Ardını oxu...
Xəbər verdiyimiz kimi, İyi partiyanın sədri Meral Akşener “altılı masa”nı tərk etdiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Akşenerin bu addımından sonra bir çox üzv İyi partiya sıralarını tərk etdiyini açıqlayıb.

İyi Partiya Ümumi İdarə Heyətinin üzvü Bülent Gürsoy və bir çox partiya üzvü Akşenerin CHP sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləməyəcəyi fikrindən sonra partiyadakı vəzifəsindən istefa verib.

Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyədə müxalifəti təmsil edən "Millət İttifaqı"nın 12-ci toplantısı başa çatıb.

Cebhe.info xəbər verir ki, "altılı masa" bu dəfə prezidentliyə namizədi müəyyən etmək üçün toplanıb.

Toplantıdan sonra ortaq namizəd çıxarmaqla bağlı razılıq əldə olunduğu açıqlanıb:

"Millət İttifaqı"nı təşkil edən siyasi partiyaların liderləri olaraq, 28-ci Dönəm Parlamenti və 13-cü Prezident seçkilərində prezidentliyə ortaq namizəd və keçid prosesi ilə bağlı yol xəritəsi üzərində razılıq əldə etdik. Sədrlər öz partiyalarının səlahiyyətli orqanlarına məlumat verdikdən sonra 6 mart 2023-cü ildə yekun bəyanatı ictimaiyyətlə bölüşmək üçün Səadət Partiyasının ev sahibliyi ilə yenidən görüşəcəyik".

Qeyd olunub ki, növbəti toplantı 6 mart saat 15:00-də Səadət Partiyasının ev sahibliyində keçiriləcək.
 
Ardını oxu...
“Böyük iyirmiliyə” (G20) daxil ölkələrin xarici işlər nazirləri Hindistanın Nyu Delhi şəhərində keçirilən görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə vahid yanaşma nümayiş etdirə bilməyiblər və bu səbəbdən bu məsələ barədə heç bir bəyannamə qəbul edilməyib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib ki, Ukrayna münaqişəsinə münasibətdə ölkələrin mövqelərində fərqlər və barışmaz fikir ayrılıqları var.

ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu tədbirdə heç bir görüş nəzərdə tutulmasa da, onlar hər halda 10 dəqiqəlik söhbət ediblər.

ABŞ rəsmiləri bildiriblər ki, Blinken bu qısa söhbətdə Lavrova üç xatırlatma verib: ABŞ müharibənin bitməsi üçün Ukraynaya lazım olduğu qədər kömək edəcək, Rusiya öz qərarına yenidən baxaraq Yeni START müqaviləsində iştirakını bərpa etməlidir, Rusiya ABŞ vətəndaşı Pol Vilanı azadlığa buraxmalıdır.

Rəsmilər Lavrovun cavabı barədə məlumat verməyiblər. Rusiya xəbər agentlikləri bildirirlər ki, Lavrov və Blinken ayaqüstü, yeriyərək söhbət ediblər.

ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “Böyük iyirmilərin” (G20) sammitinə kölgə salıb. O bunu bir sıra ölkələrin Çinə Moskva ilə münasibətlərindən müharibəyə son qoyulması üçün istifadə etməsinə edilən çağırışlara cavab olaraq deyib.

Gözlənildiyi kimi, G20 qrupunun Nyu Delhidə keçirilən sammitində əsas mövzu Ukrayna müharibəsi olub. Hindistan və dünyanın ən böyük iqtisadiyyatları müharibənin təsirlərini azaltmağın yollarını müzakirə edirlər.

Hindistanın Baş naziri Narendra Modi sammiti açarkən qrup üzvlərini Ukrayna müharibəsinə görə yaranmış fikir ayrılığını aradan qaldırmağa çağırıb. Lakin son 8 ayda ilk dəfə olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni otaqda olan Blinken dərhal sammitdə hökm sürən atmosferi dəyişməyə çalışıb: "Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsi, mülki hədəflərin bilərəkdən dağıdılması kampaniyası və onun BMT Nizamnaməsinin təməl prinsipləri üzərinə hücumu bu görüşə kölgə salıb”.

Blinken ardınca deyib: "Biz Ukraynaya dəstəklə yanaşı qlobal çətinliklərə diqqətli olmaqda və onlarla mübarizədə aparıcı rol oynamaqda qalırıq. Bu dünyanın ehtiyacı və gözləntisi deyildi”.
Ardını oxu...
Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış sessiyası keçirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən bağlanış sessiyasında çıxış edən Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığını bəyan edib. Bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu. O, müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq yaşayan əhalinin tam suverenliyini bərpa etmələri üçün dialoqa şərait yaradılmasının əhəmiyyətini vurğulayıb.

“Bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”, - deyən Forrest Mikael Jozept Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.

Digər çıxış edənlər - Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalyero, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi, Etimad Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi Kairat Sarybay, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə COVID-19 pandemiyasının insanlara çoxtərəfli əməkdaşlıqların əhəmiyyətini nümayiş etdirdiyini bildiriblər. Qeyd olunub ki, bütün dövlətlər birgə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilər. Bu səbəbdən Qoşulmama Hərəkatı belə qlobal məsələlərin müzakirəsi üçün əlverişli platformadır.

Həmçinin qeyd olunub ki, pandemiya miqrantlar və köçkünlərlə bağlı bərabərsizliyi daha da dərinləşdirib, onlar üçün ciddi problemlər yaradıb. Bundan əlavə, dünya əhalisinin üçdəbiri hələ də COVID-19 vaksininin ilk dozasını qəbul etməyib. Diqqətə çatdırıb ki, dünya gələcəkdə yeni pandemiyaların olmasından sığortalanmayıb, ona görə də insanlar gələcəkdə potensial pandemiyalara və onun yarada biləcəyi çətinliklərə hazır olmalıdırlar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın sədrliyi müddətində Hərəkat bir çox yeniliklərə addım atıb. Natiqlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndiriblər.

Sonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sammit iştirakçılarına dərin minnətdarlığını bildirərək qeyd edib ki, tarixindən, siyasətindən və mədəniyyətindən asılı olmayaraq, Hərəkat üzvləri eyni prinsiplər ətrafında birləşiblər. Nazir vurğulayıb ki, bu Sammit həmrəylik, əməkdaşlıq və multilateralizmin əsl nümunəsinə çevrilib. Sammit çərçivəsində ikitərəfli gündəlikdə duran məsələlər üzrə səmərəli görüşlər keçirilib və müzakirələr aparılıb.

C.Bayramov, həmçinin vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq gündəmdəki bir sıra aktual məsələlərin həllində liderlik nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.

Bununla da Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü başa çatıb. \\Manset.az
Ardını oxu...
Amerikalıların böyük əksəriyyəti hesab edir ki, ABŞ-ın indiki Prezidenti Co Bayden yenidən bu posta seçilmək üçün "çox qocadır".

"AzPolitika.info" xəbər verir ki, bunu "New York Post" nəşri "Yahoo News/YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələri əsasında hazırladığı yazıda bildirib.

Qeyd olunur ki, Bayden yenidən namizədliyini versə və seçilsə, növbəti prezidentlik müddətini 82 yaşında başlayıb, 86 yaşında bitirəcək. Bu yaş dövrü isə ABŞ kimi ölkəni lazımi səviyyədə idarə etmək üçün kifayət qədə problemli görünür.

Yazıda istinad olunan sorğunun nəticələrinə görə ABŞ vətəndaşlarının 71 faizi hesab edir ki, Bayden növbəti prezidentlik müddəti üçün çox qocadır. Hətta sorğuda iştirak edən Demokratlar partiyasının seçicilərinin az qala yarısı - 48 faizi də bununla razılaşır. Onların yalnız 34 faizi hesab edib ki, Baydenin yaşı onun növbəti dəfə seçilməsi üçün əngəl ola bilməz.

Qeyd edək ki, Bayden hələ də 2024-cü ildə keçiriləcək Prezident seçkisində iştirakı ilə bağlı qəti qərar verməyib.
Ardını oxu...
Azərbaycan Naminə Alyans Partiyası fəaliyyətini dayandırdı - Partiya sonuncu Bəyanatı ilə qərarını elan etdi.

Azərbaycan Naminə Alyans Partiyası (ANAP) ləğv olunmaq barədə qərar qəbul edib və bu barədə xüsusi Bəyanat yayıb.

Musavat.com-a daxil olan bəyanatda öncə partiyanın necə və nə zaman yaradıldığı haqda fikirlər əksini tapıb, sonra fəaliyyət dövrü və ən nəhayət ləğv olunmasınının səbəbi haqda ətraflı məlumat verilib.

Bəyanatda deyilir:

“Ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin növbəti dəfə başladıqları “Miatsum” hərəkatı Azərbaycanın ərazi bütövlüyünə ciddi təhlükə yaratdı. Bu təhlükə Respublikamızda xalq hərəkatının başlanmasına təkan verdi, minlərlə insan aktiv şəkildə siyasi proseslərə qoşuldu. 90-cı illərdən başlayaraq ilk siyasi partiyalar yaranmağa başladı. AXC siyasi partiyaya çevrildi və 1992-ci ilin mayında hakimiyyətə gəldi. Həmin dövrdə hakimiyyətə qarşı ilk müxalifət partiyası - Azərbaycan Milli İstiqlal Partiyası yaradılmağa başladı. Abutalıb Səmədov ilk günlərdən onun yaradılmasında fəal şəkildə iştirak etdi və AMİP-in ən böyük təşkilatının - Sumqayıt şəhər təşkilatının sədri oldu. Abutalıb Səmədov 1993-cü ilin mayında yaranmış fikir ayrılıqlarına görə həmfikirləri ilə birlikdə AMİP-i tərk etdi və müstəqil siyasi partiya yaratmaq istiqamətində fəaliyyətə başladı. Milli Dirçəliş Günündə - 17 noyabr 1994-cü il tarixində təsis olunan Azərbaycan Naminə Alyans Partiyası əsas məramının dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün təmin olunması istiqamətində mübarizə aparmaq olduğunu bəyan etdi və fəaliyyət göstərdiyi müddətdə elan etdiyi bu prinsiplərə daim sadiq qaldı.

Partiyamızın rəhbərliyi və üzvləri 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında aktiv şəkildə iştirak etdilər və Ulu Öndər Heydər Əliyevə əllərindən gələn yardımı göstərdilər. Ölkəmizin siyasi həyatında öz fəallığı ilə seçilən partiyalardan biri olaraq 1995, 2000 və 2005-ci illərdə parlament, 1998 və 2003-cü il prezident seçkilərində iştirak etdik.

2003-cü il prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin - “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - bəyanatına dəstək verərək Abutalıb Səmədov namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürdü və tariximizdə baş verən hadisələr bunun nə qədər düzgün addım olduğunu sübut etdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə siyasi partiyaların normal fəaliyyəti üçün hər cür şərait yaradıldı. Siyasi partiyaların nüfuzunun artması, onların dövlət tərəfindən maliyyələşməsinin təmin olunması, yüksək səviyyədə təmir olunmuş qərargahların verilməsi, üzləşdikləri problemlərin operativ aradan qaldırılması və s. məsələlərin həlli istiqamətində Prezident Administrasiyasında yaradılan müvafiq şöbə Prezident İlham Əliyevin tapşırığı ilə müstəsna xidmət göstərdi və bu fəaliyyət uğurla davam edir. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi və ardıcıllıqla yeritdiyi siyasət nəticəsində cəmiyyətdə yeni siyasi konfiqurasiya formalaşdı, siyasi partiyalarla hakimiyyət arasında əməkdaşlıq son dərəcə yüksək səviyyəyə qaldırıldı. Məhz Prezident İlham Əliyevin böyük dövlət müdrikliyi, qətiyyəti, təşkilatçılıq bacarığı sayəsində İkinci Qarabağ müharibəsində xalqımız möhtəşəm qələbəyə nail oldu. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, ictimai birliklər Ali Baş Komandanın ətrafında sıx birləşdilər və bu birlik tariximizin ən böyük qələbəsinin qazanılmasında müstəsna rol oynadı. Həmin günlərdə və sonrakı dövrdə baş verən hadisələr bariz şəkildə göstərdi ki, xalqımız firqələrə, qruplara parçalanmağı yanlış sayır, müstəqilliyimiz üçün son illər artan təhlükələrin qarşısını almaq üçün bütün siyasi qüvvələrin birləşməsini tələb edir”.

Bəyanatda sonra bildirilir ki, ANAP-ın “Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra toplaşan növbədənkənar 5-ci qurultayı keçirilib. Qurultayda yeni Qanunun tələblərinin icra olunması vəziyyəti və yaranmış yeni şəraitdə atılacaq addımlar müzakirə edilib və ANAP-ın ləğvi barədə qərar qəbul edilib:

“Partiyanın fəaliyyəti üçün tələb olunan üzv sayının təmin olunmasının çətinliklə də olsa mümkünlüyünə baxmayaraq Respublikada formalaşmış tamamilə yeni şəraiti, siyasi fəaliyyətə başlamağımızın əsas səbəbi olan ən böyük problemimizin - ərazi bütövlüyümüzün təmin olunması - həll olunduğunu və xalqımızın bölünmək deyil, birləşmək istəyini nəzərə alaraq, “Siyasi partiyalar haqqında” Qanunun 9.2 və 14.2.5 maddələrinin və ANAP Nizamnaməsinin 5-ci bəndinin tələblərini əldə rəhbər tutaraq qurultay Partiya sədrinin təklifi ilə razılaşdı və ANAP-ın ləğv olunması barədə qərar qəbul etdi.

Ümid edirik ki, bizim tutduğumuz yol digər siyasi partiyalar və liderlər üçün nümunə olacaq və onlar da dövlətçiliyimizin inkişafının bu mühüm mərhələsində faydalı olmaq üçün ən düzgün addımı atmağa çalışacaqlar. Abutalıb Səmədov bundan sonra müstəqil siyasətçi - siyasi ekspert kimi fəaliyyətini davam etdirmək, uzun illər topladığı siyasi təcrübəni və biliklərini xalqımızın maariflənməsi üçün sərf etmək niyyətindədir. ANAP-ı quran və aktiv fəaliyyət göstərən hər kəsə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə göstərdiyi xidmətlərə görə dərin təşəkkürümüzü bildirir, bundan sonrakı fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayırıq. Ötən müddət ərzində göstərdiyimiz fəaliyyətə həmişə diqqətlə yanaşan, hər cür dəstək verən Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildirir və dövlətçiliyimizin inkişafı və güclənməsi istiqamətində apardığı mübarizədə ona böyük uğurlar arzulayırıq”.

Siyasi ekspertlər hesab edir ki, partiyanın qurultayının partiyanın fəaliyyətini dayandırmaq barədə qərar qəbul etməsi hər bir partiyanın hüququdur. ANAP da bu hüquqdan istifadə edib. Nə üçün belə bir qərar qəbul etdiyini isə kifayət qədər məntiqli arqumentlərlə əsaslandırıb. Odur ki, nizamnaməsində, proqramlarında nəzərdə tutulmuş strateji vəzifələrə nail olmuş partiyanın öz təşəbbüsü ilə bağlanması məntiqli və başa düşülən hadisədir.
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov özünün “Telegram” kanalında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin nəticələrini təhlil edib.

Analitik məqaləsini belə adlandırıb: “Sergey Lavrov Bakıda: səfərin yekunlarına dair qısa tezislər”. DİA.AZ AYNA-ya istinadla Markedonovun təhlilini təqdim edir:

1.Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edib. İstənilən səfər üçün onun səbəbinin izahı son dərəcə vacibdir. 2023-cü ilin fevralında rusiyalı naziri Bakıya nə apardı? Səfər ikitərəfli strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanmasının ildönümünə təsadüf edir. Nəzərinizə çatdırım ki, bu sənəd Moskvada Rusiyanın Donetsk və Luqansk “xalq respublikalarının” “müstəqilliyinin tanıması” ilə eyni vaxtda imzalanıb. 2022-ci ilə qədər Rusiya Federasiyası Azərbaycanı strateji tərəfdaş adlandırırdı. Bir il əvvəl Vladimir Putin və İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında “yeni mərhələ” elan etdilər. Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığı üçün müttəfiq statusu alıb. Xarici siyasətdə simvollar mühüm rol oynayır.

2.Səbəblərdən əlavə, kontekst də eyni dərəcədə vacibdir. Biz görürük ki, əvvəllər Rusiya ilə Qərb arasında unikal əməkdaşlıq platforması olaraq qalan Ermənistan-Azərbaycan münaqişəsi kəskin rəqabət meydanına çevrilib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Antoni Blinkenin vasitəçiliyi ilə İlham Əliyevlə Nikol Paşinyan arasında aparılan danışıqlar buna ən yaxşı sübutdur. Buna İrəvanın çoxşaxəli xarici siyasət kursu yürütmək cəhdlərini də əlavə edək. Sadəcə iki il ərzində Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsi faktı da var. Bütün bunlar Moskvanı narahat edir. İndiki şəraitdə Rusiya Federasiyası ilə Azərbaycan arasında Qafqazın “avropalaşması”nın rədd edilməsi və ATƏT-in Minsk Qrupunun formatının mənfi olması kimi ortaq məqamlar ortaya çıxır.

Rusiya XİN rəhbərinin Bakıya səfəri bütün “maraqlı tərəflərə” Moskvanın hələ də Qafqazı öz maraqlarına görə mühüm region hesab etdiyinə dair siqnaldır. Və onun siyasəti yeni şərtlərə uyğunlaşdırıla bilər.

3.Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın güclənməsi yeni “geosiyasi dönüş”, Kremlin yanaşmalarında tam “mərhələlərin dəyişməsi” deməkdirmi? Əmin deyiləm. Azərbaycan son bir ildə Ukrayna ilə münasibətləri baxımından Rusiya Federasiyasına yaxınlaşmayıb (burada ərazi bütövlüyü məsələsi xüsusi əhəmiyyət kəsb edir). Bir müddət əvvəl Volodimir Zelenskinin dodaqlarından azərbaycanlı həmkarı İlham Əliyevə komplimentlər səslənib. Bakı enerji sahəsində də Qərblə əməkdaşlıqdan imtina etmir. Bu arada həm Avropa İttifaqı, həm də ABŞ Azərbaycanı Rusiyanın “enerji imperializmi”nə mühüm alternativ kimi görür. Təbii ki, Bakının yaxın planlarına KTMT və Aİİ-yə qoşulmaq daxil deyil. Qarabağ məsələsində isə Azərbaycan tərəfi “sürətlənmə” taktikasına üstünlük verir.

4.Bununla belə, bu gün Kreml üçün Ermənistanla Azərbaycan arasında münaqişənin həllində moderator kimi xüsusi rolunu saxlamaqla, Qafqazın “beynəlxalqlaşması”nı hansısa formada ləngitməsi vacibdir. Lakin o da məlumdur ki, Rusiyanın iki Zaqafqaziya müttəfiqi arasında münasibətlərdə münaqişələr hələ də qalmaqdadır.
Ardını oxu...
Cenevrədə yerləşən iki təşkilat aylardır Rusiya və Ukrayna arasında yeni danışıqlara zəmin yaratmaq üçün tərəflərlə çalışır.

APA xəbər verir ki, bu barədə İsveçrənin RTS telekanalı bildirib.

Telekanalın məlumatına görə, rəsmi kanallardan kənar və məxfilik şəraitində Humanitar Dialoq Mərkəzinin (HD Centre) və Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) beynəlxalq əlaqələr üzrə ekspertləri və vasitəçilik mütəxəssisləri Kiyev və Moskva ilə təmasdadırlar.

Telekanal danışıq aparanların adlarını açıqlamasa da, GCSP direktoru Tomas Qreminger onların hər iki ölkənin prezident administrasiyalarına çıxışı olan yüksək səviyyəli ekspertlər olduğunu bildirib.
 
Ardını oxu...
Rusiyalı diktator Vladimir Putin sülhün bərqərar olmasında maraqlı deyil - o, Federal Məclisə öz ismarışlarının gedişində dəqiq işarə vurub.

Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles «La Vanguardia»-ya müsahibəsində bəyan edib (UNİAN).

«O, qeyd edib ki, sülh istəmir. O, yaxşı başa düşür ki, bu döyüşü uduzur. Onun «müharibə qurtarmayacaq» və “Rusiya məğlubedilməzdir” mütləq təhdidedici fikirləri onu göstərir ki, o, bəşəriyyət üçün təhlükədir» - Robles qeyd edib.

İspaniya Müdafiə Nazirliyinin başçısı qeyd edib ki, Ukraynada sülh prosesinin başlanması ilk növbədə, Putinin özünün davranışından asılıdır. «Putin dəqiq deyib ki, o, sona qədər getməyə hazırlaşır. Biz hamımız atəşi dayandırmaq istəyirik, amma Rusiya Prezidenti çox dəqiq işarə vurub ki, heç bir şübhə olmadan, bu müharibəni davam etdirmək istəyir» - Robles bəyan edib.
Ətraflı

İspaniyanın Ukraynaya hərbi köməyi

Fevralın əvvəlində İspaniya Ukraynaya M113 Amerika zirehli transportyorunun növbəti partiyasını verib. Bu tədarükdə 20 zirehli maşın olub.

Həm də İspaniya Ukraynaya bir xeyli sayda “Leopard” tankları verməyi vəd edib. Ancaq bununla bağlı İspaniya orlusunda döyüş texnikasının acınacaqlı vəziyyəti səbəbilə bəzi çətinliklər meydana çıxıb.

Tankların özünün tədarükündən əlavə, İspaniya 55 ukraynalı tankçının və “Leopard” tanklarının texniklərinin öyrədilməsi istəyini də bəyan edib.
 
Ardını oxu...
Fevralın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib.

Pressklub.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin indiki vəziyyəti və perspektivlər müzakirə edilib.

Prezident İlham Əliyev bildirib ki, Rusiyanın xarici işlər nazirinin səfəri ötən il fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. “Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir” – deyə Prezident bildirib.

Prezident daha sonra Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üçün Rusiyanın atdığı addımlardan söz açıb: “Ümidvaram ki, 2023-cü il bu münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda, biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident Putinin səmimi salamlarını və dostcasına arzularını çatdırıb.

Nazir qeyd edib ki, yazda Rusiyada Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd ediləcək.

Regional təhlükəsizlik barədə danışan Lavrob deyib: “Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.
 

Dünyapress TV

Xəbər lenti