Azərbaycanlı milyarderlər “Lyublinskoye Pole” ticarət mərkəzini aldılar - TƏFƏRRÜAT
Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev “Lyublinskoye Pole” ticarət mərkəzini satın alıblar.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, bu obyektin təxmini dəyəri 2 milyard rubl (24,7 milyon dollar) təşkil edir.
Bildirilir ki, “Lyublinskoye Pole” ticarət mərkəzi Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya Ploşad” şirkətinə bağlı olan “Moskva” ticarət-yarmarka kompleksinin yaxınlığında yerləşir.
“Forbes” jurnalının 2025-ci il üzrə “Rusiya milyarderləri” siyahısında 41-ci yerdə qərarlaşan (sərvəti 3,4 milyard dollar) Qod Nisanov və 39-cu yeri tutan (sərvəti 3,4 milyard dollar) Zarax İliyevin nəzarət etdiyi “Kiyevskaya Ploşad” şirkətlər qrupu Moskvanın cənub-şərq hissəsində, sahəsi 34 min 900 kvadratmetr olan əmlakı öz balansına daxil edib.
“Kiyevskaya Ploşad” şirkətinin nümayəndəsi obyektin alındığını təsdiqləyib.
Əmlak üzrə ekspertlər ticarət mərkəzinin dəyərini 1,5-2 milyard rubl aralığında qiymətləndiriblər. Müstəqil ekspert Marina Malaxatko isə əməliyyatın məbləğinin 2 milyard rublu keçmədiyini bildirib.
Əvvəl bu əmlak “Stroytorg” MMC-yə məxsus idi. Şirkətin 2024-cü ildəki gəliri 114,3 milyon rubl, xalis mənfəəti isə 2 milyon rubl təşkil edib. Əvvəlki sahiblər arasında Yuliya Tkaçenko (40%) və Elena Kelperis (21%) əsas paya malik olublar.
Ekspertlər bildirirlər ki, əvvəlki sahiblər əraziyə qoyulan inkişaf məhdudiyyətlərinə görə aktivi satmağa qərar veriblər. Hüquqşünas Aleksey Vançuqov hesab edir ki, “Kiyevskaya Ploşad” burada ticarət və sərgi kompleksinin yeni mərhələsini həyata keçirə bilər. Marina Malaxatko isə bu ərazidə sənaye parkının salınacağını istisna etmir.
Qeyd edək ki, “Kiyevskaya Ploşad” Qod Nisanov və Zarax İliyevə məxsusdur və Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahibidir. Şirkət “Forbes Rusiya – 2025” reytinqində daşınmaz əmlak sahəsində birinci yerdədir. 2024-cü ilin sonuna qədər qrupun icarədən əldə etdiyi gəlir 2 milyard dollara çatıb.
 

Bölmənin digər xəbərləri

06 May 2025 İmamoğlu: "“Şahid deyilən, lakin şahid olmayan eyni 3-5 ad hər dəfə yeni bir faylda yenidən səhnəyə çıxarılır. Onlara mənə qarşı yeni bir böhtan atmaq vəzifəsi qoyulur”"
06 May 2025 Milli Məclisin deputatı Rusiyaya niyə buraxılmayıb? – TASS-dan əcaib xəbər
06 May 2025 İran qonşusunu hədələdi: - Azərbaycanı, yoxsa Ermənistanı?
05 May 2025 Moskva aeroportunda nələr yaşanıb? – Badamovla Rusiyaya gedən deputat danışdı
05 May 2025 Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB
05 May 2025 “Türkiyə siyasətçilərinə rüvşət ötürmüşən” deyən Önal Haaqada öldürüldü
05 May 2025 Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
05 May 2025 Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
05 May 2025 26 il əvvəl evdən çıxdı -10 dəqiqəyə Asiyadan Avropaya keçdi
05 May 2025 Türkiyəyə qarşı “1915 kartı”nı ortaya qoyurlar
04 May 2025 İranda gecə saatlarında DƏHŞƏT YAŞANDI - VİDEO
04 May 2025 Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA: “Hər an baş verə bilər, fasiləsiz olaraq…”
04 May 2025 Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi
04 May 2025 Zurabişvilinin evinin yaxınlığında ATIŞMA – Yaralananlar var
04 May 2025 Simonyan Rusiyaya getməkdən imtina etdi
04 May 2025 SON XƏBƏRLƏR! Ayyüce Türkeşə atasının məzarını ziyarət edərkən hucum ediblər
03 May 2025 Vucic ABŞ-da qəfil xəstələndi – Serbiyaya təcili qayıtdı
03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı

Dünyapress TV

Xəbər lenti