“RƏSMİ OLARAQ VƏTƏNDAŞLIQDAN İMTİNA EDİRƏM” - Tovuz sakini dövlət qurumlarından şikayətçidir
Tovuz rayon sakini Quliyev Şahlar Famil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik:

“Mən, Quliyev Şahlar Famil oğlu, yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Ailəiyəm, 4 azyaşlı uşağım və qoca xəstə anam var. Özüm də xəstəyəm, 2-ci tip ağır şəkər xəstəsiyəm. İnsulin qəbul edirəm. Ağciyər xəstəsiyəm.

2023-cü il avqust ayında Bakıda Qara Qarayev adına Ağciyər Xəstəliklər İnstitutunda əmaliyyat olunmuşam.

Ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm. Qeyd edim ki, 5 ay müraciətimə Tovuz rayonunda baxılmadı. Sonradan mənə imtina cavabı verildi.

1 ay əvvəl Tovuz rayon icra başçısının qəbulunda da oldum. Yoldaşımı işlə təmin etməsini xahiş etdim. Başçı cavab verdi ki, “mənim üzüm bağımda, kartof sahəmdə işlə, mən işçi axtarıram, işçi tapa bilmirəm”. Ona bildirdim ki, elə ağır işdə işləməyə səhhətim imkan vermir. İşləsəm, elə öz kəndimizdə işləyərəm. Dedi ki, Tovuz rayonuna dövlət işi verilmir.

Bunu Tovuz rayon Məşğulluq İdarəsinin rəisi Vüsal bəy də təsdiqlədi.

Mən də hörmətli Prezidentimizə dəfələrlə məktub yazmışam. Bu yaxınlarda bizə cavab gəldi ki, Tovuz rayon “Qərənfil” uşaq baxçasında yarımştat - 220 manatlıq iş təklif olunur. Mən də düşündüm ki, deyilən maaş ancaq yol puluna çatacaq. Prezident Administrasıyasına zəng etdim. Mənə İcra Hakimiyyətinə gedib, oradan görüntülü danışmaq təklif edildi. Bunun üçün İcra Hakimiyyətinə getdim. Ceyhun adlı şöbə müdiri Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladı. Telefonda nə danışdlılar, bilmirəm. Sadəcə, məni başından etmək üçün dedilər ki, səni növbəyə yazmışıq, nə vaxt çağırsaq o zaman gələrsən. Amma mənə Prezident Aparatından dedilər ki, həftənin 5 günü, istədiyiniz zaman əlaqə saxlaya bilərsiniz.

Mən və ailəm bu adlarını çəkdiyim dövlət qurumlarının özbaşınalığından bezmişik. Bu qurumların vətəndaşlara qarşı saymamazlığı, insanların hissiyatı ilə oynaması səbəbindən, mən rəsmi olaraq Azərbaycan Respublikası vətəndaşlığından imtina edirəm. Mən başqa dövlətlərdən vətəndaşlıq üçün kömək istəyirəm.

Mən uşaqlarımı dolandıra bilim. Oğlumu əsgər aparacaqlar. Dövlətin ac əsgəri olmur. Sonra deyəcəklər ki, uşağın dövlətə borcu var. Vətənin uşağa nə borcu var? Ac əsgər böyüyər? Dövlət qurumları özbaşınalıq edir, vətəndaşları əzirlər.”

Aynurə İSMAYIL

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti