“İRANIN AZƏRBAYCAN SİYASƏTİ İFLASA UĞRAYIB” –
“İkinci Qarabağ müharibəsi sonrası Cənubi Qafqazda yaranmış geosiyasi rəqabətdə məğlub olan İran regional post-sovet dövrü siyasətinin yanlışlığını anlayır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı analtik hesabatda deyilir.

“Tehran Ermənistan vasitəsilə Azərbaycanın məhdudlaşdırılması cəhdlərinin iflası fonunda Bakı ilə bağlı öz siyasətinin köklü şəkildə dəyişilməsi ehtiyacını yekdilliklə qəbul edir. Lakin daxildəki fərqli qüvvələr arasında bu dəyişikliyin necə və hansı istiqamətdə baş verəcəyi ilə bağlı fikir ayrılığı var”, - araşdırmada qeyd olunur.

Təhlilçilər hesab edirlər ki, radikal ideoloji yanaşma hələ də üstünlük təşkil edir: “İnqilab Keşikçiləri, radikal mühafizəkarlar, fars/İran millətçiləri və radikal dini dəstələrdən ibarət bir qrup daha sərt və aqressiv Cənubi Qafqaz siyasətinin tərəfdarıdır. Onların fikrincə, Tehran Bakını daim təhdid etməlidir, çünki İran-Azərbaycan ziddiyyətləri diplomatiya yolu ilə həll oluna bilməz. Məhz sözügedən qrup ali dini lider Xamneyinin dəstəyilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təcavüzkar siyasətin əsasını qoydu”.

Hesabata görə, onların gözləmədiyi halda Bakının sərt cavab tədbirləri ikitərəfli münasibətlərdə ciddi böhran yaratdı və Azərbaycanı İrandan uzaqlaşdırdı. “Təcavüzkar siyasətin praktikada əks nəticə verdiyini görən İran geri addım atmağa başladı. Hərçənd, son zamanlar İran radikalları İsrail-HƏMAS münaqişəsindən Qafqaz siyasətinə təsir üçün fürsət kimi istifadə etmək istəyir, bu kontekstdə İrandakı bəzi anti-Azərbaycan qruplaşmalarını (“Hüseyniyyun”) tez-tez gündəmə gətirirlər”, - təhlildə qeyd olunur.

Praqmatik yanaşma tərəfdarlarına gəlincə, müəlliflərin fikrincə, İranla Azərbaycan arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, təcavüz problemlərin həlli yolu deyil: “Belə ki, aqressivlik Bakını qorxutmur, əksinə Tehrandan uzaqlaşdırır və məhz belə siyasət nəticəsində Azərbaycan İrandan aralanaraq Türkiyə, İsrail kimi dövlətlərlə daha da yaxınlaşır. Radikalların iddialarının əksinə olaraq, praqmatiklərin fikrincə, rəsmi Bakı Tehranla yaxşı münasibətlər qurmaq istəyir. Buna görə də Azərbaycanı düşmən kimi qələmə vermək yanlış və reallıqdan uzaqdır. Onlar hesab edirlər ki, əgər İran administrasiyası Azərbaycana qarşı yanlış siyasətindən əl çəksə, Bakı-Tehran münasibətləri normallaşacaq. Praqmatik baxış dövlətin icra bürokratiyasını təmsil edən ekspert yanaşmasıdır. Bu mövqeyi Xarici İşlər Nazirliyindən tutmuş Nəqliyyat Nazirliyinə qədər, İran bürokratiyası müdafiə edir”.

Analitik hesabat müəllifləri bu qənaətə gəliblər ki, İran administrasiyası daxilində radikallar və praqmatiklər arasındakı münaqişə hələ bitməyib və onun bitməsini gözləmək də düzgün olmaz: “Tehranın Cənubi Qafqaz siyasəti radikal qrupların təsirindən qurtulmadıqca, onun yenidən iflası qaçılmazdır. Belə ki, Cənubi Qafqazda gedən cari proseslər - Azərbaycanın qələbəsi, Rusiyanın zəifləməsi, Ermənistanın Qərbə can atması, Gürcüstanın Aİ yolunda irəliləməsi, Qərbin regiona nüfuzu İranın əleyhinədir. Bu proseslər Tehranın Azərbaycanla bağlı siyasətinin dəyişilməsini tələb edir. Lakin daxili hakimiyyət çəkişməsi bu dəyişikliyi çətinləşdirir. Hələ ki, İran və Azərbaycan administrasiyalarının ikitərəfli əlaqələri normallaşdırmaq cəhdləri radikal qrupların fəaliyyəti nəticəsində sağlam və proqnozlaşdırıla bilən münasibətlər üçün zəmin yarada bilməyib”.


Analitikilərə görə, İranın Ermənistan mərkəzli Cənubi Qafqaz siyasətinin uğurlu olması mümkün deyil. “Çünki Ermənistanın Qərb və Rusiya ilə münasibətlərinin gələcəyi naməlumdur. Bundan əlavə, Ermənistan-Azərbaycan sülh sazişi də üfüqdədir. Regional sülh Ermənistanın İrana ehtiyacını azaldacaq, İrəvanın Türkiyə və Səudiyə Ərəbistanı kimi ölkələrlə əlaqələrini normallaşdıracaq, türk və ərəb kapitalının Ermənistana axınına şərait yaradacaq. Odur ki, İran-Ermənistan münasibətləri əvvəlki kimi davam edə bilməz”, - təhlildə qeyd olunur.

Müəlliflər bildirirlər ki, bu baxımdan, Azərbaycanla gərginlik yaşayan İranın Cənubi Qafqazda nəticə əldə etməsi mümkün deyil: “Aydındır ki, İran administrasiyası radikal ideoloji qrupların təsiri altında və İsrailin zəiflədilməsi təbliğatı ilə Azərbaycana qarşı yeni aqressivlik siyasəti apararsa, bu, ikitərəfli münasibətlər üçün fəlakətli olacaq. Regional proseslər fonunda İranın Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa variantı yoxdur”.

Rasim Əliyev

Bölmənin digər xəbərləri

11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək
08 May 2025 Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı

Dünyapress TV

Xəbər lenti