Ardını oxu...
Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 153,3 manata bərabər olub.
Yeniavaz.com xəbər verir ki, 1 qram qızılın qiyməti son bir gün ərzində 1,3% və ya 2 manat bahalaşıb.
Son bir ay ərzində isə qızlın qiyməti 6,1% və ya 8,8 manat artıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.
Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
 
Ardını oxu...
“Bank olmayan kredit təşkilatları (BOKT) normal bank kimi fəaliyyət göstərmir. Nəticə isə acınacaqlıdır”.

Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, sözügedən təşkilatlar insanları incidir:

“Normal bankdan kredit götürə bilməyən insanların üzünə bank olmayan kredit təşkilatlarının qapıları həmişə açıq olur. Çünki özlərinə sərf edən şərtlər müəyyən edirlər. Onlar çox yüksək faizlə vətəndaşlara kredit verirlər. Bəzən 30, 35 və ya 40 faizlə belə kreditə pul verirlər. Hətta mən bank olmayan kredit təşkilatından 48 faizlə kredit götürən insan görmüşəm”.

Ekspert qeyd edib ki, bəzi vətəndaşların iqtisadi bilgisi olmadığı üçün sözügedən təşkilatlara müraciət edirlər:

“Hansısa problemini həll etmək üçün pula ehtiyacı olan insanlar məcbur qalaraq bank olmayan kredit təşkilatlarına üz tuturlar. Yəni bəzən elə bir vəziyyət yaranır ki, insan şərtlərin ağırlığına dözə bilmir və kredit götürməyə məcbur qalır.

Məsələn, 50 min manat kredit götürürsə, 150 min manatlıq evini girov qoyur. Girovun məbləği kreditdən 3 dəfə daha çox olur. Nəticə etibarilə, faiz həddindən artıq dərəcədə yüksək olduğu üçün onu ödəyə bilmir. Sadəcə olaraq vətəndaş müqaviləni imzalayanda içində olduğu problemə görə bunu anlamır. Kredit verildiyi andan o pulun ödənilə bilməyəcəyi bəlli olur”.

Fikrət Yusifov qanunvericilikdə bəzi dəyişikliklər təklif edib:

“Bank olmayan kredit təşkilatı həmin vətəndaşları məhkəməyə verərək əmlakını əlindən alır. Təəssüf ki, qanunvericilik də buna yol verir. Əgər vətəndaş kreditini qaytara bilmirsə, qanunlara əsasən, 1 mənzili belə olsa, satmalıdır. Lakin Rusiyada bu məsələ başqa cürdür. Məsələn, vətəndaşın 1 mənzili varsa, bank onu kreditin qarşılığı olaraq ala bilməz. Rusiyadakı hüquq buna yol vermir.

Düşünürəm ki, bunu ölkəmizdə də etmək lazımdır. Onda bank olmayan kredit təşkilatları vətəndaşlara qarşı belə oyunlar qura bilməzlər. Vətəndaşın evini əlindən ala bilməyəcəyini bilsə, normal şərtlər daxilində kredit verər. Bu gün kimin əlində nə varsa, girov qoyaraq kredit götürür. Belə halların çox olması eybəcər vəziyyət yaradır”.

Professor vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən hüquqi aktlarda ciddi dəyişikliklər edilməlidir:

“Dövlət tərəfindən onların fəaliyyəti ilə bağlı tələblər sərtləşdirilməlidir. Hətta müəyyən faiz limitləri də tətbiq oluna bilər. Sərhədlərin olmaması bank olmayan kredit təşkilatlarının əl-qolunu açır və istədiklərini edirlər.

Sözügedən təşkilatlar əsasən Mərkəzi Bankdan aldıqları lisenziya əsasında fəaliyyət göstərirlər. Mərkəzi Bank banklar üçün müəyyən aşağı-yuxarı hədlər müəyyən etdiyi kimi, onlar üçün də bənzər addımlar atılmalıdır. Üstəlik, bunu daha sərt çərçivələrdə etmək lazımdır ki, belə özbaşınalıq olmasın. Ümumiyyətlə, 35-40 faizlə kreditin verilməsi biabırçılıqdır”.

Elmir Mustafa
"Cebheinfo.az"
Ardını oxu...
“Azərbaycan Hava Yolları” QSC rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.
XALQ.AZ-ın məlumatına görə, QSC-nin 2023-cü ildə əsas rəhbər heyətinə 453 min manat əmək haqqı ödənilib. Bu isə 2022-ci ilə nisbətən 2,7% və ya 12 min manat çox olub. Belə ki, 2022-ci ildə AZAL rəhbərliyinə ödənişlər 441 min manat təşkil edib.
Bu isə AZAL-ın işçi heyətinə ödənilən əməkhaqlarının 0,3%-i deməkdir. Belə ki, 2023-cü ildə AZAL işçilərinə ümumilikdə 171,6 milyon manat ödəniş edib.
Qeyd edək ki, dövlət şirkəti rəsmi səhifəsində idarə heyəti ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” imzaladığı qərardan məlum olur ki, 2023-cü ildə şirkətin idarə heyəti prezident, 2 birinci vitse-prezident və 4 vitse-prezidentdən, yəni 7 nəfərdən ibarət olub. Bu isə o deməkdir ki, AZAL-ın rəhbərliyinin illik gəliri orta hesabla 64,4 min manat təşkil edib. 2022-ci il üzrə isə bu rəqəm 88,2 min manat təşkil edib.
Qeyd edək ki, AZAL-ın hazırkı prezidenti Samir Rzayev 2022-ci ilin fevral ayında vitse-prezident, 2022-ci ilin noyabr ayında isə birinci vitse-prezident təyin edilib. 2023-cü ilin sentyabr ayında Cahangir Əsgərov vəzifədən uzaqlaşdırıldıqdan sonra prezident vəzifəsini icra edib. 2024-cü ilin fevral ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən QSC-nin prezidenti təyin edilib.Valyuta.az
 
Ardını oxu...
Rusiyalı senator Süleyman Kərimov Trampın birinci prezidentliyi dövründə sanksiyaya məruz qaldıqdan sonra Maskın rəhbərlik etdiyi “SpaceX”də trast fondu vasitəsilə pay sahibi olub.
Bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, 2017-ci ildən Delaverdə yerləşən “Heritage Trust” vasitəsilə “SpaceX”də paya sahib olub. 2018-ci ildə Kərimova qarşı sanksiyaların tətbiqindən sonra “Heritage Trust”ı idarə edən “Citigroup” ABŞ Maliyyə Nazirliyi ilə məsləhətləşərək belə qənaətə gəlib ki, fondun və əlaqəli strukturların bloklanmasına ehtiyac yoxdur.

Dörd il sonra, 2022-ci ilin iyununda Maliyyə Nazirliyi rusiyalı senatorun ABŞ-dakı aktivləri üçün yaradılmış 1 milyard dollarlıq trastı bloklayıb. Bu, müstəntiqlərin onun bu trasta marağını gizlətmək üçün yaradılmış hüquqi strukturların və yalançı şəxslərin mürəkkəb sistemini aşkar etdikdən sonra baş verib.

ABŞ Maliyyə Nazirliyinin sözçüsü Andrea Qaki bildirib ki, sanksiyaların tətbiqindən sonra təxminən dörd il ərzində Kərimov ABŞ-dəki 1 milyard dollardan çox olan aktivlərə nəzarəti saxlayıb və onlardan faydalanıb.

“Bloomberg” qeyd edib ki, senatorun “SpaceX”dəki payı Xəzinədarlığın müsadirə proseduruna başlamasından öncə satılıb.

“Citigroup” indi də “Heritage Trust” hesabını idarə etsə də, Xəzinədarlıq tərəfindən dondurulduğu üçün maliyyə əməliyyatlarını həyata keçirə bilmir.
 
Ardını oxu...
ABŞ-ın mərkəzi bankı - Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb.

Referans.az xəbər veir ki, FED ilin ilk toplantısında faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib.

Belə ki, FED gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb.
 
Ardını oxu...
Ötən ilin əvvəlinə olan məlumata görə, “Azərbaycan Hava Yolları” ASC-nin (AZAL) hava donanmasına 29 təyyarə daxil olub.
Yeniavaz.com xəbər verir ki, AZAL icarəyə götürdüyü 3 ədəd Airbus Model A320-271N təyyarəsi üçün icarə öhdəliklərinin yenidən maliyyələşdirilməsi məqsədiylə aldığı borcun təmin edilməsi üçün balans dəyəri 348 min 650 manat olan 6 ədəd təyyarəni girov qoyub.
 
Ardını oxu...
Slovakiyanın baş naziri Robert Fitso Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı uzaq müzakirəni davam etdirərək, prezident Volodimir Zelenskini Slovakiyanın “düşməni” adlandırıb.

"DogruXeber.az" xarici mediaya istinadən xəbər verir ki, Fitso Slovakiya parlamentinin iqtisadi məsələlər üzrə komitəsinin iclasında Zelenskinin Azərbaycandan qazın Avropa ölkələrinə mümkün tranziti barədə son bəyanatına münasibət bildirib.

"Bizim düşmənimiz Zelenskidir. Zelenski üzləşdiyimiz problemlərin mənbəyinə çevrilib. Mən ona simpatiya bəsləmirəm, çünki o, Slovakiyaya zərər verir", - Slovakiyanın baş naziri qeyd edib.

O bildirib ki, Bratislava yeganə “ən real” variantı Rusiya qazının tranzitinin bərpasını hesab edir: "Bu qaz Slovakiya qazı kimi Ukrayna ərazisindən keçəcək".

Xatırladaq ki, Ukrayna Azərbaycan qazının Avropaya çatdırılmasına razılıq verib. Ukrayna prezidenti İsveçrədə Davos Forumunda çərçivəsində Azərbaycan lideri İlham Əliyevlə müzakirələr apardığını və Azərbaycanla tərəfdaşlıq imkanları barədə razılığa gəldiyini bildirib.

Zelenski vurğulayıb ki, Azərbaycanda çox əhəmiyyətli cari hasilat var və azərbaycanlılar 40 milyard kubmetrin yalnız 14-15 milyard kubmetrini istehlak edir: "Belə ki, ölkənin ixrac gücü 25 milyard kubmetrdir. Biz Ukrayna vasitəsilə ixrac imkanlarını müzakirə etdik. Ehtiyac olarsa, Bakı digər Şərqi Avropa ölkələrinə bizim infrastrukturumuzdan istifadə etməklə qaz nəql edə bilər".
Ardını oxu...
Azərbaycanın qida sektorunun tanınmış şirkətlərindən olan “Delta Qrup C.O” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Delta Qrup C.O” şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Delta Qrup C.O” şirkəti ilə bağlı işə 5 fevral tarixində Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.
 
Ardını oxu...
Azərbaycanda şəkər çuğundurunun istehsalına görə verilən subsidiyanın miqdarı artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Aqrar Subsidiya Şurası yeni qərar qəbul edib.

Qərara əsasən, şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılıb.
 
Ardını oxu...
Ölkənin ən böyük bankı 5 saatdır problemini həll edə bilmir.
Şübhələnmək üçün əsaslar var ki, Birbank problemi məhz ötən ilin sonunda elan olunan rebrendinqlə bağlı olub.
Xatırladıram ki, ötən ilin sonu Kapital Bank rəhbərliyi 2025-il, yanvarın 15-dən Kapital Bank brendinin Birbank brendinə keçəcəyini bildirmişdi.
Bir neçə gün olardı ki bu, reallaşmışdı.
Və birdən birə Birbank çökdü.
İndiyədək Birbank -ın, Kapital Bankın belə uzunmüddətli çöküşü olmayıb.
Əlbəttə, rebrendinq təkcə ad dəyişikliyi deyil.
Düşünmək olar ki rebrendinqdə Kapital Bank sistemlərinin Birbanka inteqrasiyasında, miqrasiya proseslərində məlumat bazalarında problemlər olub. Güman ki, aparılan zəruri olan update-yenilınmələrdən, tətbiq yenilənmələrindən sonra problemlər, məlumat bazalarında qüsurlar, texniki çatışmazlıqlar və s olub.
Aparılan testlər yetərli də olmayıb və bunları aşkar etmək mümkün olmayıb.
Beləliklə, ötən ilin sonu baş tutan rebrendinqlə bu günkü Birbank çöküşü arasında böyük ehtimalla bağlantı var.
İkinci ən böyük ehtimal odur ki, Kapital Bank sistemlərinə qarşı yönəlmiş DDoS hücumlar və ya digər kiber hücumlar olub.
İstənilən halda, ötən ilin yekununda təxminən 200 milyon gəlir götürən, ölkənin ən böyük bankı statusu olan bir bankın 5 saat müddətində sistemini bərba edə bilməməsi çox düşündürücüdür.
Dəymiş ziyan güman ki yüz minlərlə ölçülə bilər. Belə bir hal heç bir standartlara sığmır.
Ümid edirəm Mərkəzi Bank da fərqindədir baş verənlərin.
Problemin həlli üzərində Kapital Bankın uzun müddət işləməsinə baxmayaraq bərpanın uzanması göstərir ki, problem çox ciddidir.
Normal bir açıqlama olmadığı halda bu tip vəziyyət isə müştəri inamını sarsıda bilər. Belə uzunmüddətli dayanma banka etibarı sarsıda bilər, belə veziyyet bankın beynəlxalq nüfuzu, reputasiyası üçün ciddi risklər yaradır .
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
 
 
 

Dünyapress TV

Xəbər lenti