Ardını oxu...
Konstitusiyaya dəyişikliklər prosesi Ermənistan Respublikasının daxili işidir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi erməni mətbuatının sorğusuna cavabında deyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qaldığını demişdi.
 
Ardını oxu...
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir. Bəllidir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Ötən həftəsonu o, qanunlara uyğun olaraq, artıq səfir kimi fəaliyyətini müvəqqəti dayandırıb. Deputat seçiləcəyi təqdirdə isə geri çağırılacaq və onun yerinə yeni təyinat olacaq.

Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident İlham Əliyev bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.

O səbəbdən Rusiyaya səfir postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm də regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.

GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək

Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.

Demokrat.az saytı bu mövzuda intriqanı artıran bir iddia haqda yazıb. Bildirilir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.

Yada salaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin iyulun 16-da imzaladığı sərəncamla Elmar Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Sərəncamdan bir gün əvvəl - iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev E.Məmmədyarovun fəaliyyətini kəskin tənqid etmişdi. Dövlət başçısının müşavirədə E.Məmmədyarovla bağlı dediklərini bir daha yada salmaqda fayda var: “Ayın 12-də (iyundakı erməni təxribatı nəzərdə tutulur-red) hadisələr baş verəndən sonra biz iş yerindəydik. Mən xarici işlər nazirini tapa bilmədim”.

Baş nazir Əli Əsədovun məruzəsində isə bəlli olmuşdu ki, Məmmədyarov evdən işləyir... Bundan əvvəl isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmiş, bir neçə nazirlik rəsmisi həbs edilmişdi...

Ola bilsin, E.Məmmədyarovun belə bir istəyi olsun, onun Rusiya hakimiyyəti, xüsusilə xarici işlər naziri Sergey Lavrovla yaxşı mümasibətləri olduğu sirr deyil. Amma onun yenidən, həm də Rusiyaya səfir kimi strateji posta qayıtması ağlabatan görünmür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Elmar Məmmədyarov xəbəri təkzib edib.

O, belə bir təklif almadığını bildirib: “Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyadakı səfir postunun Azərbaycan üçün xüsusi önəmi olduğunu bildirdi: “Polad Bülbüloğlunun millət vəkilliyinə namizəd olması Azərbaycanın Rusiyadakı səfir postuna kimin namizədliyinin irəli sürüləcəyi barədə məsələni aktuallaşdırıb. Polad Bülbüloğlu uzun illər Moskvada çalışdı. Azərbaycan üçün onun üstünlüyü o idi ki, gənclik illərində Rusiyada yaşamışdı. Tanınmış müğənni idi. Onu yaxşı tanıyırdılar. Səfir olduğu dönəmlərdə o, yüksək səviyyədə əlaqələr qura bilmişdi. Ona görə də indi Rusiyaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. İndidən hansı namizədin olacağını söyləmək çətindir. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Belə bir diplomata ehtiyac var. Bunu da bir neçə amillə izah etmək olar. İlk növbədə Azərbaycan-Rusiya əlaqələrini gücləndirmək baxımından bu vacibdir. Digər tərəfdən, bəzən dövlətlərarası münasibətlərdə suallar yaranır. Bu anda çevik olmalıdır. Erməni lobbisinin də gücü olduğu ölkələrdən biri Rusiyadır. Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. İndidən kimin səfir olacağını söyləmək çətin olsa da, bu posta, əlbəttə, son dərəcə peşəkar, hazırcavab və təcrübəli bir diplomatın təyin olunması çox vacibdir”.

“Yeni Müsavat”
 
Ardını oxu...
Dövlətimiz adından söz verə bilərəm ki, ən vacib şey: Ukrayna müharibəyə görə heç bir nəsil itirməyəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Xalqımızın ukraynalı gənclərə ehtiyacı var və onlara dövlətimizin təhlükəsizliyini qaytaracağıq", - Zelenski qeyd edib.
 
Ardını oxu...
İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.

APA xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi avqustun 1-də strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi.
 
 
 
Ardını oxu...
Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, bu proses bir neçə il çəkəcək. Rusiyanın isə bu sahədə güclənməyə dair bütün əlamətləri var.
Avropa Ukraynanı dəstəklədiyinə görə axmaq vəziyyətdə qalıb.
Bu barədə "Responsible Statecraft" yazıb.
"Ən yaxşı halda, hazırkı Avropa kursu Aİ-ni təcrid olunmuş və böyük ölçüdə axmaq kimi göstərə bilər. Ən pis halda, bu, Ukraynanı sarsıdıcı məğlubiyyətə hazırlamağa kömək edər" - materialın müəllifi Anatol Liven qeyd edib.
O xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməyə çağırıb və Fransanın Kiyevə dəstəyinin "hüdudu olmadığını" bəyan edib.
Müəllif onu da diqqətə çatdırıb ki, Avropa ölkələri hərbi istehsalı artırmağa çalışsalar da, endikləri səviyyəni nəzərə alsaq, bu proses bir neçə il çəkəcək. Eyni zamanda, Rusiyanın bu sahədə güclənməsinə dair bütün əlamətlər var.
Bundan əlavə, Liven Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişdirilməsinin mümkünlüyünə işarə edir. Müəllifin vurğuladığı kimi, "Alman və digər Avropa elitalarının nümayəndələri bu ssenarini "ağılsız" hesab edir və bundan o qədər qorxurdular ki, bu barədə düşünmək istəmirdilər.
Eyni zamanda, ictimai rəy sorğuları münaqişənin davam etdirilməsinə Avropanın dəstəyinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Bundan əvvəl Avropa Parlamentinin üzvü Tyerri Mariani Ukraynaya göstərilən yardımın Aİ üçün fəlakətli maliyyə xərclərini proqnozlaşdırmışdı.
 
Ardını oxu...
ABŞ-nin Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris üç əsas ştatda respublikaçı rəqibi Donald Trampı 4% üstələyib.

Bunu "New York Times" və Siena Kollecinin sorğusu sübut edir.

Söhbət Pensilvaniya, Miçiqan və Viskonsin ştatlarından gedir. Bu ştatlar ənənəvi olaraq demokratlara və ya respublikaçılara səs vermir, onların üstünlükləri dəyişir. Ona görə də, bu ştatlar seçkinin qalibini müəyyən edən "yelləncək ştatlar" adlanır.

Ekspertlər qeyd edirlər ki, Harris vitse-prezident seçdiyi Tim Valz sayəsində bu ştatları öz tərəfinə çəkmək niyyətindədir. Beləliklə, demokratlar son sorğularda müsbət impuls qazanıblar. Həftə yarımdan sonra keçiriləcək partiyanın qurultayı onlara əlavə xal verə bilər.
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib.
Avqustun 9-da isə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.
Prezident İlham Əliyev çıxışında ötən il Tacikistan prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən sammitdə iştirakını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir:
“Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir".
İlham Əliyev vurğulayıb ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərinin təzahürlərindən biridir: “Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.”
İlham Əliyev xatırladıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır: “Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram”.
Mərkəzi Asiyanın dövlət başçılarının Qazaxıstanın paytaxıt Astanada keçirilən VI Məşvərət görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması çox əlamətdar hadisədir. Bu, hazırda Türk dünyasında Azərbaycanın nə qədər önəmli olduğunu bir daha göstərir.

Aysel Mənsimova – politoloq
 
Ardını oxu...
İranın yeni seçilmiş milliyyətcə azərbaycanlı Prezidenti Məsud Pezeşkian səlahiyyətlərinin icrasına başlayıb.

O, artıq seçkiqabağı təşviqat mərhələsində qeyri-fars millətlərinin ana dilində təhsil hüququ ilə bağlı verdiyi vədlərin həyata keçirilməsi istiqamətində müəyyən addımlar atıb.

Dövlət başçısı ölkə Konstitusiyasında qeyri-fars dillərinin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk həmləsini edib. Bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

Maraqlıdır, yeni İran Prezidenti uzun illər qeyri-fars millətlərinin ana dilini hüququnu əlindən almış paniranistlərin müqavimətini qıra biləcəkmi?

Mövzu ilə bağlı Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, 15-ci maddənin icrası ilə bağlı xeyli çətinliklər var:

“Məsud Pezeşkian sistemin adamı olsa da, milli düşüncəyə malikdir. Türklər, türkmənlər, hətta digər qeyri-fars millətləri arasında böyük nüfuzu var. İslam rejimi 1979-cu il Konstitusiyasında qeyri-fars millətlərinə müəyyən hüquqlar tanıyıb, amma bunu icra etməyib.

Bunu tələb edənləri isə “pantürkist” adlandırıb, rejim əleyhinə fəaliyyətdə ittiham edib. Hazırda da İranda fars dili dövlət səviyyəsində qorunur. Fars dilinin İranda ən azı 500 illik hökmranlığı var. Hətta ayətullahlar belə fars dili ilə bağlı fətvalar veriblər. Birdən-birə bu tabunu qırmaq asan deyil. Yəni gücü müqavimət olacaq".

Həmsöhbətimiz qeyd edib ki, Pezeşkian mühafizəkarların Yaxın Şərq siyasətində də fikir ayrılıqları var:

"Artıq İran mətbuatına sızan xəbərlərə görə, Pezeşkian “mənə işləməyə imkan vermirlər” deyə şikayət edib. Böyük ehtimalla, seçki eyforiyası yatandan sonra onu “portfelsiz nazirə” çevirəcəklər. Mən yeni Prezidentin paytaxt Tehran olmaqla iri şəhərlərdə, Güney Azərbaycanda türk dilində təhsil verən siniflər açacağına inanmıram.

Təbriz univeristetində bir kurs vardı. Uzağı onun bərabər kursların sayı artacaq. Fars dilinin hegemonluğu, uydurulumuş İran tarixinə dayanan dövlət ideologiyası panfarsistlərin qırmızı cizgisidir. Ondan asanlıqla vaz keçməzlər".

Elman Cəfərli deyib ki, İranda azərbaycanlılara ana dilində təhsil hüququ tanınacaqsa, bu, dünyada qəbul olunmuş Azərbaycan dilində olmalıdır:

"Azərbaycanın ali məktəblərində, elm mərkəzlərində fars dili öyrədilir. Bu hansı dildir? Dünyada qəbul olunmuş ərəb qrafikalı fars dili. O zaman İranda öyrədiləcək Azərbaycan dili də hamının qəbul etdiyi dil olmalıdır. Yəni latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dili. Təbriz və Ərbədil radiosunda, telekanallarda insanlara sırınan ərəb və fars sözləri ilə kirlənmiş “türk dili” bizə lazım deyil".

O hesab edir ki, Azərbaycanın müvafiq dövlət qurumları, müstəqil nəşriyyatlar Güney Azərbaycan üçün Azərbaycan dilində dərsliklər və vəsaitlər hazırlamalı, İrana göndərməlidir.
 
 

 


Ardını oxu...
Türkiyə mediası Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının Astanada keçirilən görüşünü geniş işıqlandırıb.

"DogruXeber.az" xəbər verir ki, qardaş ölkənin media qurumları bu kimi görüşlərin regional əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyəti barədə məlumat verib. Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib. Azərbaycan liderinin rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə sıx və hərtərəfli əməkdaşlıqda maraqlı olması barədə sözlərindən sitat gətirilib.

Prezident İlham Əliyevin ölkələrin müdafiə və təhlükəsizlik sahələrində daha da yaxınlaşmasının zəruriliyi məsələsi ilə bağlı fikirlərindən iqtibas edilib.

“Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinin respublikanın Ermənistan işğalından azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfəni qardaşlıq münasibətlərinin təzahürü adlandırıb”, - deyə “Beyaz Gazete” nəşri yazıb və Prezident İlham Əliyevin Füzuli və Ağdam rayonlarında müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar Qazaxıstan, Özbəkistan və Qırğızıstan rəhbərliyinə minnətdarlığını bildirdiyini qeyd edib.

TRT AVAZ telekanalı Prezident İlham Əliyevin Azərbaycanın iqlim dəyişikliklərinin mənfi nəticələrinin azaldılması üzrə birgə regional təşəbbüsləri dəstəkləməyə hazır olması barədə sözlərindən sitat gətirib.

Türkiyə mediası Bakının Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb. Azərbaycan dövlət başçısının Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt beynəlxalq ticarət limanının da daxil olduğu Orta Dəhlizin artan əhəmiyyəti barədə fikirləri oxuculara çatdırılıb.
Ardını oxu...
İsrailin Oslodakı diplomatik təmsilçisi Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, İsrailin Norveç diplomatlarının diplomatik statusunu ləğv etmək qərarına etiraz etmək üçün İsrail səfirliyinin rəsmisi XİN-ə çağırılıb.

Norveç XİN bildirib ki, xarici işlər naziri Espen Barth Eide israilli diplomatla görüşüb və İsrail XİN-in norveçli diplomatlarla bağlı qərarına etirazı onun diqqətinə çatdırıb.

Qeyd olunub ki, hazırda Norveç hökuməti İsrailin qərarına qarşı necə cavab verməyi nəzərdə keçirir.
 

Dünyapress TV

Xəbər lenti