AĞ EV SEÇİMİNİ ETDİ: UKRAYNA TƏK BURAXILIR VƏ... -
Namiq Bilal

İngiltərənin tanınmış düşüncə quruluşu olan “Çetem Haus”-un (Chatham House) Avroasiya proqramlar direktoru Ceyms Niksi Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiyalı analiz yayımlayıb. Yazıda yer alan iddialara görə, Qərb liderləri çox güvənilməzdir və müharibədən qaçmağa bəhanə axtarırlar.

Analizin əsas xətti isə çox çarpıcıdır. İddia olunur ki, Bayden hökuməti Rusiyanın məğlub edilməsini istəmir. Belə izah edilir ki, Rusiya fəlakətli məğlubiyyətlə üz-üzə qalarsa, xaos yaranar və nüvə müharibəsi qaçılmaz olar.

“Çetem Haus”-un əhəmiyyətini anlamaq üçün təşkilat haqqındakı bəzi məlumatlara baxaq. Bu düşüncə quruluşu XX əsrin əvvəlində ˝Dəyirmi masadakılar˝ adı ilə qurulub. İsrail dövlətinin yaradılması, Osmanlının dağılmasındnan sonra Orta Şərqin xəritələrini cızan Says Piko anlaşması və Osmanlıdan qalan türk torpaqlarını param-parça edən Sevr müqaviləsi əsas etibarı ilə bu ˝masada˝ hazırlanıb. İndiki rəsmi adı Kraliyyət Millətlərarası Əlaqələr İnstitutudur.

“Çetem Haus”-un analizindən çıxa biləcək nəticələrə baxaq. ˝Bayden Rusiyanın məğlubiyyətini istəmir˝ tezisini ˝ABŞ Ukraynaya olan dəstəyini azaldır və bu davam edəcək˝ şəklində anlamaq olar. Əsas səbəb Orta Şərqdə getdikcə daha da şiddətlənən müharibədir.

İsrailin Qəzzada HƏMAS-a və Livanda “Hizbullah”-a qarşı apardığı müharibə qısamüddətli savaş olma imkanını itirdi. Hər iki cəbhədə əllə tutula biləcək konkret qələbə yoxdur. Müharibə uzanır və genişlənir.

Gündəlikdə İrana qarşı İsrail hücumu var və bu hücum ağır olarsa, Orta Şərqəd böyük fəlakət ssenarisi qaçılmaz olacaq. Artıq Netanyahu və Bayden İrana hücum məsələsində anlaşıblar. İsrail çətinə düşərsə, ABŞ-nin da müharibəyə bilavasitə girəcəyi gözləniləndir.

Digər tərəfdən, ərəb mətbuatında gedən çoxsaylı məlumatlara görə, İsrail Qəzza zolağında yerləşən 2,5 milyon fələstinlini zorla Misirə aid olan Sinay yarımadasına sıxışdırmaq istəyir. Bu Misir üçün çox böyük təhdiddir. Bu səbəbdən Misir ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Minlərlə Misir tankının, topunun və döyüş maşınlarının çox geniş alanda toplanmasını əks etdirən videogörüntülər dünya mediasında yayımlanır.

Livan və Suriya əraziləri də İsrailin gündəlik bombardumanları altındadır. Sözün əsil mənasında bölgənin fəlakətli partlayışı qaçılmaz kimi görünür və bu partlayış reallaşacaqsa, İsrailə cox böyük miqdardə silah-sürsat və maliyyə dəstəyi lazım olacaq.

Müharibə başlanan gündən bu yana ABŞ Ukraynaya 75 milyard dolların üzərində silah və maliyyə yardımı edib. İsrailə isə təkcə bu il ərzində edilən yardımın miqdarı 45 milyard dollardan artıqdır.

ABŞ və bütövlükdə Qərb, nə qədər böyük büdcəyə və silah sənayesinə malik olsalar da, iki böyük müharibəni tam həcmdə təmin etməkdə çətinlik çəkirlər. İstənilən halda seçim edilməli və daha çox dəstək tərəflərdən birinə yönəldilməlidir.

Rusiyanı Ukraynanın əli ilə zəiflətmək Ağ Ev və Londonun xeyli zamandir hazırladığı və çox arzuladıqları strateji hədəfdir. Lakin, ortaya İsrail marağı və yəhudi lobbisinin təsir imkanları girirsə, vəziyyət kökündən dəyişir.

Yəhudi lobbisinin Ağ Ev üzərindəki təsir gücünü “CNN Türk” kanalının yaydığı bir məlumat çılpaqlığı ilə nümayiş etdirir. Kanalın müxbiri bir ABŞ konqresmeninin söylədiyi fikirlərə diqqət çəkir. Həmin konqresmenin söylədiyinə görə, yəhudi lobbisi hər konqres üzvünün yanına ˝körpə uşağın yanına dayə˝ qoyulurmuş kimi bir ˝köməkçi˝ ayırır və o da konqresmenin hansı qanuna necə səs verəcəyini müəyyən edir.

Müharibələrə girişmiş İsrail ayrılan ABŞ yardımlarını heç kimlə, o cümlədən Ukrayna ilə, bölüşmək istəmir. Belə bir şəraitdə Ağ Ev yardımlarının əsas hissəsinin Ukraynadan kəsilərək İsrailə yönəldilməsi qaçılmazdır.

Bu iki müharibə, bir qədər obrazlı desək, ˝birləşmiş qablar qanunu˝ tərzində idarə olunur. İsrail müharibəsi genişlənəcəksə, İsrailə daha çox yardım gərəkəcək və Ukraynaya olan yardım azalacaq. Və əksinə, Orta Şərq sakitləşəcəksə, Ukraynaya axan ABŞ yardımları tam həcmdə bərpa olunacaq.

Qərb mətbuatında yayılan məlumatlara görə, ABŞ və bəzi müttəfiq olkələr İranla gizli qapılar arxasında atəşkəs məsələsini danışırlar. Deməli, Ukraynanın ümidi də Orta Şərqdə böyük müharibənin partlamaması və hansısa atəşkəsə nail olunmasıdır.
azpolitika
 
 
 

Bölmənin digər xəbərləri

11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı

Dünyapress TV

Xəbər lenti