“QAZAĞA” GEDİN, “QAZAXA” YOX
“Qazağa gedirik” deyirik minillərdir.
Kim “Qazaxa” deyirsə bilin ki, bilmədən deyir.
Bilərək deyənlər isə…
Yazılı ədəbiyyatın Qazaxda doğulmuş ən böyük nümayəndələri – Vidadi, Vaqif, Kazım ağa Salik, Əbdürrəhman ağa Dilbazi oğlu, Hacırəhim ağa Vahidi, Abbas ağa Nazir, Şahniyar ağa Rançur, Hacıkərim Sanılı, Abdulla bəy Divanbəyoğlu, Mədinə xanım Qiyasbəyli, Əhməd Seyidov, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Teymur Bunyatov, İsa Hüseynov, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və bu mahaldan çıxmış yüzlərlə alim, həkim və aydınlar ordusu son zamanlar anlamsız polemikalara səbəbiyyət verən dilçilərdən azmı bilirdilər?
Onlar orfoqrafiya qaydası bilməzdilər, çoxlarının zamanında heç elə anlayış belə yox idi. Amma onlar analarının dilində, eşidikləri, duyduqları, hiss etdikləri kimi danışırdılar…
Bəzi dilci alimlər özlərindən “velosiped ixtira edərək” qulağımıza yad gələn variantlar, minillik danışıq və alışqanlıqları zorlayan təkliflərdə bulunurlar. Və istinad edəcəkləri mənbə də illərdir elə onların özləri tərəfindən təcavüzə məruz qalan, üstündə min cür hoqqalar çıxarılan Azərbaycan dilinin orfoqrafiya normalarıdır.
Alimlərdən biri mənbəyə müraciət edərkən belə deyir: “Lakin Azərbaycan dilinin orfoqrafiya normalarında “x” samiti ilə bitən çoxhecalı yer adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur”. Əgər təkhecalı toponimlərdə, məsələn, Qax adında “x” hərfi “ğ”yə keçmirsə və əgər çoxhecalı adlar üçün ayrıca bir bənd yoxdursa, onda niyə Qazax və ya Yevlax kimi yer adları üçün yenidən “Amerika kəşf edib” eksperiment aparırsız? Bunun üçün o bölgənin tələffüzzünə niyə hörmət etmirsiz, siz yuxarıda adını çəkdiyim münəvvər və aydın ordusunu ciddiyə almır, niyə Qazax və Yevlax camaatına saymamazlıq edirsiz?...
Halbuki dilci alimin edəcəyi tək bir şey var: Oturub çoxhecalı yer adları üçün ayrıca bir bənd yazmalı, sonra o bəndi Azərbaycan dilinin orfoqrafiya normalarına salmağa nail olmalı və nöqtəni qoymalıdır. Alimin işi də bu olmalıdır – hazırladığını tətbiq etməli, dilimizin xüsusiyyətlərini, zənginliklərini qoruyaraq onu normalarla möhkəmləndirməlidir. Və əsası da dilin ənənələrinə sayğı göstərməlidir…
Əks təqdirdə, bir gün Qazağın aydınları toplanıb petisiya imzalayacaqlar…
İbrahim Nebioğlu
 

Bölmənin digər xəbərləri

15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev

Dünyapress TV

Xəbər lenti