Ucarda kasıblara heçdə Dost olmayan "DOST" mərkəzi.. -
Teref.az-a bire qrup Ucar vətəndaşı şikayət məktubu ünvanlayıb. Şikayəti oxuculara təqdim edirik:
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Biz 2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında (Komxozda) işə qəbul olunmuşuq. Hər gün bizə verilən tapşırıq əsasında küçələri süpürüb təmizləmişik.Həttda aylıq pul verib işə gəlməyənlərin yerinidə bizə süpürtdürüblər.Bunu subut edən süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarına açıb baxmaq kifayət edər.
2022 və 2023-cü ildə 3 dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. Həmin gün biz artlıq verilən tapşırığı yerinə yetirib evimizə getmişdik.Təmizlik işləri səhər saat 6-00 radələrindən təxminən saat 11-00 radələrinə kimi bizə verilən tapşırıları yerinə yetirib evimizə gedirik.DOST İş Mərkəzindən yoxlama saat 12-00 da gəlib monitorinq aparılıb.Həmin vaxt komxozun rəhbərliyi aylıq pul verib işə gəlməyənlərə tez zəng etdirib çağırıb gətizdirirlər. Bizə isə xəbər verilməyib.Həttda elə olub ki, yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlməyib.Ancaq yoxlamaya pul və siyahı verilib deyə onlara gözün üstə qaşın var deyən olmadı.Biz isə gündəlik işə çıxıb aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik.Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi.
Tələbimiz 3 dəfə aparılan yoxlama zamanı aparılan video çəkilişə bizim iştirakımızla baxış keçirilsin.Həmin videoda aylıq haqq verib işə gəlməyənlərin çoxu yoxdur.Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması subut olunacaq.
Bizim hər birimizin evinə azyaşlı uşaqlarımız və ciddi xəstələrimiz var heç bir yerdən gəlirimiz yoxdur.
“DOST” İş Mərkəzi Ucarda komxozun rəhbərliyi ilə əlbir olub korrupsiya şəbəkəsi yaradıb.Həmin yoxlamalar zaman aparılmış video çəklişə baxılarsa bu tam subut olunacaq.
Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb ailələr işlə təmin olunub ailəsin dolandırsın.Ancaq Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Komxoza əksəriyyəti imkanı olan adamlar götürüldü.Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov şəxsən yaratdı.İcra başçısı 50.000 manat pulun müqabilində Asəm Kərimov kimi korrupsioneri komxoza müdir vəzifəsinə təyin etdi sondada guya etdiyi səhvi düzəldirmiş kimi onu işdən öz ərizəsi ilə çıxartdı.
İndi biz bir qrup korrupsionerin qanunsuz əməllərinə görə aclıq işində yaşamağa məhkum olmuşuq.
Xahiş və tələbimiz “DOST” İş Mərkəzinin apardığı yoxlama zamanı çəkilmiş videoya bizim iştirakımızla baxılsın korrupsiyaya qurşanmış şəxslərin barəsində ciddi tədbirlər görülsün qanunsuz çıxarıldığımız üçün işimizə bərpa edilməliyik.

İmza; Cəfərova Kəmalə Qədir qızı
Hacıyeva Zərinə Eyvaz qızı
Əhmədova Sevinc İsmayıl qızı
Əlizadə Elnarə Məhərrəm qızı
Qurbanova Mətanət Şahin qızı
Cəfərov Həsən Cəmşid oğlu
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_a1feb0fe-ca4a-41bb-84aa-d179fccfa7b6.jpg
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti