonra bizneslə məşğul oldum, toylara getmədim. Ulu Öndər gələndən sonra soruşub ki, haradadır Niyaməddin? Deyiblər, bizneslə məşğul olur. Cavab verib ki, yaxşı oxuyandır, niyə bizneslə məşğul olur? Sonra qayıtdım ifaçılığa. Amma 1989-cu ildə biznesim yaxşı idi, qazanırdım. Bir söz var “qudurmuşdum”. 60 işçim var idi, oxumağı atmışdım. Çox yaxşı qazanırdım”.
 
Ardını oxu...
Ən çox davam edən "Arka Sokaklar" serialındakı Zeliş obrazından sonra "Ailə" serialında "Devin" rolunun "Yağmur"u canlandıran Yüsra Geyik çılpaq şəkilləri ilə gündəm olub.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, "BluTV"nin ən diqqətçəkən orijinal layihələrdən "Bozkır" serialındakı rolu ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

"Bozkır"a ikinci sezondan qatılan aktrisa odlu-alovlu səhnələri ilə izləyicilərə müsbət təsir bağışlayıb.

Məşhur aktrisa serialın yeddinci bölümündə soyunaraq çılpaq rəqs edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Müğənni Günay İbrahimli verilişlərə qatılmamağının səbəbini açıqlayıb.

“MTV maqazin” verilişinə açıqlama verən sənətçi proqramları bəyənmədiyini deyib. O bildirib ki, az sayda verilişə qatılır:

“Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Verilişlərdən qaçmıram. Yeni mahnı təqdim edəndə gedirəm. Amma istədiyim tərzdə olan verilişlərin sayı çox azdır. Sosial verilişlər çoxluq təşkil edir. Verilişlərdə müğənniyə hörmətsizlik edirlər. Psixoloq, həkim çağırırlar. Veriliş boyu psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O? yalnız verilişdə bir mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir”.

Günay şou xarakterli verilişlərin sayının çoxalmasını arzuladığını deyib.
Ardını oxu...
"Biz harasa təyyarə ilə gedəndə Cabbarla bir dənə əlavə - üçnəfərlik bilet alırıq".

Milli.Az xəbər verir ki, bunu "Zaurla Günaydın"da Əməkdar artist Könül Kərimova deyib.

Xanım sənətçi bunun səbəbini belə izah edib:

"Yanımızda bir boş yer olur həmişə. Çox vaxt deyirik ki, ortadakı yer bağlı qalsın, heç kim orada oturmasın. Ortanı bağlıyırıq".

Əməkdar artistin sözlərini Cabbar Musayev də təsdiqləyib.Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Balaəli Məştağalı son zamanların ən çox danışılan meyxanaçılarından biridir.

Sfera.az xəbər verir ki, bu dəfə meyxanaçının çoxlarının ilk dəfə görəcəyi görüntüsü yayılıb.
Belə ki, Balaəlinin illər əvvəl Namiq Qaraçuxurlu ilə birgə çəkilən fotosu paylaşılıb. Şəkildən də göründüyü kimi meyxanaçı burada tamamilə fərqli obrazı, fərqli görünüşü ilə seçilir:/Milli.az
Ardını oxu...
 
Ardını oxu...
Gənc müğənni Jalə Əliqi vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial media hesabında yazıb. Bildirilib ki, ifaçı bu gün dünyasını dəyişib.

H.Nuran Axşam.az-a açıqlamasında 28 yaşlı müğənninin qəflətən vəfat etdiyini bildirib:

“Bir müddət əvvəl səhhətində problem yaranmışdı. Türkiyəyə müalicəyə aparıblar. Qayıdıb gəlmişdi. Qəfildən dünyasını dəyişib”.

Qeyd edək ki, Jalə 1994-cü ildə Naxçıvanda dünyaya gəlib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasındakı məhkəmə başa çatıb.

DİA.AZ bildirir ki, OLAY-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Cəfərovanın (Səfərli) ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.

Məhkəmə zamanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunub.

Məhkəmə tərəfindən 19 mart 2022-ci ildə rəqqasə Fatimə Fətəliyevanın TikTok hesabında Səfərliyə qarşı işlətdiyi sözlər şərəf və ləyaqəti alçaldan ifadələr kimi qəbul edilib.

Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verilməsi tələb olunub.

Qeyd edək ki, F.Fətəliyeva sosial şəbəkənin canlı yayımında bu ifadələri səsləndirmişdi:

"Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.

Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin. Nazilə Səfərli, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.

Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü?

Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör ərim deyə-deyə nə oyundan çıxırsan”.
 
Ardını oxu...
Müğənni Nadir Qafarzadə tənqidi status paylaşıb.
“Sherg.az” xəbər verir ki, Elgiz Əkbərin verilişində 64 yaşında hamilə olduğunu deyən Həqiqət adlı xanım Qafarzadəni qəzəbləndirib. O həmin qadının videosunu paylaşaraq kəskin şəkildə fikirlərini yazıb:

“Salam! Deyəsən çox qabağa getmisiniz, geridə qalmışam! Sahibsizlik! Cavanları heç qınamıram, qocalar daha çox ağını çıxarıblar! Allah, köməyimiz olma! Uşaqlarıma demişəm, qocalanda telefonumuz əlimdən alsınlar. Allah, ağlımı alınca, canımı al! Dedim ki, mən geridə qalmışam, siz çox öndəsiniz. 63 yaşında nə ana? Bu qadının tayları nəvə yox, nəticə oynadırlar. Bir az geriyə SSRİ vaxtına baxın görün, necə qadınlarımız var idi”.
Ardını oxu...
 

Türkiyənin yerli elektrik avtomobil markası Togg tərəfindən istehsal edilən ilk iki avtomobil prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana təhvil verilib.

Məşhur müğənni Sinan Akçıl Toggun gündəmdə olduğu müddətdə iki avtomobilini satdığını və növbə gözlədiyini açıqlayıb.

Yerli mətbuata açıqlama verən məşhur müğənni Sinan Akçıl ilk 20 min şanslı arasında ola bilməyəcəyini bildirib.Akçıl növbə gözlədiyini, əvvəllər konsertlərə getdiyi mikroavtobusu satıb yalnız Toggdan istifadə etmək istədiyini bildirib

"Çox istəyirəm, Togg. Müraciət etdik amma alınmadı, növbəti sıradayıq. Hər iki maşınımı satdım, ümid edirəm ki, tezliklə Togg alıb tək maşın sürəcəm. Yalnız bir mikroavtobusumuz var ki, konsertlərə gedirik. Togg gələndə o da gedəcək. 3 nəqliyyat vasitəsindən imtina etdim və yerli və milli Toggdan istifadə etməyə üstünlük verdim" -deyə Akçıl bildirib.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti