Rublev Dubayda keçirilən turnirin yarımfinalında diskvalifikasiya edilib
Rusiyalı tennisçi Andrey Rublev Dubayda (BƏƏ ) keçirilən ATP-500 turnirinin yarımfinal matçında diskvalifikasiya edilib.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, buna səbəb onun hakimi təhqir etməsidir.

Bildirilir ki, Rublev Alexander Bublikə qarşı oynayıb . Üçüncü setdə oyun 6:5 hesabı ilə Qazaxıstan tennisçisinin xeyrinə başa çatdıqdan sonra Rublev topun meydandan kənarda olduğunu iddia edərək xətt hakiminə qışqırıb.

BƏƏ-də keçiriləcək turnirin mükafat fondu 2,9 milyon dolları ötür. Müsabiqə martın 2-də başa çatır. Hazırkı çempion isə finalda Rublevə qalib gələn Medvedevdir.

Rusiya tennisçiləri beynəlxalq turnirlərdə neytral idmançı kimi çıxış edirlər. Böyük Britaniyanın qərarı ilə 2022-ci ildə yeganə Böyük Dəbilqə turniri olan Wimbledon turnirini buraxıblar.
 
 
 

Dünyapress TV

Xəbər lenti