Dərs ili başa çatmamış dərslikləri yığırlar - Açıqlama
Bəs şagirdlər 20-25 gün məktəbə nəyə gedirlər?
Dərs ilinin başa çatmasına iki həftə qalıb. Lakin müşahidələrdən belə məlum olur ki, artıq may ayının 3-cü həftəsindən başlayaraq əksər məktəblərdə bir sıra dərsliklər yığılıb. Qeyd edək ki, ötən illərdə də bu cür hal müşahidə olunurdu, baxmayaraq ki, ölkədə tədris ili iyunun 15-də başa çatır.
Beləliklə, suallar yaranır ki, may ayının 3-cü həftəsindən başlayaraq, məktəblərdə dərsliklər yığılırsa, şagirdlər 20-25 gün məktəbə nəyə gedirlər? Dərsliyi olmayan şagird məktəbdə nə öyrənir, ümumiyyətlə, öyrənə bilərmi? Həmçinin bu müddət ərzində müəllimlərin fəaliyyəti nədən ibarət olur?
Məsələnin bu tərəfini nəzərə alaraq, bir çox valideynlər, hətta müəllimlər tədris ilinin 1 sentyabr - 31 may tarixləri arasında keçirilməsinə çağırış edirlər.
Xatırladaq ki, Azərbaycanda 2004-cü ilə qədər dərslər sentyabrın 1-i başlayıb, may ayının sonu başa çatırdı. 2004-cü ildən isə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlayıb, iyunun 15-nə qədər davam etdirilməsi qərara alındı.
Bəs tədris ilinin hansı vaxt başlayıb, hansı vaxtda bitməsi daha optimaldır?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Öncə onu qeyd etmək istərdim ki, ümumiyyətlə, təhsilin bütün pillələrində, xüsusilə də məktəbəqədər ümumtəhsildə hüquqi normativ sənədlər çatışmır, olanlar da reallığı əks etdirmir. 2024-cü ildir, amma hələ də dövlət məktəblərinin nizamnaməsi yoxdur. Bəs nizamnamə nədir? Nizamnamə odur ki, məktəbin fəaliyyətinə əsaslanır. Bu gün qarşımıza çıxan bütün problemlər nizamnamədə göstərilir və məktəb məhz həmin nizamnamə əsasında idarə edilir.
O ki qaldı dərsliklərin hansı vaxtda yığılmasına, şagirdlərin sinifdən-sinfə keçməsi ilə bağlı 1 may 2014-cü ildə 522 saylı əmr təsdiq edilib. Həmin əmrdə göstərilir ki, qiymətləndirmə tədris ilinə 2 gün qalmış başa çatmalıdır. Yəni Böyük Summativ Qiymətləndirmə (BSQ) iyunun 11-də keçirilməlidir. Bu məntiqlə dərsliklər iyunun 12-13-də yığılmalıdır. Amma ənənəvi olaraq dərsliklər artıq 3-cü həftədən başlayaraq yığılmağa başlayır.
Burada problemin kökü ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi bütün məktəblərdə aparıcı sinif olan buraxılış siniflərinin imtahanlarını heç bir səbəb olmadan tədris ilinin başa çatmasına 10-12 həftə qalmış həyata keçirir. İmtahanlardan sonra da buraxılış siniflərinin şagirdləri məktəbə gəlmir, bu da digər siniflərin də davamiyyətinə təsir edir.
Beləliklə də mart ayından başlayaraq məktəblərdə davamiyyət axsamağa başlayır. İntizam səviyyəsi aşağı olan məktəblərdə davamiyyətlə bağlı heç bir tədbir görülə bilmir, gəlməyən uşaqlar da bəzən dərslikləri məktəbə təhvil vermir, dərsliklər arada itib-batır, ona görə də məktəb may ayının 2-ci həftəsindən başlayaraq dərslikləri yığmağa başlayır. Lakin nizam-intizamı güclü olan məktəblərdə dərsliklər tədris ilinin son günlərində yığılır.
Dərsliyin yığılması da o deməkdir ki, artıq həmin fənlər tədris olunmur. Bəzən deyilir ki, guya dərslər təkrarlanır, bu yalandır. Ümumiləşdirici, yekunlaşdırıcı təkrar iyunun 12-13-dən olur. Tədris proqramlarında konkret olaraq iyunun 11-nə qədər mövzular var və həmin mövzular tədris olunmalıdır. Beləliklə, əgər dərsliklər yığılırsa, formal olaraq dərslərin tədrisi dayandırılır. Bu çox ciddi məsələdir. Çox təəssüf ki, bu gün təhsil idarəsi orqanları tədris prosesinə tam nəzarət edə bilmirlər".
Təhsil eksperti tədris ilinin hansı vaxt başlayıb, hansı vaxtda bitməsinin daha optimal olması ilə bağlı da şərh verib:
“Burada məsələ tədris müddətində deyil. Belə ki, beynəlxalq təcrübəyə baxanda əksər ölkələrdə tədris müddəti 36 həftədir, bizdə isə 34 həftədir. Bu nöqteyi-nəzərdən hətta beynəlxalq təcrübədən geri qalırıq. Ötən il nazir da qeyd etdi ki, təhsil sentyabrın 1-dən başlayıb mayın 31-də bitsə, imtahanlar dövrünü də, eləcə də BSQ-ləri iyunun birinci iki həftəsinə keçirmək olar. Biz ekspertlər də hər zaman bunu təklif edirik. Sözün doğrusu, hələ də başa düşə bilmirəm ki, kim və hansı səbəbdən tədrisin sentyabrın 15-dən başlayıb, 15 iyunda bitməsini təklif etdi. Bunu anlamaq olmur”

Bölmənin digər xəbərləri

15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə

Dünyapress TV

Xəbər lenti