Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən "Kristal” oteldə dava düşüb.
TEREF.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, Sabir (şərti) adlı şəxs oteldə Səbinə (şərti) adlı qadınla dava edib. O, qadının telefonunu əlindən alaraq yerə çırpıb. Hadisə ilə bağlı şikayət edilib.
Sabir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək, barəsində protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə gönərilib.
Sabir məhkəmədə izahatında bildirib ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib. Belə ki, onun mobil telefonunu dostuna məxsus telefon təmiri mağazasında 50 manat ödəməklə təmir etdirib, ondan üzr istəyərək, aralarında barışığa nail ola bilib. Əməlindən peşman olduğunu deyən Sabir maddi imkansızlığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs məhkəmə iclasında və təqdim etdiyi yazılı ərizəsində bildirib ki, Sabir ona vurduğu ziyanı ödəyib. Bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
Məhkəmənin qərarı ilə Sabir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib və vurulmuş ziyanın bir misli (50 manat) məbləğində cərimə cəzası təyin olunub.
DogruXeber.az: - Azərbaycanlı nazirin oğlu onunla sevgili olan turkiyəli müğənniyə milyonluq avtomobil və 20 min avro dəyərində olan çanta hədiyyə edib.
Bir müddət öncə Azərbaycan nazirlərindən birinin oğlu ilə sevgi münasibətlərinin olduğunu açıqlayan türkiyəli müğənni Ebru Polat yeni avtomobili ilə gündəmə gəlib. Nazir oğlu müğənninin xəyalındakı avtomobil üçün 6 milyon lirə (təxminən 736 min 800 manat) ödədiyi Türkiyə mətbuatında manşet olub.
Xatırladaq ki, 2016-cı ildə müğənni Türkiyənin “Kanal-1” televiziyasının ”Akşam keyfi” verilişində Azərbaycanın nazir oğlu ilə eşq macərası yaşadığını etiraf etmişdi. Ebru azərbaycanlı nazirin oğlundan əvvəl isə İstanbulun “Fənərbaxça” futbol klubunun oyunçusu Səlcuq Şahinlə iki il eşq macərası yaşadığını bildirmişdi: “Səlcuqla hələ də dostuq. Lakin, hazırda qəlbim azərbaycanlı nazir oğlundadır. Bakıda olarkən 20 min avro dəyərində olan çantanı da mənə nazirin oğlu hədiyyə edib”.//32gun.az
"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinə bir ay qalmış demişdim ki, təmsilçilərimiz finala keçə bilməyəcək. Nəticə də elə oldu. Düşünürəm ki, Avropa üçün gələn il maraqlı personaj müğənni Nərmin Kərimbəyova ola bilər. Çox gözəl mahnıyla ölkəmizi təmsil edə bilər".
Bu sözləri Teleqraf.com-a açıqlamasına məşhur stilist Anar Ağakişiyev deyib.
Stilist işlədiyi türk məşhulardan əldə etdiyi gəlirdən də danışıb: "Hər həftə Türkiyəyə gedirəm. Həftədə üç dəfə orada toy mərasimim olur. Üç ildir ki, Demet Akalın və Bülent Ersoyu bəzəməyə gedirəm. Sübut edə bilərəm ki, pulsuz heç kimə heç nə etmirəm. Mənə çox təkliflər var. Aşağı qiymətə getmirəm. Bülent Ersoy biletsiz 1200 manat göndərib. Biletimi də alıb verirlər. Mən 1500-3000 manata gedirəm"
Anar Ağakişiyev "Xarici ölkədə eviniz varmı" sualına isə "Kim deyir ki, mənim Avropada evim yoxdur. İnşallah Amerikadan da ev alacam. Amma hələ ki, ora uzaqdır",- deyə cavab verib.
Qeyd edək ki, "Avroviziya-2023" mahnı müsabiqəsində "Tell me more" mahnısıyla Tural və Turan Bağmanov qardaşları birinci yarımfinalda səhnəyə çıxıblar. Onlar müsabiqənin final mərhələsinə çıxa bilməyiblər.
