Vasif Talıbovun Əli Həsənovla gizli dostluq tarixçəsi - FAKTLAR
Bir neçə gün öncə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xarici ölkələrdəki mülkləri haqqında yerli mediada məlumatlar yayıldı. Xüsusilə də Vasif Talıbovun oğlu Seymur Talıbov Dubayda özünə dəyəri milyonlarla ölçülən mülklər alıb. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə ilginc faktlar açıqlayıb. Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu ilə bir vaxtlar Prezidentin köməkçisi işləmiş Əli Həsənovun oğlu Şamxal Həsənli yaxın dostdurlar. Onlar təkcə dost deyillər, eyni zamanda Dubayda milyonluq biznesləri və ortaq əyləncə proqramları var.

Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu bir neçə gün əvvəl işlədiyi Naxçıvan Dövlət Universitetindən prorektor vəzifəsindən rəsmən uzaqlaşdırılıb. Və Seymur Talıbovun ölkəni tərk edərək Dubaya yolladığı xəbərləri dolaşmaqdadır. Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yazılan xəbərlərə əsasən Əli Həsənov da Dubaya köçərək ailə biznesini idarə etməyə başlayıb.

GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddis edir ki, Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, "Xəzər" TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.

3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. "Quyruq" da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.
Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.

Vasif Talıbovun oğlunun da Dubayda mülk sahibi olmağa başladığı il 2017-ci ilə təsadüf edir. Belə ki, Seymur Talıbov Dubayda ilk biznesini 2017-ci ildə qurmağa başlayıb. Məhz Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr alıb. Bundan sonra isə Seymur Talıbov dostu Şamxal Həsənli ilə birlikdə biznes qurmaq qərarına gəlib. Düzdür Həsənovla Talıbovun oğlunun şərikliyini sübut edən faktlar ortada deyil. Buna baxçayaraq ƏIli Həsənovun oğlu Şamxal Həsənli qızıl biznesinə, Vasif Talıbovun oğlu prorektor-alim Seymur Həsənli isə otelçilik fəaliyyətinə başlayıb.
Mətbuatda oğul Talıbovun mülkləri barədə yayılan siyahıya diqqət edək:

- Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.

- “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.

- “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.

- 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.

- Seymur Talıbovun “Marina Gate"də 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

- Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.

- Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.

Bütün bu faktlarla yanaşı Vasif Talıbovun Əli Həsənovla yaxınlıq əlaqələrinə dair ilginc məlumatlar əldə etmişik. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə iddia edir ki, Əli Həsənov 90-cı illərin əvvələrində Naxçıvan Dövlət Universitetində müəllim işləyib. Həmin ali təhsil ocağında geniş ətrafı olan Ə.Həsənov son illərə qədər Vasif Talıbovla yaxın dostluq əlaqələri qurub. Bu minvalla da hələ 90-lardan başlayan Həsənov-Talıbov dostluğu bir qədər də irəli gedərək ailə dostluğu səviyyəsinə qədər yüksəlib. Mənbəmiz iddia edir ki, son illərdə "Xan"ın Bakıdan verilən tapşırıqlara əməl etməməsi, dikbaşlığı onun sonunu tezləşdirib. Bundan sonra Prezident köməkçisi də baş verənlərə səssiz qalıb. Hansı ki, uzun illər Naxçıvana rahat gedib-gələ bilməyən ən yüksək vəzifəli dövlət adamlarını Əli Həsənov əvəz edirmiş. Vəzifədə olduğu dövrdə çox rahat və sərbəst şəkildə Əli Həsənov və qohumları Naxçıvanla əlaqələr qura biliblər.

Məbməmiz iddia edir ki, əslində Əli Həsənovun yola salınması Vasif Talıbov üçün sonun başlanğıcı idi.

Mövzu ilə bağlı əlavə faktları yaxın zamanlarda yayımlayacağıq. Bizi izləyin. //GUNDEMİNFO.AZ//
 

Bölmənin digər xəbərləri

03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı

Dünyapress TV

Xəbər lenti