Jurnalistin MİDA-dan ev qazanması, kişinin hamilə ola bilməsi  şansı qədərdi...
Hakimiyyətin daxlində olan hansısa qüvvə Prezidentin iradəsinin əksinə gedərək, jurnalistlər üçün tikilən və tam hazır vəziyyətdə olan 3-cü binanı öz halal sahibləri olan media təmsilçilərinə vermək istəmir. Bunun üçün o hoqqa qalmadı ki, çıxarmasınlar.
İki il bundan əvvəl 38 nəfərin imzası ilə biabırçı bir siyahı ortaya atdılar. Həmin siyahıya elə adamlara imza atdırdılar ki, apardıqları kampaniya özlərinə qarşı çevrilmiş oldu. Yəni əks effekt verdi.
Çünki siyahıya imza atanların əksəriyyəti jurnalistlər üçün tikilən əvvəlki iki binadan ev almışdılar.
Haqq edən, mediada can qoymuş, həqiqətən evi olmayan və ya mənzil şəraiti acınacaqlı olan bir qrup həmkarımız dirəniş göstərərək, Prezdentin jurnalistlərə paylanması üçün inşa etdirdiyi evin məhz media nümayəndələrinə verilməsi ilə bağlı dirəniş göstərir.
İndi də görün bizim başımızı nə ilə qatmaq istəyirlər? Ədalətsiz mənzil bölgüsünə görə, reputasiyası sıfırdan da aşağı həddə olan MİDA adlı qurumu dövriyyəyə buraxıblar ki, mənzil istəyən jurnalistlərin başlarını qatsınlar.
Bu gün sözügedən qurumun adından bir məlumat yayılıb. Bəzi saytlar da bu məlumatı elə başlıqlarla tirajlayıblar ki, sanki bununla da ehtiyacı olan jurnalistlərin mənzil məsələsi öz həllini tapmış olacaq. MİDA-nın jurnalistlərə təklif etdiyi güzəştli mənzillərlə bağlı şərtlərini oxudum.
Düzünü deyim ki, xəbəri 5 dəfə oxuyandan sonra nəsə anlaya bildim. Çox az sayda jurnalist tapılar ki, həmin kriteriyalara uyğun gəlsin. Mən özümü ağır sayılan kriteriyalardan birinə uyğun saydım.
Şərtlərn birində deyilir: "15 il jurnalist stajın və Media Reysterində qeydiyyatın" olmalıdır. Sevindim ki, sabahdan gedib sənədləri toplayım. Çünki həm stajım 15-ildən çoxdur, həm də Media Reysterində qeydiyyatım var.
Sonra aydın oldu ki, kriteriyalara cavab versən də, sənədləri toplasan da, bu hələ sənə ev veriləcəyi anlamına gəlmir. Səni hələ qarşıda böyük biabırçılıqla yaddaşlarda qalan MİDA-nın təşkil etdiyi mənzillərlə bağlı oyunda iştirak da gözləyir. Bilirsiniz ki, orada da sistem açılmağı ilə evlərin satılmağı bir olur.
Sizcə, sənədləri qaydasında olan Məhəmmədəli Qəribli kimi zavallı bir jurnalst 7-8 saniyəyə oradan ev uda bilər? Bunu təşkil edənlər, onsuz da şərtləriniz ağırdı və evləri pulla satacaqsınız. Heç olmasa elə edin ki, ağır kriteriyalarınıza uyğun gələn jurnalstlərə konkret mənzillər təklif olunsun.
Adam ödənişini edib, girib mənzilində yaşasın, sonra da aylıq ödənişinizi etsin. Yoxsa, jurnalisti öz çirkin oyunlarınıza niyə cəlb edirsiniz? Bundansa yazardınız ki, evlər ancaq hamilə olan kişi jurnalstlərə veriləcək.
Deyəcəksiniz ki, heç hamilə də kişi olar? Bəli, olmaz! Əmin olun ki, hamilə kişi olmadığı kimi, sizin MİDA-dakı yarışmanızdan mənim kimi bir jurnalistin 7-8 saniyəyə ev qazana bilməsi də mümkünsüzdür...
Məhəmmədəli Qəribli
Teref.az

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti