Reklamlarda sizi aldadanları nə gözləyir?
“Reklamında çox tərifləyirdilər, aldım. Ancaq keyfiyyəti reklamda deyildiyi kimi olmadı”. Gündəlik həyatımızda bu və ya bu kimi ifadələri çoxlarından eşidirik. Bəs, həqiqətəuyğun olmayan reklamla bağlı məsuliyyət kimin üzərinə düşür? Bununla bağlı qanuna əməl etməyənləri hansı cəza gözləyir?

"Azərbaycan Reallığı" xəbər verir ki, “Reklam haqqında” Qanuna əsasən, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır.

Əvvəlcə ondan başlayaq ki, istehsalı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam istehlakçıların seçimini stimullaşdırmalıdır.

Lakin reklam istehlakçını aldatmamalı, çaşqınlıq yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən məhsullarla eyni, yaxud onun əvəzedicisi olan başqa məhsulların bazar nüfuzuna xələl gətirməməlidir. Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklamdır. Haqsız reklama isə yol verilmir.

Reklamla bağlı qanunvericiliyin pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulub.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Reklam barədə qanunu pozan media qurumları da məsuliyyət daşıyırlar. Belə ki, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyin tələblərinin pozulması nəticəsində istehlakçılara xeyli miqdarda ziyan vurulması isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 198-ci maddəsi bilə-bilə yalan reklam etməyə görə məsuliyyəti nəzərdə tutur. Bu maddəyə görə, əmtəələr və xidmətlər haqqında, habelə onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən üç mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada xeyli miqdar dedikdə, 50 000 manatdan yuxarı, lakin 200 000 manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə isə 200 000 manatdan artıq olan mәblәğ nəzərdə tutulur.

Qanunsuz reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti