Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur - FOTO
Kafe-barda səhər saatlarınadək davam edən əyləncə sakinlərin həyatını cəhənnəmə çevirib

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 130-un sakinləri yaşadıqları binanın zirzəmisində yerləşən “Red Black” istirahət mərkəzi adlı kafe-barın fəaliyyətindən narazıdırlar.

Sakinlər AYNA-ya bildiriblər ki, gecə saatlarında evlərində rahat otura, yata bilmirlər. Səbəb isə bar tipli kafedə gecə gec saatlaradək musiqili əyləncənin təşkili, müştərilərin səs-küyüdür.

Binanın komendantı Elnur Hüseynov bildirir ki, dəfələrlə obyektin sahiblərinə irad bildirilib, amma nəticəsi olmayıb.

“Bina sakinləri, xüsusilə də aşağı mərtəbədə, yəni zirzəminin üzərindəki mənzillərin sahibləri şikayət edirlər. Gecə saat ikiyə-üçə, bəzən də səhər saatlarınadək əyləncələr davam edir. Səs-küydən insanlar evlərində rahatlıq tapmırlar. Körpə uşaq var, yaşlı, xəstə insanlar var ki, “Red Black”dakı əyləncə onların həyatını cəhənnəmə çevirib”, - deyə komendant vurğulayıb.

Onun sözlərinə görə, dəfələrlə polisə müraciət olunub: “Amma hansısa nəticəsi yoxdur. Gəlirlər, obyekt sahibinə bu cür fəaliyyətə son qoyulmasını tapşırırlar, obyekt sahibi də “yaxşı” deyib yola verir, yenə öz işindədir. Elə dünən gecə saatlarında da bir neçə sakinlə birlikdə getdik etirazımızı bildirdik, yenə polisə şikayət edildi, polis əməkdaşları gəldilər. Bu, qanunsuz fəaliyyətin qarşısını almaq sanki müşkülə çevrilib”.

Bina sakinləri aidiyyəti orqanlardan kömək istəyirlər ki, “Red Black”ın bu cür qanunsuz fəaliyyətinə son qoysunlar.

Məsələ ilə bağlı sualımıza Abşeron Rayon İcra Hakimiyyətindən və Abşeron Rayon Polis İdarəsindən cavab almaq mümkün olmadı. Dəfələrlə etdiyimiz telefon zənglərimizə bu qurumların heç birindən cavab verilmədi. Vətəndaşların şikayətini diqqətdə saxlayacağıq.

Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur -
Müəllif: Banu Çiçək
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737661257_1.jpg
 
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı

Dünyapress TV

Xəbər lenti