Ardını oxu...
“Yeşilçam” serialında baş rolları paylaşan türkiyəli məşhurlar Afra Saraçoğlu ilə Çağatay Ulusoyun eşq yaşaması barədə söz-söhbətlər şou-biznes gündəminə düşüb.

Çağatay Ulusoy Duyğu Sarışınla 6 illik münasibətini yanvarda bitirib. Afra Saraçoğlu ilə eşq yaşadığı iddia edilən məşhur cütlüyə sosial şəbəkədə şərhlər bitib-tükənmir.

Afra Saraçoğlunun müsahibəsində Çağatayla aralarında müsbət enerji olduğunu deməsi bu barədə iddiaları daha da gücləndirib.

Məsələyə hələlik heç bir tərəfdən şərh bildirilməyib.
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov bir neçə həftə əvvəl "Instagram" hesabında keçirdiyi yarışda qalib gələn tacikistanlı 11-ci sinif şagirdi Ümidcan qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngli lüks “Lamborghini Urus” avtomobilindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu haqda bloqer sosial şəbəkə hesabında məlumat verib.

Həsənov bildirib ki, 17 yaşlı qalib ondan “Lamborghini Urus” avtomobilin yerinə nəqliyyat vasitəsinin dəyəri olan 30 milyon rublu istəyib.

“Ümidcan məndən “Lamborghini Urus” avtomobilin yerinə pul istədi. Çünki, sözügedən nəqliyyat vasitəsi ona lazım deyil. Onun 17 yaşı var. Mən səni çox gözəl başa düşürəm. Mən Tacikistana gəldiyimdə mütləq şəkildə bu pulları hara xərclədiyini və nə aldığını izləyicilərə göstərəcəyəm”, - deyə Həsənov vurğulayıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...Azərbaycan Respublikasının Xalq artisti Eyyubov Yaqubovun İsraildə böyük coşqu ilə keçən sonuncu konserti sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Populyar müğənninin Azərbaycanın 44 günlük savaşda qazandığı qələbə, Bütöv Azərbaycan, Turan Birliyi, İsraillə müttəfiqliklə bağlı fikirləri xüsusilə rəğbətlə qarşılanıb.

Eyyub bəy bildirib: “Vaxtilə Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şəxsiyyətlər həqiqət uğrunda, Vətən uğrunda şəhid oldular. Və Turan uğrunda şəhid oldular. Və görürsünüz ki, qələbələr, torpaqlarımız işğaldan azad olundu. Bu hələ başlanğıcdır. İnşallah, hələ Azərbaycan daha da bütövləşəcək və bütöv bir Turan dövləti qurulacaq. Onların yanında bir dost kimi İsrail, yəhudilər də olacaq. Yaşasın Turan, Azərbaycan və İsrail dostluğu, qardaşlığı”.

Ardını oxu...
“Üç övladım var. İki qızım – Nəfəs, Fatimə və İlkin adlı oğlum var. Fatimə ilə İlkin subaydırlar. İnsanın alnına nə yazılıbsa, o da olur. Nəfəs atasının razılığı ilə 16 yaşında ailə qurdu, qismət”.

Teref.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nəfəsin anası qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.

Sənətçinin anası bildirib ki, qızının müğənni olmasına atası qarşı çıxıb:

“Nəfəs kiçik yaşlarından müğənniliyə çox həvəsli idi. Sonradan atası ona problemlər yaratdı. Ancaq niyyətin hara, mənzilin də ora. Hazırda Nəfəsin iki övladı var. Nəvələrimə mən baxıram və hər zaman dəstəyəm.
Nəvələrimin dayəsi olsa da, anası da mən də qayğımızı onlardan əsirgəmirik. Nəfəs çox əziyyət çəkir. Çalışır ki, övladlarını necə lazımdır yaşatsın”.

Qeyd edək ki, Nəfəs illər əvvəl həyat yoldaşından boşanıb. Müğənninin atası isə dünyasını dəyişib. Nəfəs müsahibələrinin birində anasının gənc yaşlarında ailə qurduğunu, lakin daha sonra boşandığını etiraf edib. O, anası ilə eyni taleyi bölüşdüyünü söyləyib.
 
Ardını oxu...
Bayden administrasiyası “TikTok” sosial platformasını ABŞ-nin milli təhlükəsizliyinə təhdid kimi görür.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Blinken qeyd edib ki, məhz bu səbəbdən “TikTok” bu və ya digər şəkildə aradan qaldırılmalıdır.
 
Ardını oxu...
Türkiyəli müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızıdan şikayətlənib.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Günaydın, Azərbaycan” verilişində qonaq olan aşıq Zülfiyyə İbadova söyləyib.

Doğuş isə həyat yoldaşının mətbəx bacarığı haqqında bunları deyib:

“Özü də təəccüblənir ki, necə bu qədər gözəl yemək bişirə bildim? İldə iki-üç dəfə yemək bişirdiyi üçün dadını ala bilmirəm”.

Onun dediklərinə Xoşqədəmin reaksiyası isə belə olub: “Bu, nə sözdür deyirsən? Yeməklərə, gördüyüm işlərə sevgi qatıram. Kompleksim yoxdur. Deyirlər ki, bütün günü oynayırsan. Öz evimdəyəm, niyə oynamayım”.
 
Ardını oxu...
Britaniyalı müğənni-bəstəkar Ed Şiran haqqında “The Sum of It All” mini-sənədli serialının premyerası mayın 3-də “Disney+”da baş tutacaq.
Dörd epizoddan ibarət layihə Şiranın kəkələyən uşaqdan stadion inşa edən super ulduza qədər olan həyat səyahətini nümayiş etdirəcək.

Qeyd olunur ki, serialda musiqiçinin şəxsi arxivindən əvvəllər dərc olunmamış kadrlardan, həmçinin Şiran və ailəsi ilə yeni müsahibələrdən istifadə olunacaq.
 
Ardını oxu...
"Oğluma görə çox darıxıram. ABŞ-a onun yanına tez-tez gedirəm. Bu ay o qədər təyyarə bileti almışam ki, artıq gələn ayın "avansı"nı yavaş-yavaş ödəməyi bitirirəm. İşdən söylədilər ki, dörd gün istirahət edə bilərsən. Düşündüm yenidən oğlumun yanına gedim, sonra biletin pulu yadıma düşdü. Özümə dedim ki, getmə".
Teref.Az bizim.media-ya istinadən bildirir ki, "Çiçək" ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkas qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

ABŞ-da oxuyan oğlundan söz açan teleradio ulduzu onun təhsilindən danışıb:

"Oğlum iyunda səkkizinci sinifi bitirir. Qalan təhsilinin dörd ilini də ABŞ-da yekunlaşdıracaq. Amma verəcəyi imtahanlardan çox şey asılıdır. ABŞ-da imtahan verdi, sonra başladı ağlamağa. Hərçənd oğlum ingilis dilini səlist bilir və bu dildə təhsil alır... Dedi ki, yerlə göy qədər fərq var. Yəni ingilis dilini mükəmməl bilən uşağım gedib ABŞ-da imtahan verəndə, sən demə, heç nə bilmirmiş.

Söylədi ki, heç zaman düşünməzdim ki, belə bir suallarla - sinonim-antonimlərlə və bu tərz sözlərlə qarşılaşım. Ona görə buradan valideynlərə demək istəyirəm ki, əgər övladınızın istəyi xaricdə məktəb oxumaqdırsa, mütləq o üzrə övladlarınızı yönəldin. Çünki çox fərq var. Elə bil ki, hər şeyi biz sıfırdan başlayırıq. Çox fərq var".

Çiçək bildirib ki, oğlunu oxumağa məcbur edib:

"Oğluma deyirəm ki, görsəydim ki, səndə baş yoxdur, hansısa sənəti öyrənməyə yönəldərdim. Gedərdin avtomobil ustası olardın və sairə. Nəyə istedadın varsa, o üzrə də sənət seçərdin. Amma baxıb görürəm ki, oğlumda riyaziyyat başı var. Ona görə mən oğlumu silkəyə-silkəyə oxutmuşam. Hamı mənə söyləyirdi ki, özünə yazığın gəlsin.

Övladım ağlayırdı, mən ağlayırdım... Amma düşünürəm ki, istədiyimə nail oldum. Çox şükür! Valideynlərə buradan səslənirəm ki, qızlar özləri oxuyur. Amma oğlan övladlarından vaz keçməyin. Tutun, onları silkələyin. Bu çox vacibdir".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Sosial şəbəkədəki paylaşımlarına görə tez-tez müzakirə olunan müğənni Roza Zərgərli bu dəfə açıqlaması ilə diqqət çəkib.

DİA.AZ-ın Lent.az-a istinadən məlumatına görə, o, “Şou-Mall” verilişində qonaq olarkən, Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.

Onun fikrincə, Polad Bülbüloğlu çıxış edən zaman onun səhnəsinə girmək tərbiyəsizlikdir:

"O, oxuyanda mən kulisdə oynayırdım. Bütün xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir. Yəni mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram. Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdi.

Bu, mənim üçün ən böyük tərifdir. O, mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır. Ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.

Qeyd edək ki, Roza Zərgərli Qazaxıstanda TÜRKSOY-un keçirdiyi konsert zamanı Xalq artisti Polad Bülbüloğlu ilə birgə rəqs etmişdi.
Ardını oxu...
Xərçəng xəstəliyinə yoluxduğu deyilən Əməkdar artist, müğənni Aygün Bəylərin yeni fotosu yayılıb.

Teref.az lent.az-a istinadən xəbər verir ki, fotonu onun həmkarı Nigar Camal öz sosial şəbəkə hesabında paylaşıb.

Nigar paylaşıma "Belə bir sənətkarla bir arada olmaq, onun səsini dinləmək elə özü bayramdır! Sizi çox sevirəm, Aygün xanım! Yaxşı ki, Azərbaycan incəsənətində sizin kimi dəyərli bir sənətkar var", - deyə, yazıb.

Qeyd edək ki, 4-cü dərəcəli xərçəng xəstəsi olması deyilən Aygün Bəylər 6 aydır sağalıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti