Ardını oxu...
Türkiyə-İsveç-Finlandiya Daimi Birgə Mexanizminin toplantısı ümumən müsbət aurada keçdi.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.

“Prossesin sürəti Finlandiya və İsveçin atacağı addımlarla bağlıdır. NATO-nun genişlənməsini həmişə dəstəkləmişik”, - deyə o bildirib.
Ardını oxu...
Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş İYİ partiyasının sədri Meral Akşenerə məktub yazıb.

Türkiyə mətbuatı xəbər verir ki, Dəmirtaş məktubunda maraqlı siyasi məqamlara toxunub.

Hazırda həbsdə olan Dəmirtaşın sözlərinə görə, əgər HDP Akşenerə dəstək vermək qərarına gəlsə, böyük ehtimalla Kılıçdaroğlu Prezident, xanım siyasətçi isə vitse-prezident olacaq:

“Bundan başqa, partiyanız bir neçə nazir vəzifəsini öhdəsinə götürəcək”.

Qeyd edək ki, Türkiyə müxalifəti martın 6-sı ölkədə mayın 14-ü keçiriləcək Prezident seçkilərinə vahid namizədini açıqlayıb. Belə ki, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu olub.
 
Ardını oxu...
Çin Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya ilə çoxşaxəli, o cümlədən iqtisadiyyat və hərbi sahədə əməkdaşlığı davam etdirəcək.

Bu fikirlər ABŞ kəşfiyyatının ölkəyə qarşı “qlobal təhdidlər”lə bağlı illik hesabatının məxfi olmayan versiyasında yer alıb.

Qeyd olunub ki, Ukraynadakı hərbi əməliyyatın qlobal narazılığına baxmayaraq, Çin Moskvanın ictimai dəstəyini kəsdiyi halda ABŞ-a meydan oxumağa davam etmək üçün Rusiya ilə diplomatik, müdafiə, iqtisadi və texnoloji əməkdaşlığı davam etdirəcək.

Sənəd ABŞ Senatının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı açıqlanıb. Dinləmələr açıq, sonra isə bağlı qapılar arxasında keçirilib.
 
Ardını oxu...
Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Somali, Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının nümayəndələri Somalidə təhlükəsizlik, dövlət quruculuğu, inkişaf və humanitar fəaliyyətlə bağlı birgə bəyanat yayıblar.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi martın 7-də məlumat verib.

Ölkə nümayəndələri Vaşinqtonda görüşüblər. Tərəfdaşlar terrorizmlə mübarizədə Somali federal hökumətinə dəstəklərini ifadə ediblər.

Onlar Somalinin “Əl-Şəbab” qruplaşması ilə mübarizəsini dəstəkləmək və Afrika İttifaqının Somalidəki Keçid Missiyasının ixtisarını müzakirə ediblər.

Ölkələr həmçinin beynəlxalq təhlükəsizlik yardımının koordinasiyasını gücləndirmək barədə razılığa gəliblər.

Tərəfdaşlar birgə işi davam etdirilməsi və nailiyyətləri qiymətləndirilməsi üçün növbəti üç ay ərzində Qətərin paytaxtı Dohada yenidən görüşməyə razılaşıblar. (Mənbə: rossaprimavera.ru)
 
Ardını oxu...
Türkiyədə prezident və parlament seçkilərinin 14 mayda keçirilməsinə dair qərar martın 10-da veriləcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, müvafiq qərarın 11 mart tarixində “Resmi Gazete”də dərc olunacaq.

Ərdoğan, zəlzələdə zərər görən, həmçinin bu səbəbdən yaşadığı yerləri tərk edən vətəndaşların səsvermə prosesində tam və qanuni şəkildə iştirakını təmin etmək üçün xüsusi fərman imzalayacağını da əlavə edib.
 
Ardını oxu...
Ardını oxu...
Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü üzərində iş gedir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz bunun üzərində işləyirik. Deyə bilərəm ki, hələlik təfərrüatı açıqlamamağa razılaşdıq, hər şey o qədər də sadə deyil, biz sakit diplomatiya prinsipləri üzərində diskret işləməliyik", - o, jurnalistlərə deyib.
 
Ardını oxu...
Türkiyədə prezident və parlament seçkilərinə rəsmən start verilməsinə sayılı günlər qalmış müxalifət düşərgəsində “zəlzələ” baş verdi. 6 partiyanın (CHP, İYİ, DEVA, Gələcək, Səadət, Demokrat partiyaları) birləşdiyi Millət İttifaqı vahid namizədini müəyyənləşdirə bilmədi. Martın 3-də Səadət Partiyasının ofisində keçirilən görüşdə İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Klıçdaroğlunun namizədliyini qəbul etməkdən imtina etdi. Daha sonra partiyasının İdarə Heyəti üzvləri görüşən Akşener, qərargahındakı toplantıdan sonra keçirdiyi mətbuat konfransında “altılı masa”nı sərt dildə ittiham etdi. O, bildirdi ki, seçkilərdə vahid namizəd kimi İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və ya Ankara Bələdiyyəsinin başçısı Mansur Yavaşın namizəd olmasını istəyib. Amma 5 partiya lideri bu təklifi rədd edib. Akşener bəyan edib ki, o siyasi alver və notarius rolunu oynayan masada qala bilməz.

CHP lideri Kamal Klıçdaroğlu “onlar mənim bələdiyyə başqanlarımdır və öz işlərinin başındadırlar, namizəd olmaq fikirləri yoxdur” deyə Meral Akşenerə cavab verib. Qeyd edək ki, Millət İttifaqının digər üzvləri yekdilliklə Kamal Klıçdaroğlunun vahid namizədliyini müdafiə edib.

M.Akşenerin masadan ayrılmasının ardınca digər partiyalar ittifaqın davam etdirilməsinə dəstəklərini ifadə ediblər. Habelə İYİ Partiya sədrinin namizəd olmağa çağırdığı İmamoğlu və Yavaş da CHP sədrinin namizədliyini dəstəklədiklərini bildiriblər.

Müxalifət düşərgəsində baş verən bu hadisə hakim AKP-ni sevindirib. Bu düşərgədən M.Akşenerə “yuvana qayıt” çağırışları səslənib. İYİ Partiya hələlik hansı addım atacağını, seçkilərdə öz namizədi ilə iştirak edib-etməycəyini müəyyənləşdirməyib. Akşener bu gün bələdiyyə sədrləri ilə bir araya gəlib və jurnalistlərə açıqlama verməkdən imtina edib.

CHP lideri Kamal Klıçdaroğlu isə İYİ Partiyanın yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib. O, dünənki müraciətində Türkiyədəki bütün xalqların maraqlarını ifadə etdiyini bəyan edib və dolayısı ilə kürd kökənli seçicilərdən, habelə dolayısı ilə HDP-dən dəstək istəyib. Bundan əvvəl isə o, Sol Partiyanın başqanı Öndər İşləyən və sol təmayüllü İşçi Partiyasının başqanı Ahmed Şıkla bir araya gəlib. Daha sonra partiyadan müxalifətin vahid namizədinə dəstək ifadə olunan bəyanat yayılıb.

Dünən həmçinin Böyük Birlik Partiyası baş verən hadisələrlə bağlı bəyanat yayıb. Partiya müxalifətin seçkilərdə vahid namizədlə çıxış etməsini dəstəkləyib, habelə “altılı masa”da iştirak etmək niyyətini açıqlayıb.

Beləliklə, Türkiyə siyasətində dünənki qarmaqarışıqlıdan bir gün sonra proseslərin necə inkişaf edəcəyinə dair müəyyən aydınlıq yaranıb. Ehtimal etmək olar ki, Millət İttifaqının tərkibi kiçik partiyalarla genişlənəcək. Dünənə qədər İttifaqa yeni partiyaların qoşulmasını Meral Akşener əngəlləyib. O, həm sol partiyalarla, həm də kürd kökənli seçicilərin dəstəklədiyi HDP ilə əməkdaşlığa kəskin mənfi münasibət bəsləyib. İYİ Partiyanın masanı tərk etməsindən sonra Səlahəttin Dəmirtaşın lideri olduğu HDP-nin Millət İttifaqının namizədini dəstəkləyəcəyi gözləniləndir. Çox güman, bu partiya öz namizədi ilə seçkilərə qatılmayacaq. Rəy sorğularına görə, HDP-nin Türkiyə cəmiyyətində 11-13 faiz civarında səsi var. İYİ Partiyanın reytinqi isə bu rəqəmdən bir qədər yüksək – 15-18 faiz aralığında dəyişirdi. Müşahidəçilərin qənaətinə görə, “altılı masa”dan ayrılması Meral Akşenerin nüfuzuna ciddi zərbə vuracaq. Artıq yerli media 70 mindən artıq üzvün İYİ Partiyanı tərk etdiyini yazır. Onların sırasında tanınmış isimlər də var.

M.Akşenerin təklifi Əkrəm İmamoğlu və Mansur Yavaş tərəfindən rədd edildikdən sonra o bildirib ki, İYİ Partiyanın öz namizədi ilə seçkilərə qatılması ehtimalı var. Daha bir ehtimal onun Məmləkət Partiyasının sədri Məhərrəm İncə və Zəfər Partiyasının sədri Ümid Özdağla ittifaq quracağıdır. M.İncə artıq M.Akşenərə çağırış edib və ona baş nazirlik postu təklif edib. Qeyd edək ki, rəy sorğularında bu siyasətçilərin reytinqi 2-3 faiz aralığında dəyişir.

Bəs Millət İttifaqı Kamal Klıçdaroğlunun namizədliyi ilə seçkilərə qatılsa, uğur qazanmaq şansları varmı? Əlbəttə, blokun ikinci ən böyük partiyası – İYİ Partiyanın masadan ayrılması onun şanslarına zərbə endirib. Zəlzələdən əvvəl keçirilən rəy sorğularında Millət İttifaqının hakim Cumhur İttifaqından 5-7 faiz daha çox səs toplayacağı görünürdü. Birinci ssenaridə HDP öz namizədi ilə seçkilərdə iştirak edərsə, heç bir namizədin 50+1 faiz səs qazanmaq imkanı olmadığı görünürdü. İkinci ssenaridə HDP-nin Millət İttifaqının namizədini dəstəkləməsi halında vahid namizədin birinci turda səslərin 52-55 faizini qazanaraq, qalib gəldiyini ortaya qoyurdu.

Zəlzələdən sonra vəziyyət kifayət qədər dəyişib. Reytinq təşkilatlarının açıqlamalarına görə, təbii fəlakətdən öncə yüksəlişdə olan hakim Cumhur İttifaqının səsləri 5-7 faiz azalıb. Müxalifətin dəstəyi isə əksinə, yüksəlib. Amma “Altılı masa”da baş verən böhrandan sonra hazırkı prezident Ərdoğanın namizədliyi ilə seçkilərdə iştirak edəcək hakimiyyətin şanslarının artacağı şübhəsizdir. Qarşıdakı günlərdə Millət İttifaqının itirdiyi səsləri bərpa edib-edə bilməyəcəyi sual doğurur. Bu, cəmiyyətin Meral Akşenerin qərarına münasibətindən, habelə HDP-nin ittifaqın vahid namizədinə dəstək verib-verməyəcəyindən xeyli dərəcə asılıdır.
pressklub
Ardını oxu...
İsrailin ən böyük media orqanlarından olan “i24news” Güney Azərbaycanda baş verən olaylardan bəhs edən iri məqalə təqdim edib. “Tehran’s 'new old fear': Southern Azerbaijan wants independence” (Tehranın “yeni-köhnə qorxusu”: Güney Azərbaycan müstəqillik istəyir) adlı məqalədə deyilir ki, İranda 25-30 milyon Azərbaycan türkü yaşayır. Onlar İran əhalisinin üçdə birini təşkil edir.
Təbriz şəhərinin azərbaycanlılar üçün xüsusi rəmzi mənasına diqqət çəkən müəllif Ariel Kogan qeyd edir ki, XX əsrdə Təbrizdə 3 dəfə (1908,1920,1978) inqilab olub.
Məqalədə deyilir ki, İran azərbaycanlılarının etiraz hərəkatının əsas problemlərindən biri koordinasiyanın olmaması idi. Tələblər arasında mədəni muxtariyyətin verilməsindən müstəqilliyə qədər müxtəlif fikirlər vardır. Ən azı səkkiz əsas hərəkat azərbaycanlıların maraqlarından çıxış edirdi. Bəziləri gələcək Güney Azərbaycanı İranın azəri bölümü kimi görür, bəziləri Türkiyə və Azərbaycana bənzəyən qərbləşmiş dövlət modeli arzusundadır.
“Amma son vaxtlar hər şey dəyişdi: Güney azərbaycanlıların tarixi-mədəni mərkəzi olan Təbrizdə bütün təşkilatlar birləşdi. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Tələbə Hərəkatı, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Demokratik Türk Birliyi, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası və Azərbaycan Mərkəz Partiyası birgə səyləri nəticəsində ortaya fərqli bir etiraz növü çıxıb.
Şəhərin əsas yerləri, hökumət binaları və hətta SEPAH-ın binaları bu hərəkatların loqoları və Müstəqil Güney Azərbaycanın bayrağı olan vərəqlər yapışdırılır. Yerli sosial şəbəkələrdə müxtəlif keyfiyyət və ölçüdə afişa və vərəqələrin videoları yayılır. Digər fəaliyyət fləş-mobla bağlıdır: yüzlərlə insan Təbrizdə tanınan binaların qarşısında üzlərini örtən vərəqələrlə şəkil çəkdirir. Bu birgə aksiyaları həmin video və şəkilləri yayımlayan “Günay AZfront” Telegram kanalı təşkil edir”…
Göründüyü kimi, Güney Azərbaycanda ciddi proseslər gedir. Əvvəllər fərqli firqələrdə fəaliyyət göstərən təşkilatlar bir araya gəliblər. Bu isə Güneydə molla rejiminə qarşı dirənişi daha da gücləndirib. Bu birlik molla rejiminin azərbaycan türklərinə təzyiq imkanlarını da ciddi şəkildə aşağı salıb. “i24news” belə yazır.
Güney Azərbaycanın azadlığı uğrunda mübarizə davam edir...
https://www.i24news.tv/en/news/middle-east/iran-eastern-states/1677754384-iran-s-new-old-fear-southern-azerbaijan-wants-independence?fbclid=IwAR0xi6OnBykfhtBLy4L4YlxQHMjFEb2rgjRkM1pBB-NOyb92V7Bx4TbH-ws
Elbəyi H.sənli
Teref.az
 
Ardını oxu...
Türkiyədə Prezident postuna potensial namizədlərdən biri sayılan İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu seçkilərdə iştirak etməyəcək.

Pressklub.az xəbər verir ki, İmamoğlu bu barədə “Halk TV”də qatıldığı proqramda seçkilərdə namizəd olaraq adının hallanmasına münasibət bildirib.

İmamoğlunun sözlərinə görə, onun prezident seçkilərində namizəd olması məsələsi gündəmdə deyil: “Hər CHP-linin (Cümhuriyyət Xalq Partiyası) namizədi partiya sədridir. Mənim də namizədim partiya sədri Kamal Kılıçdaroğludur”.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Sözügedən namizədin adının martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi gözlənilir.
 
Ardını oxu...
“Narahat olmayın, bütün daşlar yerinə oturacaq”.

Türkiyə mediası xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiya sədri Meral Akşenerin “altılı masa”da prezidentliyə namizədin müəyyənləşdirilməsi ilə bağlı açıqlamasına münasibət olaraq bildirib.

“Narahat olmayın, bütün daşlar yerinə oturacaq. Yolumuza davam edirik”, – deyə Kılıçdaroğlu vurğulayıb.

Qeyd edək ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.
 

Dünyapress TV

Xəbər lenti