Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ötən ilin dekabrında diqqətçəkən tender müqavilələri imzalayıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, maraqlı məqam sabiq deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi fondun cəmi 1 gündə 2 milyon manatlıq müqavilə bağladığı şirkətlərlə bağlıdır.

Belə ki, hər iki şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

1. “LEQO GROUP” MMC
Satınalma predmeti: Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində icmalar üçün müxtəlif avadanlıqların alınması
Məbləğ: 1.250.003 AZN
Qanuni təmsilçi: Mehman Orucov Anar oğlu
Nizamnamə kapitalı: 10 AZN
2. “ALIZADEH GROUP” MMC
Satınalma predmeti: Reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində fərdi sahibkarlıq subyektləri üçün avadanlıqların satın alınması
Məbləğ: 700.023,2 AZN
Qanuni təmsilçi: Əli Əlizadə Rasim oğlu
Nizamnamə kapitalı: 10 AZN
Dövlət qeydiyyatı tarixi: 10.11.2021
Araşdırmalar göstərir ki, “ALIZADEH GROUP” MMC bu müqavilədən cəmi bir ay əvvəl, noyabr ayında da eyni məbləğ və eyni satınalma predmeti üzrə fondla analoji müqavilə bağlayıb.

Milyonlarla manatlıq tenderlərin 10 manatlıq şirkətlərə verilməsi ciddi suallar doğurur. Bu müqavilələrin hansı meyarlarla bağlandığı və şirkətlərin bu sifarişləri icra etmək üçün real potensiala sahib olub-olmadığı sual altındadır.
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Elnur Bağırov agentliyinin sədri təyin edilib.

Azərbaycanda inhisarçılıq iqtisadiyyatın ən iddi problemlərindən birinə çevrilib. Xüsusən xidmət sektorunda fəaliyyət göstərən dövlət qurumları hegemon mövqeyə malikdir və bir çox hallarda əsaslandırlmamış, əhalinin mənafeyinə zidd olan qərarlar qəbul edə bilirlər.

Məsələn, ötən il avqustun 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan “Aztelecom” dövlət telekommunikasiya provayderi davam edən antiinhisar araşdırmalarına baxmayaraq, qiqabit passiv optik şəbəkə (GPON) xidmətlərinin tariflərini artırıb.

Yenidən nəzərdən keçirilmiş tariflərə əsasən, minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə yüksəlib. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s-ə 30 manat və 250 Mbit/s-ə 36 manat ödəyəcəklər. Bundan əvvəl 40 Mbit/s sürətli ən aşağı paket 18 manata başa gəlirdi.

Elan Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlaması fonunda verilib. Avqustun 14-də agentlik “Aztelecom” və “Baktelecom” dövlət telekommunikasiya provayderlərinin tətbiq etdikləri qiymət dəyişikliklərinin yoxlanılmasına başlayıb. Araşdırmada məqsəd provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə uyğun olub- olmadığını və yeni tariflərin hüquq normalarına uyğun tətbiq edilib-edilmədiyini müəyyən etməkdir.

Aradan yarım il vaxt keçsə də bu araşdırmanın nətcələri haqda ictimaiyyətə heç bir məlumat verilməyib. Maraqlıdır, həmin qurumun bazasında yaradılan, bilavasitə Prezidentə tabe olan Dövlət Agentliyi və onun yeni sədri təbii inhisarçılarla "vuruşa" biləcəkmi?

Azərbayan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, ötən il Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrilmişdi. Onun sözlərinə görə, Antiinhisarın statusu xeyli gücləndirilib və qurum Nazirlik tabeliyindən birbaşa Prezident tabeliyinə keçirilib.

Ekspert hesab edir ki, ötənlərə baxanda görünür ki, bu qurumun status dəyişməsi elə də asan olmayıb: “Qurumun statusu dəflərlə dəyişikliyə məruz qalıb. Hətta elə dövr olub ki, Prezidentin sərəncamı olmasına baxmayaraq bu qurumla bağlı Əsasnamə və strukturları təsdiqləmək mümkün olmayıb, yenidən köhnə statusuna qaytarılıb. İndi qurum yenidən Agentliyə çevrilib. Həm də birbaşa Prezident tabeliyinə keçib. Yeni struktur və yeni Əsasnamə qəbul edilib. Rəqabət Məcəlləsinin qəbulundan sonra bunlar gözlənilən idi. Görünür, hökumət satınalma və rəqabət sektorunda vəziyyəti dəyişmək istəyir”.

Ekspert qeyd edir ki, ötən rəhbərlik dövründə sektorda müəyyən addımlar atılıb: “Xüsusən də 17 il gözləyən Rəqabət Məcəlləsinin qəbulunda Antiinhisarın ötən rəhbərliyinin böyük rolu olub, e-satınalma portalına da müsbət istiqamətdə bir xeyli əl gəzdirilib. Rəqabət mütihinin pozulması ilə keçirilən tenderlərin ləğvi, təbii inhisarçılarla münasibətlərin qaydaya salınması istiqamətində müəyyən işartılar olub”.

Bununla belə O.Gündüz vurğulayıb ki, rəqabətli mühitin formalaşması, istehlakçıların hüquqlarının qorunması və satınlamalarda problemlər çox idi. Onun sözlərinə görə, təbii inhisarçılarla vəziyyət daha dözülməz idi.

“Antiinhisarın köhnə rəhbərliyi təbii inhisarıların “kartel sövdələşməsi” etdiyini açıqlasalar da, bundan o tərəfə gedə bilmədilər. Sövdələşmə indiyədək də qüvvədədir. İstehlakçıalrn hüquqlarının qorunmasında da xeyli problemlər var, xüsusən də rəqəmsal sektorda”, - o, qeyd edib.

Ekspert bildirir ki, bəzən, böyük məbləğli tenderlerin keçirilmə formaları, bu tenderlərdə üstünlük əldə etmək üçün tətbiq edilən şərtlər mübahisə və müzakirə mövzusuna çevrilir: “İndi Prezidentin Sərəncamı ilə, köhnə strukturda rəis müavini olan Elnur Bağırov Agentliyin Sədri təyin edilib. Yəni Nazirlik tabeliyindəki qurumda müavin olan Elnur müəllim, indi birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olub. Elnur müəllim həm sektoru gözəl bilir, həm də biznes sahəsində çalışdığından biznesin incəliklərini yaxşı bilir. Xeyli müddət istehlakçılarla bağlı struktura da rəhbərlik edib. Məmməd müəllimdən fərqli olaraq, Elnur müəllimin daha rəqabətli mühitin və daha məmnun istehlakçı mühitinin inkişafı üçün start vəziyyəti xeyli üstündür”.

Osman Gündüz hesab edir ki, birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olaraq onun haqsız rəqabətə qarşı, oliqarxlarla və təbii inhisarçılarla vuruşmaq üçün daha münbit şəraiti var.

"Vuruşa" biləcəkmi, yaxud "vuruşmaq" istəyəcəkmi, onu da yaxınlarda görəcəyik”, - ekspert yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”
 
Ardını oxu...
“Hazırda torpaq sahələri istisna olmaqla, daşınmaz əmlak bazarının qiymət dinamikasında artım, kəskin dəyişikliklər müşahidə olunmur. Bazarda stabillikdir”.

Bunu TNS-ə açıqlamasında “Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı deyib.

O qeyd edib ki, bu hal adətən, ilin əvvəli üçün xarakterikdir: “Qarşıdakı bir-iki ay ərzində bazarda hökm sürən vəziyyəti tam təhlil etmək imkanımız olacaq. Daşınmaz əmlak bazarında qiymətlər stabil olsa da, torpaq sahələrinin, xüsusilə şəhər mərkəzindən kənarda yerləşən torpaqların qiymətlərində artımlar var. Qiymət artımı özünü daha çox sənədli torpaqlarda göstərir. Bu amil tikinti dövrünün yaxınlaşması, aktivləşməsi ilə əlaqəlidir. Mart ayına doğru torpaq qiymətlərində bir qədər də artım müşahidə olunacaq”.

Ekspert onu da qeyd edib ki, kirayə qiymətlərində davamlı artım meylləri müşahidə olunur.
 
Ardını oxu...
Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..
Mövsümü, əsasən, yay ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur..
Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Xəzər TV bildirir ki, alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.
Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.
Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.
Ardını oxu...
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan bazarı azad bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir:

“İstənilən malı istənilən qiymətə satmaq olar. Heç bir dövlət orqanının icazəsi yoxdur ki, buna müdaxilə etsin. Bazar tələb və təklif ilə formalaşır, qiymətlər də buna görə müəyyən edilir. Qida məhsullarının keyfiyyətinə isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, nəzarət olunur. Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan supermarketlər şəbəkəsinə mallar girə bilməz. Çünki onların kağızı əsasında şəbəkələrə mallar daxil olur. Lakin məhəllə dükanlarında, bazarlarda AQTA-nın nəzarətindən qaçmış bu cür mallar ola bilər. Həmçinin keyfiyyəti barədə də əgər Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparmayıbsa, onun təhlükəsizliyi barədə məlumat əldə etmək çox çətindir. Bu təbiidir bazarda tələbat var və bəzi adamlar bunu almaq istəyir. Ona görə də bu cür qiymətlər formalaşır. Əgər onların yetişdirilməsində süni gübrələrdən və nitritlərdən həddindən artıq istifadə olunmayıbsa, bu təhlükəsizdir. Bu cür mal alan zaman şübhələr olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verərək yoxlatdıra və yaxud da satıcıdan AQTA-nın icazəsi olan kağızı tələb edə bilərlər”.
 
Ardını oxu...
2025-ci ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borc portfelinin təşkilatlar üzrə həcmi açıqlanıb.

Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ardını oxu...
Borcun 35,1%-i Asiya İnkişaf Bankının, 27,0%-i avrobondların, 15,8%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

2025-ci ilin 01 yanvar tarixinə dövlət büdcəsi hesabına (borca xidmət xərcləri və daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsindən cəlb edilən vəsait hesabına) xarici borclar üzrə 1.324,0 milyon ABŞ dolları məbləğində əsas borc (o cümlədən 900,0 milyon ABŞ dolları məbləğində avrobondlar), 161,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.

Qeyd olunanlarla yanaşı, 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 7.1-ci maddəsinə uyğun olaraq xarici dövlət borcu üzrə 308,8 milyon manat (126,4 milyon manat əsas borc ödənişləri, 182,4 milyon manat faiz 86,1% 5,8% 3,4% 3,1% 1,6% ABŞ dolları Avro XDR Yapon yeni Digər ödənişləri) borc ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilmişdir.
 
 

 


Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özü ilə özü ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, bir mənbədən satınalma metodu üzrə bağlanan müqavilədə AQTA-nın xidməti minik avtomobilləri üçün Aİ-95 markalı benzin və "əlaqədar xidmətlər"in satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 10 750 manatdır.
AQTA-nın sədri Qoşqar Təhməzlidir. O, 2017-ci ildən bu vəzifədədir.
 
 
 
Ardını oxu...
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) Müstəqil Dövlətlər Birliyinin (MDB) 2025-2026-cı illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə yeni proqnozunu açıqlayıb.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə EİA-nın fevral ayı üzrə hesabatına istinadən xəbər verilir. Qurumun MDB ölkələrində 2025 və 2026-cı illər üçün neft hasilatı proqnozları göstərilib. Belə ki, Azərbaycanda 2025-ci ildə 630 min barel, 2026-cı ildə isə 610 min barel hasil edəcəyi gözlənilir, yəni azalma tendensiyasını göstərir. Rusiyada 2025-ci ildə 10,45 milyon barel, 2026-cı ildə 10,58 milyon barel hasil edəcəyi proqnozlaşdırılır ki, bu cüzi artım deməkdir. Qazaxıstanda isə 2025-ci ildə 1,93 milyon barel, 2026-cı ildə isə 2,03 milyon barel hasilat edəcəyi gözlənilir. Bu da artım deməkdir.

Azərbaycanın neft hasilatında azalma proqnozu maraqlıdır. Bu, ehtiyatların tükənməsi, yeni layihələrin yetərincə inkişaf etməməsi, yaxud OPEC+ qərarları ilə bağlıdırmı? Ümumiyyətlə, bu proqnoz nə dərəcədə reallığı əks etdirir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Ümumiyyətlə, ehtiyatlarla bağlı 10 ildir eyni rəqəmlər verilir. Yəni 7 milyard barel 2015-2016-cı illərdə də eyni idi, elə indi də eynidir. Nədənsə heç nəzərə almırlar ki, bəs bu müddətdə nə qədər neft çıxarılır, o qədər sabit neft nəyin hesabına qalıb?! Yeni neft yataqları və yaxud kondensat yataqları açılmayıb axı. Yəni bu baxımdan o ehtiyatlarla bağlı olan məlumatlar inandırıcı deyil, ümumiyyətlə, köhnə məlumatdır. Hasilatla bağlı onu deyə bilərəm ki, bunlar da reallıqdan uzaqdır. Azərbaycan ötən il 29,1 milyon ton neft hasil edib, yəni ortalama 590 min barel. Düzdür, Azərbaycanda cari ildə neft hasilatının artımı gözlənilmir, ancaq 630 min barel hasilat olacağı göstərilir. 630 min barel 31,5 milyon ton deməkdir. Yəni fərq görürsünüz nə qədərdir?!”

Qeyd edək ki, Azərbaycanda neft ehtiyatlarının tükənəcəyi ilə bağlı tezislər çox vaxt qərəzli və məqsədli şəkildə yayılır. Bu cür yanaşmalar adətən ya Azərbaycanın enerji sektorundakı rolunu kiçiltmək, ya da xarici dairələrin maraqlarına xidmət etmək üçün ortaya atılır. Neft ehtiyatlarının tükənməsi məsələsi yalnız mövcud hasilatla məhdudlaşmır. Yeni yataqların kəşfi və müasir texnologiyaların tətbiqi hasilatı uzada bilər. Azərbaycanda “Abşeron”, “Şəfəq-Asiman”, “Ümid-Babək” kimi perspektivli yataqlar var və onların işlənməsi ehtiyatların uzunmüddətli olacağını göstərir. Ənənəvi neft yataqlarında hasilatın tədricən azalması normal prosesdir. Lakin bu, neftin tamamilə tükəndiyi anlamına gəlmir. SOCAR və tərəfdaş şirkətlər neft hasilatını stabil saxlamaq üçün müxtəlif tədbirlər görürlər. Qlobal enerji şirkətləri və Azərbaycanın rəsmi qurumları ehtiyatları beynəlxalq metodologiya əsasında hesablayır. Əgər Azərbaycanın neft ehtiyatları ciddi şəkildə tükənmə riski ilə üzləşsəydi, bu, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində və neft bazarına təsirlərdə açıq şəkildə görünərdi. Azərbaycanın enerji siyasətini və bazardakı yerini zəiflətmək istəyən qüvvələr bilərəkdən “neft tükənir” narrativini təbliğ edə bilərlər. Bu, həm Azərbaycanın enerji sahəsinə qoyulan investisiyalara təsir etmək, həm də ölkənin enerji müstəqilliyini şübhə altına almaq üçün istifadə edilə bilər.
 
Ardını oxu...
“Gədəbəy Mineral Suları” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 7.6 milyon manatdan çoxdur (7663266.39 AZN).
Ardını oxu...

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.
Ardını oxu...
Gədəbəy Mineral Suları MMC-nin baş direktoru Adil Haqverdiyevdir.

Qeyd edək ki, şirkətlə bağlı məlumatda “2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.
 
 
 
Ardını oxu...
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ölkələrdən 33 min 800 ton ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı) idxal edib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 754 dollar olub.
Məlumat üçün bildirək ki, dizel Azərbaycana əsasən iki ölkədən – Türkmənistan və Rusiyadan idxal edilib. Türkmənistandan 23 min 112 ton, Rusiyadan isə 9 min 969 ton dizel gətirilib. Türkmənistandan idxal olunan dizel yanacağının 1 tonunun orta gömrük dəyəri 686 dollar, Rusiyadan idxal olunan dizelin 1 tonunun orta gömrük dəyəri 777 dollar olub.
Onu da qeyd edək ki, Azərbaycandan eyni dövrdə xarici ölkələrə 374 min 898 ton dizel yanacağı (ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar) ixrac edilib. İxrac olunan dizelin 1 tonunun orta gömrük dəyəri 502 dollar olub.
Azərbaycan ağır distilyatlar və ya digər məqsədlər üçün qazoylları aşağıdakı ölkələrə satıb:
Gürcüstan – 103 021 ton (1 tonu 707 dollar);
Türkiyə – 85 618 ton (419 dollar);
İtaliya – 83 911 ton (273 dollar);
Ukrayna – 68 493 ton (696 dollar);
Malta – 29 481 ton (264 dollar);
Rumıniya – 3 067 ton (200 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 1 307 ton (316 dollar).
 
Ardını oxu...
Ölkədə mal ətinin maya dəyərindən 3 dəfə baha satıldığı iddia edilir..

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkədə iribuynuzlu mal-qaranın ətinin maya dəyəri 4 manat 40 qəpik təşkil edir. Həmçinin mal ətinin topdansatış qiymətinin 5 manat 10 qəpik olduğu da göstərilib.

Bəs belən olan halda niyə mal əti alıcılara bundan 3-4 dəfə baha təklif edilir?

Fermerlər bildirirlər ki, heyvanın bəslənməsi və ət istehsalı ilə əlaqədar xərclər artdıqca, satış qiymətlərinin də yüksəlməsi qaçılmaz olur. Onların sözlərinə görə, qeyd edilən statistik rəqəmlər real deyil.

İqtisadçı-ekspert Xalid Kərimli bu fərqin əsas səbəblərini satış xərcləri, daşınma, emal ilə əlaqələndirir. Ekspertin sözlərinə görə, sözügedən bu qiymət məhsulun maya dəyəridir. Ümumi xərclər isə daha çoxdur.

Dövlət Statistika Komitəsi eyni dövr üçün mal ətinin pərakəndə satış qiymətini də açıqlayıb. Məlumata görə, mal ətinin topdansatışı 5 manat 10 qəpik olduğu dövrdə mağazalarda satılan sümüklü mal ətinin qiyməti 14 manat, sümüksüzün isə 16 manat 30 qəpik təşkil edib.

 
 
 

Dünyapress TV

Xəbər lenti