Sürücü vurduğu piyadadan pul tələb edə bilər?
Piyadaların səhlənkarlığı səbəbindən baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücüyə dəyən ziyanın ödənilməməsi müzakirə mövzusu olub.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə sözügedən məsələyə münasibət bildirən müzakirə iştirakçılarının əksəriyyəti yol-nəqliyyat hadisəsi baş verən istənilən halda sürücünün ziyanlı çıxmasını qanundakı boşluq və ədalətsizlik kimi qiymətləndiriblər.

"Piyada yolun ona aid olmayan hissəsində qəfildən özünü yolun hərəkət hissəsinə atırsa, nə üçün sürücü günahkar hesab edilməli və üstəlik avtomobilinə dəyən ziyana görə də əlavə xərcə düşməlidir?" - deyə istifadəçilərdən biri yazıb.

Maraqlıdır, əgər piyadavurma hadisəsi məhz piyadanın diqqətsizliyi səbəbindən baş veribsə, sürücü hadisə nəticəsində avtomobilinə dəyən ziyanı piyadadan tələb edə bilərmi?

Tanınmış hüquqşünas Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, sürücü ona dəymiş ziyanı piyadadan tələb edə bilər.

"Burada ziyan vuranın kim olmasının heç bir fərqi yoxdur. Kim kimə zərər vurursa və zərər vurarkən haqsız olubsa, təbii ki, vurduğu zərərin dəyərini digər tərəfə ödəməlidir.

Bəli, bu, bir az qeyri-adi görünə bilər, amma piyada da avtomobilə zərər vura bilər.

Əgər piyada qanunsuz yerdən yol keçib və nəticədə sürücüyə ziyan vurubsa, əlbəttə ki, məhkəmə yolu ilə ondan dəyən ziyan tələb oluna bilər.

Bir şərtlə ki, sürücü məhkəmədə həqiqətən onun avtomobilinə həmin piyadanın ziyan vurduğunu sübut edə bilsin. Yəni sürücü məhkəmədə hadisənin baş verməsini, avtomobilə dəyən zərərin ölçülməsini (zərəri ekspert qiymətləndirməlidir) və ən əsası, hadisə ilə zərərin arasındakı əlaqəni sübut etməlidir.

Sübut olunmalıdır ki, doğrudan da, həmin zərər məhz həmin hadisə zamanı və məhz həmin şəxs tərəfindən vurulub. Belə olan halda dəyən zərəri piyadadan tələb etməkdə heç bir problem yoxdur", - deyə hüquqşünas vurğulayıb.

Bölmənin digər xəbərləri

14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə

Dünyapress TV

Xəbər lenti