Jurnalist TV verilişində süni qalmaqal yaradılmasından danışdı...
Bir neçə saat əvvəl, dostum Hacıbəy Heydərli ilə televiziyaların birində canlı yayımlanan verilişin qonağıydıq. Mövzu “Tik-Tok”dakı maliyyə maxinasiyaları idi. Verilişə bir neçə gün əvvəl Türkiyədə saxlanılan və sonra azadlığa buraxılan tanınmış “Tik-Tok”er Səfər Eyvazovu canlı qoşdular.
Səfər dedi ki, o studiyada bir jurnalist var… Dərhal kameralar məni çəkdi. Aparıcı sual verdi: Məhəmmədəli Qəriblini deyirsən? Şübhələrin mənə getməyi əsaslı idi. Çünki həmin adamla mənim aramda bir neçə dəfə qalmaqal olub. Son hadisələr bir daha göstərdi ki, mən haqlı olmuşam.
Səfərin cavabı hamını təəccübləndirdi. Dedi ki, yox, Hacıbəyi nəzərdə tutur və hansısa verilişdə həmkarımızın səsləndirdiyi fikirdən əsası olmayan bir narahatlığını ifadə etdi.
Mənə ən maraqlı gələn Hacıbəyin ona verdiyi cavab oldu: “Deyəsən, Məhəmmədəliyə gücü çatmır, mənim adımı çəkir”.
Etiraf edim ki, Səfərin bu cavabı çoxlarının ürəyincə olmadı.
Məqsəd Səfərlə məni üz-üzə gətirib, ciddi qalmaqal yaradıb həm reytinq yığmaq, həm də prosesi idarə edən birinin yanında xal qazanmaq idi. Həmin çevrə bir güllə ilə iki hədəfi vurmaq istəyirdi. İş burasındadır ki, milyonlarla pulu dövr etdirən Azərbaycandakı “Tik-Tok” mafiyasının əli hər yerə uzana bilib.
Onların başlıca məqsədi, əməllərindən məlumatlı olan, bunu ictimailəşdirməkdən çəkinməyən jurnalistlərin linc edib, hörmətdən salmaqdır. Səfər Eyvazov ayıq düşdüyü üçün, bu dəfə “tırkaya” getmədi. Əvvəl asanlıqla onu belə provakasiyalara çəkə bilirdilər. Hacıbəyin cavabı isə planın ifşa olunmasına verilən ən aydın izah idi…
Məhəmmədəli Qəribli
Teref.az
 

Bölmənin digər xəbərləri

10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"

Dünyapress TV

Xəbər lenti