Bir neçə saat əvvəl, dostum Hacıbəy Heydərli ilə televiziyaların birində canlı yayımlanan verilişin qonağıydıq. Mövzu “Tik-Tok”dakı maliyyə maxinasiyaları idi. Verilişə bir neçə gün əvvəl Türkiyədə saxlanılan və sonra azadlığa buraxılan tanınmış “Tik-Tok”er Səfər Eyvazovu canlı qoşdular. Səfər dedi ki, o studiyada bir jurnalist var… Dərhal kameralar məni çəkdi. Aparıcı sual verdi: Məhəmmədəli Qəriblini deyirsən? Şübhələrin mənə getməyi əsaslı idi. Çünki həmin adamla mənim aramda bir neçə dəfə qalmaqal olub. Son hadisələr bir daha göstərdi ki, mən haqlı olmuşam. Səfərin cavabı hamını təəccübləndirdi. Dedi ki, yox, Hacıbəyi nəzərdə tutur və hansısa verilişdə həmkarımızın səsləndirdiyi fikirdən əsası olmayan bir narahatlığını ifadə etdi. Mənə ən maraqlı gələn Hacıbəyin ona verdiyi cavab oldu: “Deyəsən, Məhəmmədəliyə gücü çatmır, mənim adımı çəkir”. Etiraf edim ki, Səfərin bu cavabı çoxlarının ürəyincə olmadı. Məqsəd Səfərlə məni üz-üzə gətirib, ciddi qalmaqal yaradıb həm reytinq yığmaq, həm də prosesi idarə edən birinin yanında xal qazanmaq idi. Həmin çevrə bir güllə ilə iki hədəfi vurmaq istəyirdi. İş burasındadır ki, milyonlarla pulu dövr etdirən Azərbaycandakı “Tik-Tok” mafiyasının əli hər yerə uzana bilib. Onların başlıca məqsədi, əməllərindən məlumatlı olan, bunu ictimailəşdirməkdən çəkinməyən jurnalistlərin linc edib, hörmətdən salmaqdır. Səfər Eyvazov ayıq düşdüyü üçün, bu dəfə “tırkaya” getmədi. Əvvəl asanlıqla onu belə provakasiyalara çəkə bilirdilər. Hacıbəyin cavabı isə planın ifşa olunmasına verilən ən aydın izah idi… Məhəmmədəli Qəribli Teref.az
"DogruXeber.az" yenicaggazetesi-nə istinadən xəbər verir ki, "Güldür Güldür" verilişinin aparıcısı Məsut Uğur Bilgin nişanlanıb. Aktyorun nişan fotosundakı sirli nişanlısı hər kəsi maraqlandırıb. Lakin, aktyor Uğur Bilgin fotoda nişanlısının adını yazmayıb. Uğur Bilginin nişanlısının kim olması maraq doğursa da, futbolçu heç bir məlumat paylaşmayıb.
10 ildir ekranlarda olan “Güldür Güldür Şou” verilişinin Məsud Uğur Bilgin evliliyə ilk addımını atıb.
Güldür Güldür Şousunun məşhur simalarından olan Uğur Bilgin nişanlanıb.
42 yaşlı məşhur aktrisa nişanlandığını İnstaqram səhifəsində açıqlayıb. Bilgin tort kəsərkən pozasının altına üzük və dua emojisi olan "27.062023" qeydini atıb.
Uğur Bilginin nişanlısının adını yazmaması da diqqət çəkib. Məşhur aktyorun nişanlısının kim olduğu hər kəsi maraqlandırıb.
Aparıcı Elgiz Əkbər yuxu ilə bağlı problemindən söz açıb. Bizim.media xəbər verir ki, bununla bağlı televiziya ulduzu aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. Elgiz bildirib ki, qaranlıq məkanlarda yuxuya getdiyi üçün uzun zamandır ki, teatrlara getmir: "Teatra gedəndə biabır oluram. Teatra gedəndə işıqlar sönən kimi məni yuxu tutur. Bir də tamaşaçılar alqışlayanda yuxudan oyanıram. Bu, özümdən aslı deyil. Məni videoya çəkib deyirlər ki, Elgiz teatra gəlib, "xor-xor" yatır, utanmır. Tək mən belə deyiləm. Öyrəndim ki, bir çox insanlar belə hal ilə üzləşir".
“Dərs dediyim Milli Konservatoriyada tələbələrimə təkcə xanəndəlik sənətini öyrətmirəm. Onların oxuduqları repertuar, geyimləri də, danışıq qabiliyyətləri də bir müəllim kimi mənim üçün çox önəmlidir. Hər şeyi efirdə danışmaq olmaz. Bizə milyonlarla insanlar baxır. Mənə elə gəlir ki, çərçivə gözəl şeydir. Mədəniyyət işçisi kimi tamaşaçılara mədəniyyəti aşılamaq lazımdır. Tamaşaçı sənin ifandan, muğamından zövq almalıdır. Elə addım atmaq lazımdır ki, tamaşaçı sənin geyimini, danışığını müzakirə etməsin, ifanı sevsin, ifandan danışsın. Mənim üçün bu şərtlər önəmlidir”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib.
“İfaçı o vaxt tamaşaçılar tərəfindən qəbul olunur ki, həm danışığına, həm də zahiri görünüşünə diqqət edir. Bəzən efirlərdə çox bayağı mövzular danışırlar. Tamaşaçı kimi onları izləyərkən bu məni də incidir. Mətbəxdə olan şeylər efirə çıxarılmamalıdır. Bəzən bunun adını sərbəstlik qoyurlar”, - deyə sənətkar bildirib.
Sənətkar Xəzər Dəniz Gəmiçiliyi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdikləri layihədən də danışıb.
“Çox işləyən bir sənətçiyəm. Xoşlayıram ki, mahnılarımla, konsertlərimlə, kliplərimlə gündəmə gəlim. Evdə oturub kiminsə sifarişini gözləyən biri deyiləm. Təklif öncə məndən gəlməlidir. Hər sənətkarın öz yolu olmalıdır, öyrənməlidir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev “Küçələrə su səpmişəm” mahnısını çox sevirdi və sevə-sevə də ifa edirdi. Dövlət Xəzər Dəniz Gəmiçiliyindən mənə 100 illiklə bağlı bu layihəyə dəvət gəldi. Heydər Əliyev və Zərifə Əliyeva gəmiləri Xəzərdə yan-yana gətirildi, mən də bu mahnını öz ansamblımla birgə ifa etdim. Bu işdə əməklə bərabər, sevgi də var idi. Bütün heyətə öz təşəkkürümü bildirirəm. Ulu öndərimizin adına layiq bir işdir. Sevə-sevə bu layihəni etdik. Başda Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyi olmaqla, bu layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm. Ulu öndərimizlə mən ilk dəfə 1990-cı ilin əvvəllərində Naxçıvanda görüşmüşəm. Bizi öz kabinetində çox böyük hörmət və diqqətlə qarşılamışdı. O andan mənim sənət kariyeramda böyük bir yol açıldı. Heç kimə sirr deyil ki, o bölgələrdən istedadlı uşaqları paytaxtda gətirib, dövlət hesabına təhsil almağı tapşırmışdı. Onun sayəsində bir çox böyük sənətkarlar yetişdi”, - deyə sənətkar bildirib.
Xalq artisti uzun illər oynadığı Leyli obrazından da danışıb.
“Teatrda ilk rolum “Leyli və Məcnun” tamaşasında Leyli olub. Bir rolun üzərində 7-8 ay çalışırdıq. İlk tərəf müqabilim xalq artisti Mənsum İbrahimov idi. Həmişə deyirdim ki, müəyyən yaşdan sonra teatrdan gedəcəm. Dedim də, etdim də. Öz xarakterimdən çox xoşum gəlir. Sənətdə dedi-qodu da çox olur, insanın qarşısına sədd də çəkirlər. Həmişə çalışmışam ki, gənc nəslə, ələxsus da qadın ifaçılara dəstək olum. Allaha yalvarıram ki, mənim içimdən paxıllığı, sevgisini əskik etməsin. Ona görə də qəlbimdə tamaşaçıya qarşı da, insanlara qarşı da böyük sevgi var”, - deyə sənətkar bildirib.
Sarkazm.az axşam.az-a istinadən bildirir ki, ifaçının qızı Rəfiqə ailə qurub. Şəhər restoranlarından birində keçiriləm məclisdə şou-biznes nümayəndələri də iştirak edib.
Tanınmış azərbaycanlı müğənninin 12 saatlıq əməliyyat zamanı ürəyi dayanıb - VİDEO
Müğənni Bahar Lətifqızı ölümlə üz-üzə qalıb.
Teref.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Günün sədası" verilişində bildirib ki, əməliyyat zamanı ürəyi dayanıb.
"12 saatlıq əməliyyat keçirdim. Həkimimin savadı nəticəsində sağ qaldım. 12 saatlıq əməliyyatda ürəyim dayandı. Ürəyimə defibrillyator aparatı qoşuldu (ağır ürək aritmiyalarının elektropulse terapiyası üçün tibbdə istifadə olunan cihaz). O aparat vasitəsi ilə məni ayıltdılar.
Bircə onu bilirəm ki, Allah məni nə qədər sevirmiş. Canımı Allaha fəda etməyə hazıram. Allah bu dəqiqə övladlarımı almaq istəsə, üsyan etmərəm. Çünki Allahın varlığına çox inanıram.
Məhz buna görə də mən ayaq üstəyəm. Oğlumun 12 yaşı var, deyirdi ki, getmə əməliyyata, qorxuram sənə bir şey olar. Allahım balalarım üçün məni qorudu", - deyə Bahar vurğulayıb.