Ardını oxu...
Müğənni Xatirə İslam villasın sata bilmir.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, sənətçi sosial şəbəkədə ötən ilin yayından satışa çıxardığı malikanəsinin dəyərinin 550 min manat olduğunu bildirib.

20 sot torpaq sahəsi, saunası və iki hovuzu olan ev Novxanıda yerləşir.

Qeyd edək ki, Xatirə İslam nişanının keçirildiyi bağını ötən il 530 minə satışa qoymuşdu.


VİDEO BURADA: https://newstube.az/embed/133648



Ardını oxu...
“35 ildən çoxdur sənətdəyəm. Bəlkə də mahnılarıma xərclədiyim pulu, mən indiyə qədər nəyəsə xərcləsəydim, milyonçu olardım. Saysız-hesabsız mahnılarım var. Bunların hamısını tamaşaçılar üçün, sevənlərim üçün etmişəm. Onlar dinləyib sevildikcə, vallah elə xoşbəxt oluram ki. Budur məni yaşadan”

DİA.AZ bildiir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

Müğənni bayağı ifaçılardan da gileylənib.

“Hər zaman belə olub. Bu gün bir çoxları bayağı musiqilərdən şikayətlənir, gileylənirlər. Vallah, hər zamanlarda bayağı musiqi olub. O vaxtın da öz bayağıları olub. Amma ələnib, yaxşıları qalıb, pisləri gedib. Zaman hər şeyi həll edir. Bu asan sənət deyil. Çox çətin sənətdir. Bir müğənninin yetişməyi üçün, ən azı 25-30 il vaxt lazımdır. İndi çox asandır, 25-30 günə müğənni yetişir. Bilirsiniz niyə? Çünki sosial şəbəkələr hər şeyi asanlaşdırdı, əlçatan etdi. Biz başlayanda fanaqramalar yox idi. Bu gün karaoke oxuyanlar, səsini xüsusi effektlərlə yazdıranlar müğənni olmaq iddiasına düşürlər. Gənclərin içində istedadlıları da çoxdur. Tanına bilərsən, amma tamaşaçıların sevgisini qazanmaq çətindir” deyə müğənni bildirib.

Müğənni artıq çəki atacağını da bildirib.

“Yenidən əməliyyat etdirəcəm. 10 kilo da istəyirəm çəki atım. İdman etməyə vaxtım yoxdur. Elə insan var ki, çox yeyir, amma arıq qalır. Vallah məndə elə deyil. İndi şirniyatdan tamamilə uzaqlaşmışam, yeməyi də çox az yeyirəm. Səhnə adamıyam, buna məcburam. Gözəllik qurban tələb edir” deyə əməkdar artist bildirib.
 
Ardını oxu...
Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində etdiyi hərəkətlə gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, o, rəqs edərkən fit çalmağa başlayıb. Aktyorun bu hərəkəti birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri vaxtilə B.Bağırzadənin verdiyi “kəndli, şəhərli” açıqlamalarını xatırladıblar.

Videonun şərh hissəsində “guya şəhər mədəniyyətini təmsil edir”, “müəllim şəhər uşağıdır, kəndli olan bizi bəyənmir”, “mən kənd uşağıyam, amma bu yaşda heç vaxt toyda gombul barmaqlarımı ağzıma salıb fit çalmaram”, “rayonlular restoranda səs-küy salır” deyən bu deyildi?” və s. sözlər yazılıb.

Qeyd edək ki, daha əvvəl B.Bağırzadə rayondan gələn insanların ucadan danışdığını deyərək onlara irad tutmuşdu.

"Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", - deyə o söyləmişdi.

 
Ardını oxu...
Tanınmış aparıcı Amil Xəlil canlı efir zamanı həmkarlarına çağırış edib.

O, aparıcısı olduğu "Gəl, danış" proqramında kultroloq Aydınxan Əbilovu bir daha efirə dəvət etməyəcəyini deyib.

Daha sonra Amil, "Özünə hörmət qoyan aparıcı Aydınxan Əbilovu verilişinə dəvət etməz", - sözlərini söyləyib:

"O, aparıcılarla bağlı bir status yazıb. Guya ki, biz buna yalvarırıq ki, efirə gəl... Əvvəl mənə dedi ki, sənə aidiyyəti yoxdur.

Sonra dedi ki, sənə də aidiyyəti ola bilər.

Mən şəxsən Aydınxan Əbilovu verilişimə çağırmayacağam. Özünə hörmət edən normal aparıcı da onu verilişinə çağırmasın. Adam gəlir burada camaatın üstünə çıxır. Sonra da deyir ki, "Mənim üstümə qışqırırlar...".

Ətraflı videoda:

 
Ardını oxu...
Türkiyəli müğənni Ebru Gündeşlə keçmiş həyat yoldaşı, iş adamı Reza Zarrab arasında qızları Alaranın qəyyumluğu ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, irəli sürülən iddialara əsasən, qəyyumluq E.Gündeşdə qalıb.

Qərara görə, bundan sonra Alaranın atası Reza 12 yaşlı qızını görə də bilməyəcək.

Qeyd edək ki, Reza Ebruya qarşı övladının qəyyumluğunu almaq üçün məhkəmədə iddia qaldırmışdı. Buna görə müğənni onların əlaqəsinin əngəllənməsi üçün şikayətçi olmuşdu. Məhkəmə həmin şikayət təmin olundu.
 
