Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə salınması ətrafında müzakirələr davam edir. Səfərin baş tutmamasına bir neçə mühüm faktor səbəb göstərilir. Bildirilir ki, İsrail hava qüvvələri ilə Türkiyəyə məxsus F-16 qırıcılarının qarşılıqlı şəkildə “xəbərdarlıq mesajı” göndərməsi iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Bununla yanaşı, Suriyada davam edən silahlı toqquşmalar və İsrailin bu ölkədəki hərbi müdaxilələri də Netanyahunun səfərini riskli və qeyri-məqbul vəziyyətə gətirib.

Moskvada keçiriləcək 9 May paradı və İranın bölgədəki təsiri də səfərin təxirə salınmasına təsir edən digər amillərdən hesab edilir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsrail hökuməti səfərin təxirə salınmasını Qəzza və Suriyada baş verən son hadisələrlə əlaqələndirib:

“Bu səbəbi kifayət qədər ciddi arqument saymayan siyasətçilər də var. Onlar səfərin təxirə salınmasının əsas səbəbini Türkiyənin baş nazirin təyyarəsinə öz ərazisindən keçmək üçün icazə verməməsində görürlər.

Hər iki səbəb baş nazirin səfərinin təxirə salınması üçün əsas götürə bilər. Suriya və Qəzzada İsrail tərəfindən ciddi əməliyyatlar aparılır. İsrail Müdafiə Nazirliyi 60 min yeni əsgərin ehtiyatdan orduya çağırılması haqqında qərar qəbul edib ki, bu da əməliyyatların genişləndirilməsi anlamına gəlir. Əməliyyatların genişləndirilməsi Netanyahu hökumətinə qarşı narazılığın artması ilə nəticələnə bilər. Belə bir zamanda Netanyahunun 5 günlük xarici səfərə çıxması əhali tərəfindən mənfi qarşılanardı. Məhz buna görə də Netanyahunun səfəri təxirə salınması məqsədəuyğun görünür”.

Politoloq qeyd edib ki, Türkiyənin İsrail təyyarəsinə öz ərazisindən keçməyə icazə verməməməsi də səfərin təxirə salınması üçün əsas kimi nəzərdən keçirilə bilər:

“Çünki Netanyahu Azərbaycana gəlmək üçün 3 istiqamətdən – İran, Türkiyə, Qara dəniz – birindən istifadə etməli idi. Məlum olduğu kimi, Netanyahunun təyyarəsi İran səması ilə uça bilməzdi, Qara dəniz üzərində Rusiya ilə Ukrayna müharibəsi səbəbindən keçmək olduqca təhlükəlidir. Qalır Türkiyə üzərindən gəlmək. Ona da Türkiyə hökuməti icazə vermədi. Beləliklə Netanyahu Azərbaycana gəlmək üçün uyğun və təhlükəsiz hava məkanı tapmadığına görə səfəri təxirə saldı, deyə bilərik. Bu zaman isə başqa sual yaranır: İsrail hökuməti səfəri hazırlayarkən Türkiyənin mümkün reaksiyasını nəzərə almamışdımı?

Əlbəttə ki, almışdı və Türkiyənin icazə verəcəyinə əmin idi. Amma İsrail ordusunun Suriyadakı son əməliyyatları Türkiyənin hava məkanını bağlamasına səbəb oldu”.
 

Bölmənin digər xəbərləri

06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Dünyapress TV

Xəbər lenti