Ardını oxu...
Meyxanaçı Ağamirzə Məmmədov "Xəzər axşamı" verilişində qonaq olub.

Meyxana ifaçısı vəsiyyətini açıqlayıb:

"Hər gün gedib məzarıma baxıram, öz-özümə deyirəm ki, unutma, günlərin bir günü burada çürüyəcəksən, tək-tənha qalacaqsan. Mənim üçün bir özüm, bir də Allahım var. O mənə kömək edəcək. Kiminsə yanından ölümdə danışa bilmirsən, qorxurlar. Deyirlər, bəd ağzını açma. Elə bil onlar milyon il yaşayacaqlar.

Özüm üçün baş daşı hazırlatmamışam. Evdə də tapşırmışam ki, mənə mərmər lazım deyil. Dəfn etdiz, adım, soyadım, heç şəklim də lazım deyil. Mən ürəklərdə yaşamaq istəyirəm, daşlarda yox. İndiki meyxanaçıların qədrini bilin". \\Medicina.Az
Ardını oxu...
“Məndə elə ad var ki, Röyada o yoxdur”.

Bu sözləri Azərbaycan bəstəkarı, müğənni Elza Seyidcahan APA TV-yə açıqlaması zamanı deyib.

E.Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvü olması barədə də danışıb.
O, birliyə üzvlük vəsiqəsinin ona Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin deyil, AYB-nin sədr müavini Çingiz Abdullayevin təqdim etməsinin səbəbini də açıqlayıb.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Türkiyəli müğənni Ebru Gündeşin şəmkirli biznesmen Aydın Musayevin nəvələrinin kiçik toy məclisində iştirak etmək üçün 250 min dollar qonorar tələbi və Azərbaycana gəlmək üçün özəl təyyarə istəməsi xəbəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənət adamları da xəbərə biganə qalmayıb.

TEREF.AZ bildirir ki, yenicag.az-a açıqlama verən tanınmış müğənni Ülvi Qılıncın mövqeyi fərqli olub. O, qalmaqallı fikirləri ilə şou gündəminin sükutunu pozub:

“Türkiyədə belə bir ənənə var, böyük sənətkarlar səhnəyə çıxmazdan qabaq ikinci dərəcəli müğənnilər çıxıb səhnəni qızışdırır. Ebru Gündəşin yer aldığı Şəmkirdəki o məclisdə bizim müğənnilər də olub. Özlərini böyük isim hesab edənlər həmin toyda Ebru Gündəşdən qabaq çıxıb meydanı qızışdırıblar ki, indi sənətkar səhnəyə çıxacaq…

Günah bizim müğənnilərdədir, Ebru Gündəş və onun kimi digər məşhur sənətçiləri istədikləri yüksək məbləğ müqabilində toy məclislərinə gətirənlərdə deyil. İş adamıdır, pulu var, istədiyi ulduzu gətirir. Bu gün özlərinə müğənni deyən, amma “it dəftərində adı olmayan”, özünə hörmət etməyənlər bu şəraiti yaradıb. Yaltaq, təlxək, yüngül, beş manat artıq pula görə özünü məclisdə apara bilməyən o düşük müğənnilərin ardınca nə şəxsi təyyarə gəlməz, nə də elə hörmətli olmazlar. Beş manat pulunu ver, gətir də toyuna”- onlar özləri haqqında bu fikri formalaşdırıblar. Kimdir onlara Ebru Gündeş yaxud da digər məşhurlara verilən qonorarı verən, dalınca şəxsi təyyarə göndərən? Nə qədər ki, həqiqi sənətkarlar ortaya çıxmayacaq, bu durum Azərbaycanda belə də davam edəcək”.

Qeyd edək ki, Axşam.az saytının yaydığı xəbərə görə, məşhur türkiyəli müğənni Ebru Gündeş Şəmkirin Şiştəpə kəndində toyda iştirak edib. Sənətçinin meneceri təşkilatçılardan 250 min dollar qonorar istəyib. O, eyni zamanda Azərbaycana gəlmək üçün özəl təyyarə istifadə edəcəklərini deyib. Toyda Xalq artisti Röya Ayxan, müğənni Ramal İsrafilov da yer alıb.
 
Ardını oxu...
Tik-Tok təcrübələrin mümkün qədər etibarlı və yaşlara uyğun olmasını təmin etmək üçün 18 yaşdan kiçik istifadəçilərə bir çox məhdudiyyətlər tətbiq edib.

Bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.

Həmin məhdudiyyətlər bunlardır:

Qeyd-şərtsiz 16 yaşdan kiçik şəxslərin hesabları bağlıdır;

16 yaşdan kiçik istifadəçilər tərəfindən yayımlanan videolar endirilə bilməz;

TikTok-da şəxsi mesajların funksionallığı yalnız 16 yaş və yuxarı qeydiyyatdan keçmiş hesab sahibləri üçün əlçatandır;

18 yaşdan yuxarı istifadəçilər canlı yayım edə bilərlər;

Yalnız 18 yaşına çatmış istifadəçilər virtual hədiyyələr ala, göndərə və ya qəbul edə bilərlər.\\Konkret.Az
 
 
 
Ardını oxu...
Meyxanaçı Namiq Qaraçuxurlu yeni avtomobilini nümayiş etdirib.

Qaynarinfo xəbər verir ki, sənətçi "Bentley Bentayga" markalı maşınının görüntüsünü sosial media hesabında paylaşıb.

Qeyd edək ki, avtomobilin satış qiyməti 500 min manatdan bahadır. Qaraçuxurlu bundan əvvəl də sözügedən markanın başqa modelini istifadə edirdi.

 
 
 
Ardını oxu...
Tanınmış jurnalist və teleaparıcı Vüsal Məmmədov əməkdar artist Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə şeir həsr edib.
Ardını oxu...
Oxucuların böyük marağına səbəb olan həmin şeiri təqdim edirik:

AYEBE, AYEBE

Ayıb e, ayıb e!
Dərsə niyə gəlməmisən?
Qayıb e, qayıb e!
Bir əlim qələmdə, bir əlim kələmdə
Sən öküzsənsə, mən də kələm də
Kələm, kal deyiləm,
Dinirəm, lal deyiləm.
Qabağam, dal deyiləm,
Qanıram, mal deyiləm.
Malı qatdılar mala
Malalaya-malalaya
Mala-mala, bala-bala
Əvvəl qabağa, sonra dala.
Dal da qabaqdır, qabaq da daldır
Bal da zəhərdir, zəhər də baldır.
Biri ilandan çıxır, biri arıdan
Gözüm yol çəkir sən sarıdan.
İlan, arı
Mən inildəyim, sən zarı!
Mən sazı götürüm, sən tarı
Gedək buradan çala-çala
Bala-bala.
Gedək, burada qala-qala.
Əvvəl tüpür, sonra yala!

Xatırladaq ki, Elza Seyidcahana Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsi bu gün birliyinin birinci katibi, yazıçı Çingiz Abdullayev tərəfindən təqdim olunub. \\KONKRET.az
 
Ardını oxu...
“Hər şeyi tamaşaçılar üçün edirik ki, onlar izləsinlər. Bu gün o qədər internet, yutub oxuyanlar var ki, adam çaş-baş qalır. Bu günlərdə bir müğənninin yutub səhifəsi qarşıma çıxdı. Baxıram ki, bir mahnısı 500 milyon izlənilib. Bizim müğənnimizdir. Bu göstərici sənət demək deyil. Bu baxış sayı ilə peşəkarlıq ölçülmür. Biz sənət adamları sənətimizi sata, göstərə bilmirik. Yalnız düşünürük ki, səviyyəli el şənliyi olacaq, gedib oradan qonorar alıb, hansısa bəstəkara pul verib, mahnı alacağıq, klip çəkdirib, efirə çıxaracağıq. Bütün bunlar olmasa biz heç nə edə bilmirik. Halbuki biz sənət insanı olaraq ömrümüzü, günümüzü bu sənətə həsr etmişik”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib.

“Bəzən deyirlər ki, aktyor sənəti asılı sənətdir. Mən deyərdim ki, elə müğənnilik də asılı sənətə çevrilib. Bu günü ilə yaşayan müğənnilər var ki, nə desən edirlər. İstər danışıqları ilə, istərsə də geyimləri ilə gündəmə gəlirlər. Onlar toylara daha baha qonorara gedirlər. Yutub səhifələrində dinlənilən mahnıların əksəriyyəti də o müğənnilərin oxuduqlarıdır. Tamaşaçı da onları dinləyir, zövqünü korlayır”, - deyə əməkdar artist bildirib.

Gülüstan Əliyeva bildirib ki, nə qədər gülsə də, gözləri həmişə onu ələ verir.

“Gözlər qəlbin aynasıdır. Deyir ki, bir insanı daha yaxşı tanımaq, həyatını daha yaxşı müzakirə etmək üçün onun gözlərinə bax. Kədər əlbəttə ki, gözlərdə qalır. Bunu mənə zamanla çox insanlar deyib. Nə qədər gülsəm də, danışsam da, ətrafıma işıq saçsam da gözlər həmişə düzünü deyir. O kədəri də, o ağrını da, o həsrəti də, ayrılığı da gizlədə bilmirsən. İnsanların hamısına səadət arzulayıram. Hər birimizin həyatında qəmli notlar, kədər var. Əlbəttə ki, bunları hamımız yaşayırıq. Mənim payıma daha çox düşüb”, - deyə Gülüstan Əliyeva bildirib.

Sənətkar oxuduğu mahnıların sözünə çox önəm verdiyini bildirib.

“Təbii ki, bir çox mahnılar təklif olunur. Mən onların içindən seçirəm. Mənim üçün musiqiyə çevrilən söz çox önəmlidir. Söz tamaşaçıları tutub saxlamalıdır. Bir də görürsən ki, mahnının gözəl musiqisi var, amma sözləri zəifdir. Tamaşaçı o dəqiqə bunu hiss edir. O mahnıları seçirəm ki, sözləri az da olsa mənim həyatıma aid olsun. Çünki hər insanın ömür yolu var”, - deyə sənətkar bildirib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Müğənni Nüşabə Musayevanın qızı Elnarənin türk vətəndaşı Oğuzhan Kaya adlı bəylə toyu baş tutub.

Gundem.az xəbər verir ki, toydan əvvəl sənətçi övladı ilə kamera qarşısına keçərək, qızına arzularını dilə gətirib.

Anasının dilədiyi arzuları eşidən Elnarə göz yaşlarına qərq olub. Musayeva gələn ilin bu vaxtı özünə Allahdan nənə olmağı diləyib:

"Bu gün həyatımda bütün əziyyətləri, keçdiyim keşməkeşli yolları, çətinlikləri, mənə atılan daşları, üzərimə düşən bütün yükləri geriyə, kənara atdığım gündür, bu günə kimi yaşadığım pisliklər ağlımda deyil çünki arzuma yetdiyim, balamın toyunu gördüyüm gündür. Allah bütün valideyinlərə övlad toyunu görmək qismət eləsin. Qızım Allah səni xoşbəxt eləsin. Yarıyanlardan olasan. Yansın çırağın, gəlsin sorağın. Haqqım min halalın olsun. Başımı uca etdin, hər zaman başın uca olsun.

Sənə özün kimi övlad arzu edirəm. Mən ana kimi səndən çox razıyam, Allah da səndən razı olsun. Xoşbəxt ol! Oğullu, qızlı ol! İndi artıq nənə olmaq istəyirəm. Gələn ilin bu vaxtı Allah mənə nənə olmağı nəsib etsin. Amma rəqslərimi tərqitməyəcəyəm. Nəvəmlə gələcəkdə şoular göstərmək niyyətindəyəm".
Qeyd edək ki, Elnarə və Oğuzhan cütlüyünün nişan mərasimi ötən ilin avqustunda Türkiyənin Mersin şəhərində baş tutub.

 

Dünyapress TV

Xəbər lenti