“Mahnılarıma xərclədiyim pulları başqa şeylərə xərcləsəydim milyonçu olardım”
“35 ildən çoxdur sənətdəyəm. Bəlkə də mahnılarıma xərclədiyim pulu, mən indiyə qədər nəyəsə xərcləsəydim, milyonçu olardım. Saysız-hesabsız mahnılarım var. Bunların hamısını tamaşaçılar üçün, sevənlərim üçün etmişəm. Onlar dinləyib sevildikcə, vallah elə xoşbəxt oluram ki. Budur məni yaşadan”

DİA.AZ bildiir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

Müğənni bayağı ifaçılardan da gileylənib.

“Hər zaman belə olub. Bu gün bir çoxları bayağı musiqilərdən şikayətlənir, gileylənirlər. Vallah, hər zamanlarda bayağı musiqi olub. O vaxtın da öz bayağıları olub. Amma ələnib, yaxşıları qalıb, pisləri gedib. Zaman hər şeyi həll edir. Bu asan sənət deyil. Çox çətin sənətdir. Bir müğənninin yetişməyi üçün, ən azı 25-30 il vaxt lazımdır. İndi çox asandır, 25-30 günə müğənni yetişir. Bilirsiniz niyə? Çünki sosial şəbəkələr hər şeyi asanlaşdırdı, əlçatan etdi. Biz başlayanda fanaqramalar yox idi. Bu gün karaoke oxuyanlar, səsini xüsusi effektlərlə yazdıranlar müğənni olmaq iddiasına düşürlər. Gənclərin içində istedadlıları da çoxdur. Tanına bilərsən, amma tamaşaçıların sevgisini qazanmaq çətindir” deyə müğənni bildirib.

Müğənni artıq çəki atacağını da bildirib.

“Yenidən əməliyyat etdirəcəm. 10 kilo da istəyirəm çəki atım. İdman etməyə vaxtım yoxdur. Elə insan var ki, çox yeyir, amma arıq qalır. Vallah məndə elə deyil. İndi şirniyatdan tamamilə uzaqlaşmışam, yeməyi də çox az yeyirəm. Səhnə adamıyam, buna məcburam. Gözəllik qurban tələb edir” deyə əməkdar artist bildirib.
 

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti