Yaxın Şərqdə gərginlik: Bunun Azərbaycana təsirləri necə olacaq?
Yaxın Şərqdə dəhşətli, böyük bir müharibə olacağı haqda proqnozlar artıq özünü doğrultmaqdadır.

Görünən budur ki, qlobal güclər bunun qarşısını almağa yox, körükləməyə həvəslidirlər.

“Politico”-nun yazdığına görə, Bayden administrasiyası İsrail-Fələstin bölgəsində, xüsusilə Qəzzada münaqişənin Yaxın Şərq ölkələri arasında müharibəyə çevrilməsi ehtimalına hazırlaşır.

Bildirilib ki, Vaşinqton bu istiqamətdə artıq planlar tərtib etməyə başlayıb.

Qeyd olunur ki, Yaxın Şərqdəki hazırki proseslər ABŞ-ın regionda milli təhlükəsizlik strategiyasını təhlükə altına qoyur. Ən maraqlısı isə İran hakimiyyəti İraq və Suriyada özünə bağlı proksi qüvvələri vasitəsilə ABŞ-ın hər iki ölkədəki hərbi bazalarına hücumlar təşkil edir.

Eyni zamanda İran hakimiyyətinə bağlı digər proksi qüvvə - Yəməndəki "Ənsurullah” hərəkatı - husilər Qırmızı dənizdə, Babül-Məndəb boğazı və Ədən körfəzində hərəkət edən Qərb ölkələrinə məxsus hərbi və ticarət gəmilərinə raket və kamikadze dronları vasitəsilə hücumlar edir. Bu isə ABŞ-ı ciddi şəkildə qəzəbləndirir.

Məhz buna görə də ABŞ-ın İran hakimiyyətinin Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı cavab tədbirləri görəcəyi istisna deyil.

Yaxın perspektivdə ABŞ-ın sərt və şiddətli adevkat addımlar atacağı halda həm İraq, həm Suriya, həm də Yəməndə ciddi təlatümlərin baş verəcəyi heç bir şübhə doğura bilməz. Şübhəsiz ki, bu təlatümlər İran daxil olmaqla Yaxın Şərqdə böyük müharibənin baş verməsinə gətirib çıxaracaq. Bu da Cənubi Qafqaza, xüsusilə Azərbaycana müəyyən mənada mənfi təsir göstərəcək.

Bəzi ekspertlər hesab edir ki, Ukrayna və Qəzzada müharibənin davam etdiyi halda ABŞ Yaxın Şərqin tamamilə qan gölünə çevrilməsində maraqlı ola bilməz. Çünki bu ABŞ-ın regionda geostrateji və geosiyasi maraqlarına da ziyan vuracaq.

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, hazırki şəraitdə ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsində və nəzarətdən çıxmasında maraqlı deyil:

“Amma ABŞ maksimum dərəcədə Yaxın Şərqdə proseslərin çoxşaxəli olmasında maraqlıdır. Ona görə ki, bu, İsrailin üzərində bütün həmlələri diqqətdən yayındıra bilər. Xüsusilə, iki gün öncə İranın Kirman şəhərində baş vermiş terror aktına toxunmaq lazımdır.

Çünki dünən yayılan məlumata görə, İŞİD artıq bu hadisədə məsuliyyəti öz üzərinə götürüb. Yəni, İŞİD-in bu ərəfədə meydana çıxması, belə terror aktına imza atması onu deməyə əsas verir ki, yaxın zamanda Yaxın Şərqdə maraqlı proseslərin baş verəcəyinə şahidi olacağıq. Regionda belə bir miqyasda terror aktları davam edəcək.

Müəyyən xarici qüvvələr İrana qarşı, o cümlədən İraq və Suriyada İran hakimiyyətinə bağlı olan proksi qüvvələrə qarşı İŞİD və digər radikal qüvvələrdən istifadə edəcək.

O ki qaldı Yəməndəki üsyançı husilərə qarşı atılacaq adevkat addımlara, hazırda Qırmızı dənizdə döyüşləri gedir. Husilərə məxsus hərbi gəmilər ilə ABŞ-ın hərbi gəmiləri arasında şiddətli toqquşmalar gedir. Bu da Qərbdə ciddi narahatçılıq yaradır.

Onu da vurğulayım ki, ərəb dövlətləri də Qırmızı dənizdə baş verən proseslərdə aktiv iştirak edəcəklər. Ərəb dövlətlərin rəhbərləri heç bir halda İranın istər Qırmızı dənizdə, istərsə də boğalarda mövqe tutmasına imkan verməzlər. Qırmızı dənizdə proseslərin daha da gərginləşməsi gözlənilir".

İran daxil olmaqla Yaxın Şərqdə genişmiqyaslı müharibənin baş verəcəyi təqdirdə bunun Cənubi Qafqaza, xüsusilə Azərbaycana mənfi təsir göstərib-göstərməyəcəyi ilə bağlı suala cavablandıran V.Zifəroğlu qeyd edib ki, bu, Azərbaycanın müəyyən ərəb ölkələri ilə iqtisadi münasibətlərinə ziyan vura bilər:

"Əgər İranın daxilində ciddi bir müharibə baş verməyəcəksə, bunun Azərbaycana ciddi təsiri olmayacaq. Əlbəttə, Yaxın Şərqdə münaqişələrin intensiv şəkildə alovlanması, geniş müharibənin baş verməsi Azərbaycanın İraqla birləkdə həyata keçirdiyi iqtisadi layihələrə mənfi təsir göstərə bilər.

Bildiri ki, Türkiyə də Yaxın Şərqdəki proseslərdə aktiv iştirak edir. Bu baxımdan müəyyən qədər Azərbaycana öz təsirini göstərə bilər. İrana müdaxilə olmayacağı təqdirdə Azərbaycan ciddi problemlərlə üzləşməyəcək".
 

Bölmənin digər xəbərləri

11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı

Dünyapress TV

Xəbər lenti