Ardını oxu...
Türkiyəli məşhur müğənni Aleyna Tilki sevgilisinə görə mağaza sahibləri ilə üz-üzə gəlib.

Avtosfer.az xəbər verir ki, Aleyna Tilkinin sevgilisi avtomobillə tur şirkətlərinin nişanlarını zədələyib. Mağaza sahibləri isə gənclərə “Ehtiyatlı olun, nişanlarımızı pozursunuz” deyərək reaksiya veriblər.

Vəziyyətə müdaxilə edən müğənni “Mən Aleyna Tilkiyəm" deyə səslənib. Lakin bu sözlər mağaza sahiblərini sakitləşdirə bilməyib. Mağaza sahibləri Aleyna Tilkiyə “Kim olursansa ol. Bunu etməyə haqqınız yoxdur” deyiblər.
 
Ardını oxu...
Aparıcı İlhamə Bədəlova müğənnilərin plastik əməliyyatlarından danışıb.

Bu haqda "El canlı" verilişində danışan İlhamə özünün də üzündə bir çox plastik dəyişikliklər etdirdiyini söyləyib.

Müğənni Günay İbrahimlinin fotosunu görən Bədəlova "Burun, dodaqlarda prosedurlar edib. İndi içi mən qarışıq üzündə prosedurlar etdirməyən yoxdur" sözlərini deyib.

Aparıcı Nadir Qafarzadə haqda isə "Nadirin də burnu əməliyyatdır, dodaqlarına da müdaxilə olunub" sözlərini əlavə edib. \\Axşam.az
 
Ardını oxu...
Xatirə İslamın lüks avtomobilində paylaşdığı foto maraqla qarşılanıb.

Müğənni avtomobilində çəkdirdiyi görüntünü sosial media hesabından paylaşıb.

Qeyd edək ki, müğənni “BMW”in 7-ci seriyasını özünə beş ay əvvəl alıb. O, avtomobilə 165 min dollar (280 min manat) xərcləyib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...·
Niyəsini bilmirəm, 11 il əvvəl Elnarə Xəlilova Azərbaycan Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib, Bu gün isə DSX-nin kapitanı (!), müğənni aldığı maaşı açıqlayıb. Deyib ki, çalışdığı Dövlət Sərhəd Xidmətindən 1250 manat maaş alır. Yəni, orkestrin solistidir oxuyandı.
Gözümü açandan , özümü tanıyandan kitab oxu, oxu, zaçot ver, imtahan ver, kurs işi yaz, diplom işi yaz, (kasıbçılıqdan hamısını oxuyaraq) Yataqxanalarda kirayələrdə qal, kasıbçılıqla boğuş, Universiteti qırmızı diplomla bitir. Bütün əziyyətlərə baxmayaraq axırda "oxumuş -ziyalı olacam, xalqıma xeyir verəcəm"- deyə bu məqsədlə yaşa...
Nəhayət gəl ziyalı ol, gün ərzində 9- 10 saat çalış - vuruş, sənətin fəhləsi ol...( heç ayda bir dəfə solist olaraq orkestrdə 1 mahnı oxuyur ya oxumur) biri gəlsin 1250 manat maaş alsın, sən də bunun yarı qədərindəndə az alasan. Qəpik-quruş...
Sən get 44 gün silahların, müharibənin bombardmanın altında həyatını risqə at, doğmalarını sənsiz məhv olacağını bilə-bilə özünü ölmün ağuşuna at, peşə vəzifəndən başqa əlindən gələni əsirgəmə, əsgərə dəstək ol. səndən xəbərçi olaraq xəbər gözləyən imdad gözləyənlərə dəstək ol.. nələr-nələr... Nəhayət Qarabağdan geri dönəndə məlum olsun ki, Müdafiə Nazirliyinin fəxri fərmanına Nətavan Həbibi layiqmiş... “Zəfər ” mükafatı "məşhur" blogerlərə Əfruzə Əliyeva ( Apruza), Həmayıl Cəfərli (Hllyblog) və Mehin Oqtaylı (İconMekh) və başqalarına verilir.
Bəs deyirlər, həqiqət, gec -tez yerini tapır?Bəlkə də həqiqət nə vaxtsa yerini tapacaq, amma çətin ki, MN məni tapa... 3 ildə tapa bilməyibsə, çətin!
Görən , gec deyil, mən də çıxım bir az mahnı oxuyum...?Görən bacararam???
Əntiqə Rəşid Aslan
Teref.az
 
 
 
Ardını oxu...
Türkiyəli aktrisa Hande Erçellə sevgilisi iş adamı Hakan Sabancının ailə quracağı iddia edilib.

Axşam.az xəbər verir ki, şayiələrin güclənməsinə səbəb Handenin son paylaşımı olub. Belə ki, Hakanın Handeyə evlilik təklifi etdiyi və "Hə" cavabı aldığı bildirilib.

Handenin paylaşımında isə cibində məhz həmin tək daş üzüyün olduğu iddia edilib.

Qeyd edək ki, aktrisa daha əvvəl aktyorlar Kərəm Bursin və Kaan Yıldırımla münasibətdə olub.
 

Dünyapress TV

Xəbər lenti