Azərbaycanda texniki baxış ləğv olunur? - Yeni prosedura görə...
Son illərdə bir çox ölkələr avtomobillərin texniki baxışını ya tamamilə ləğv edir, ya da bu proseduru sadələşdirir. Bu tendensiya əsasən, texniki baxışın müasir avtomobillərin təhlükəsizlik standartlarına uyğun olaraq lazım olmaması arqumenti ilə izah olunur. Azərbaycanda isə avtomobillərin texniki baxışı hələ də məcburi olaraq qalır, lakin onun ləğvi və ya yenidən tənzimlənməsi ilə bağlı müzakirələr bəzən gündəmə gəlir.

Hazırda Azərbaycanda avtomobillərin texniki baxışı qanunla müəyyən olunmuş şəkildə iki ildən bir həyata keçirilir. Bu prosedur zamanı avtomobilin mühüm texniki göstəriciləri yoxlanılır.

İlk növbədə texniki baxışın ləğv olunduğu ölkələrə nəzər salaq:

Amerika Birləşmiş Ştatları (bəzi ştatlar) - ABŞ-də texniki baxış sistemi ştatlara görə fərqlənir. Bəzi ştatlar, xüsusilə Kaliforniya, Arizona və Montana kimi ştatlar texniki baxışı tamamilə ləğv edib və ya çox sadələşdiriblər. 2025-ci ilin yanvarından etibarən isə Texas ştatında da texniki baxış ləğv olunacaq.

Rusiya - 2021-ci ildən etibarən Rusiyada yeni qanun qəbul edilib və texniki baxış bəzi nəqliyyat vasitələri üçün ləğv olunub. Şəxsi minik avtomobilləri və motosikletlər müəyyən şərtlər daxilində texniki baxışdan azad edilib. Yalnız kommersiya nəqliyyat vasitələri üçün texniki baxış məcburi olaraq qalır.

Kanada (bəzi əyalətlər) - Kanadada texniki baxış bəzi əyalətlərdə tamamilə ləğv edilib və ya çox sadələşdirilib. Məsələn, Britaniya Kolumbiyasında texniki baxış tələbi yoxdur, yalnız xüsusi nəqliyyat vasitələri yoxlanılır.

Yuxarıda qeyd olunduğu kimi, daha bir neçə Avropa ölkələrini bu siyahıya misal olaraq çəkmək olar.

Maraqlıdır, ölkəmizdə də bu proses reallaşa bilərmi? Ümumiyyətlə, avtomobillərin texniki baxışlarının ləğv olunmasına ehtiyac varmı?

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov Ajans.az-a bildirib ki, Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir:

"Bu proses dünyanın müxtəlif ölkələrində müxtəlif şəkildə həyata keçirilir. ABŞ, Çin hətta Gürcüstanda belə texniki baxışın prosedurlarında müəyyən sadələşdirilmələr var. Azərbaycanın da bununla bağlı hər hansı adım atma imkanı var. Bu əslində ölkəmizdə realdır. Hər bir nəqliyyat vasitəsi texniki baxış keçirən zaman onun müəyyən dərəcədə texniki xüsusiyyətlərini servis xidmətləri həyata keçirir. Onların isə təqdim etdiyi arayış Dövlət Yol Polisinin tələblərinə cavab verməlidir və o gözləntilərə uyğun olmalıdır".

Ekspert qeyd edib ki, Azərbaycanda bu tendensiya bir az fərqlidir. Onun sözlərinə görə, bunun əsas fərqi ondadır ki, nəqliyyat vasitələri texniki baxışın xüsuiyyətlərini özündə ehtiva etməlidir:

"Bu proses, təbii ki dövlətin nəzarətindədir və dövlət tərəfindən tənzimlənir. Onun ləğv olunması ilə bağlı yekun qərarı da dövlət verə bilər. Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir. Bu ölkələr yol təhlükəsizliyinə və avtomobil parkının yenilənməsinə daha çox diqqət yetirdikləri üçün texniki baxışın bəzi hallarda ləğv olunmasını mümkün görüblər".

Aslan Əsədov əlavə edib ki, bu məsələ ilə bağlı bəzi təkliflər, yeni və müsbət fikirlər irəli sürüb prosesi daha da asanlaşdırmaq olar.
 

Bölmənin digər xəbərləri

11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü

Dünyapress TV

Xəbər lenti