Ardını oxu...
İlham Əliyev Sergey Lavrovu qəbul edib

"Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik".

AYNA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Dövlət başçısı qeyd edib ki, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir.

“Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”, - dövlətimizin başçısı deyib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq.
 
Ardını oxu...
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvanın Qarabağa münasibətindən asılı olacaq”.

TEREF.AZ yazır ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Cebhe.info-nun Brüssel formatı çərçivəsində yaxın zamanda Azərbaycan və Ermənistan arasında növbəti sülh danışıqları ilə bağlı sualını cavablandırarkən bildirib.

Politoloq vurğulayıb ki, hər iki tərəf arasında sülh danışıqları, o cümlədən bu məsələ ilə bağlı olan hər hansı təmas intensiv şəkildə davam etməlidir:

“Böyük ehtimalla, növbəti Brüssel görüşü yaxın zamanda baş tutmalıdır. Artıq uzun müddətdir ki, bu format çərçivəsində Azərbaycan və Ermənistan arasında danışıq və görüşlər təxirə salınıb. Hər iki tərəf yalnız müxtəlif vasitələrlə bu və ya digər şəkildə təmaslarını davam etdirirlər. Hazırda danışıqlar masasında sülh müqaviləsi ilə bağlı müzakirə predmeti olan məsələlər var. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə Aİ-nın Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti danışıqların keçirilməsi barədə razılıq əldə olunub”.

Zaur Məmmədov Brüsseldə gözlənilən sülh danışıqlarında bu məsələlərin müzakirə ediləcəyi bildirib:

“Növbəti sülh danışıqlarında Zəngəzur dəhlizinin parametrləri, hər iki dövlət arasında regional kommunikasiyaların inkişafı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, həmçinin sülh müqaviləsindən irəli gələcək qarşılıqlı öhdəlik və vəzifələr ətrafında müzakirələr aparılacaq. Bununla bərabər, danışıqlar mövzusuna Azərbaycan və Qarabağ erməniləri arasında hər hansı formada dialoqun aparılması məsələsinin daxil edilməsi də ehtimal oluna bilər. Lakin hal-hazırda bu dialoq Rusiya sülhməramlılarının vasitəsilə davam edir”.

Politoloq qeyd edib ki, ABŞ Avropa İttifaqının Azərbaycanla Qarabağ erməniləri arasında bu dialoqu aparmasını, hətta bu məsələyə öz töhfəsini verməsini istəyir:

“Paşinyan hakimiyyəti də bu dialoqda Avropa İttifaqının vasitəçilik etməsini istəyir. Ruben Vardanyanın qondarma rejimin dövlət naziri vəzifəsindən getməsindən sonra bu məsələdə müəyyən perspektivlər yaranıb. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, Qarabağdakı separatçılar digər dövlətlərə bağlıdırlar, onlardan gələn əmrləri yerinə yetirirlər. Əlbəttə, Qarabağdakı ermənilər arasında siyasi reallığı başa düşənlər də var, yəni bir çoxları artıq anlayırlar ki, Azərbaycana yenidən inteqrasiya olunmaqdan başqa yolları yoxdur”.

Sülh prosesində Moskva və Brüssel formatlarına əlavə olaraq Vaşinqton formatının da yaranması ehtimalına münasibət bildirən Z.Məmmədov artıq belə bir formatın mövcud olduğunu vurğulayıb:

“Sülh danışıqlarının hər hansı format çərçivəsində aparılması Bakı üçün o qədər də önəmli deyil, bizim üçün ən əsası məsələlərin və problemlərin həll edilməsidir. Görünən odur ki, Nikol Paşinyan Qərb platformasında özünü daha təhlükəsiz hesab edir. Ancaq Münxen Təhlükəsizlik Konfransında İrəvanın əldə olunan razılıqları icra etdiyi hələ də görünmür. Ermənistanın XİN rəhbəri Ararat Mirzonyan Laçın dəhlizi ilə bağlı irrasional tezislərini bəyanatlar şəkildə davam etdirəcəksə, heç bir müsbət proses görünməyəcək. Əksinə, Ermənistan hakimiyyətinin bu kimi addımları Vaşinqton formatına xələl gətirir. Ermənistan Azərbaycanla əldə olunan razılıqları mütləq yerinə yetirməlidir”.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Gürcüstanın vasitəçiliyi ilə bağlı söz-söhbətlərə gəlincə isə Z.Məmmədov belə deyib:

“Azərbaycan Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır. Çünki Gürcüstan bu görüşlərdə öz maraqlarını diqtə etməyəcək. Əgər Gürcüstanda Bakı və İrəvan arasında görüşlərlə bağlı qarşılıqlı razılıq əldə olunarsa, qərar verilsə, bu görüşlər mütləq təhlükəsiz şəraitdə keçirilməli və görüşlərin nəticələri üçüncü bir tərəfə ötürülməməlidir. Lakin hazırda sülh danışıqlarının Moskva və Brüsseldə keçirilməsi daha çox ehtimal olunur”.

Sonda Z.Məmmədov qeyd edib ki, hər iki dövlətin imza atacağı sülh müqaviləsi sistemli və konkret olmalıdır:

“Bu müqavilədə Qarabağla bağlı məsələlər, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması məsələləri öz həllini tapmalıdır”.
Ardını oxu...
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detallarını açıqlayıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Rusiyanın köməyinə görə dərin minnətdarlığını bildirib, rusiyalı xilasedicilərin və həkimlərin yüksək peşəkarlığını qeyd edib.

Öz növbəsində Vladimir Putin ölkənin təbii fəlakətdən zərər çəkmiş rayonlarında bərpa işləri zamanı Türkiyə tərəfinə lazımi yardımı göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

"Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələləri, o cümlədən enerji sektorumda əməkdaşlıq da müzakirə olunub. Rusiya enerji daşıyıcılarının gələcək tədarükünün və Akkuyu AES-in tikintisinin praktiki aspektləri əsaslı şəkildə nəzərdən keçirilib.

Rusiya Prezidentinin Rusiya Federasiyası Federal Məclisinə son müraciətində verdiyi prinsipial qiymətləndirmələr kontekstində Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Ukrayna taxılının ixracı və Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrinin ixracına dair İstanbul sazişlərinin həyata keçirilməsinə də diqqət yetirilib.

Rusiyadan daha çox ehtiyacı olan ölkələrə müvafiq tədarüklərin aparılmasına maneələrin aradan qaldırılması ilə bağlı “paket”in ikinci hissəsinin vicdanla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.
 
 
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə TASS məlumat yayıb.

Tərəflər üçtərəfli bəyanatların icrası, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və digər məsələləri müzakirə ediblər.
Ardını oxu...
“Rusiyanın Moldovada sabitliyi pozmaq cəhdlərini qınayıram”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis Moldova dövlət başçısı Maya Sandu ilə danışıqlarının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rumıniya Rusiyanın hibrid addımlarına xüsusilə diqqət yetirəcək.

K.Yohannis vurğulayıb ki, ölkəsi Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bundan sonra da qətiyyətlə dəstəkləyəcək.
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden Varşavada moldovalı həmkarı Maya Sandu ilə görüşüb.

Bu barədə Moldova mətbuatı məlumat paylaşıb. Bildirilib ki, tərəflər Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə ediblər. Qeyd olunub ki, Sandu söhbət zamanı ölkəsinin azad dünyanın bir parçası olaraq qalmaq istədiyini bildirib və Moldova rəsmilərinin ölkədə sülh və sabitliyi qorumaq səyləri ilə bağlı danışıb.

Maya Sandu müharibə fonunda Moldovanın iqtisadi sabitliyini gücləndirmək üçün ABŞ-ın daha çox dəstəyinə ehtiyac duyduğunu qeyd edib. Moldova Prezidentinin Baydeni ölkəsinə bir daha səfər etməyə dəvət etdiyi bildirilib.
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyi Xankəndidəki separatçı tör-töküntülərinin “xarici işlər naziri” Sergey Qazaryanın Rusiyaya səfər etməsinə və görüşlər keçirməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Sergey Qazaryanın Rusiya Federasiyası ərazisində şəxsi məqsədlərlə səfərdə olduğunu vurğulayıb.

Rusiya XİN rəsmisi onun keçirdiyi görüşlər barədə məlumata malik olmadığını qeyd edib.

“Onun burda olmasının hansısa rəsmi statusundan söhbət getmir və gedə də bilməz, hətta biz hansısa təmaslar haqqında bilsəydik belə... Haradasa bu səfər işgüzar səfər kimi təqdim olunub. Hesab edirik ki, belə səfərə bu cür baxıla bilməz. Bu, bizim mövqeyimizdir”, - Zaxarova əlavə edib.
 
Ardını oxu...
Ukraynanın xarici işlər naziri, müdafiə naziri və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Onun sözlərinə görə, bu barədə bu gün Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşdə razılaşma əldə olunub:

"Biz xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Oleksiy Reznikov və mənim iştirakımla xarici, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı müntəzəm olaraq illik məsləhətləşmələr keçirmək barədə razılaşdıq".
 
Ardını oxu...
"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas amil olaraq qalır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat blokadasının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regionda vəziyyətin yaxşılaşdırılması üçün birbaşa yoldur. Rusiya buna hər cür töhfə verməyə hazırdır”.
 
 
 
Ardını oxu...
"Növbəti günlər həm Ukraynadakı müharibə, həm də ümumilikdə bütün dünya üçün həlledici olacaq".

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok filippinli həmkarı Enrike Manalo ilə Berlində danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Bu müharibənin bütün dünya üçün dəhşətli nəticələri var. Ona görə də məhz bu günlərdə Nyu-Yorkda bütün dünya Vladimir Putinə müraciət edərək müharibəni dayandırmağa çağıracaq”, - Almaniya XİN rəhbəri vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti