"Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..."
Dənizdə çalışan neftçilər illərdir nəqliyyat probleminin həll edilməməsindən şikayətçidirlər. Neftçilər deyirlər ki, küləkli, fırtınalı, yağışlı günlərdə növbə dəyişə bilmirlər.

İşdən çıxarılma təhlükəsindən adının açıqlanmasını istəməyən neftçilərdən biri Meydan TV-yə danışıb ki, mayın 19-da helikopter bloklararası uçuş edərkən qəzadan son anda yayına biliblər.

“Neftçilərin həyatı nəzərə alınmır, ya helikopter, ya da gəmi nasaz olur. Allahın ümidinə qalmışıq, hər növbə dəyişəndə stress və narahatlığa ürəyimiz dayanmır. Tək çarəmiz bunları bizə yaşadanların eyni hisslər keçirməsinə ümid etməkdir. Bəlkə onda çəkdiklərimizi başa düşərlər”,- neftçi deyib.

Başqa bir neftçi isə bildirib ki, helikopterin nasazlığı səbəbindən təhlükəli vəziyyətin yaranması yeni deyil, bu hal bir neçə dəfə təkrarlanıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, bununla bağlı onun rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub.

“Neftçilər bildiriblər ki, AZE 72 saylı helikopter bloklararası uçuş keçirərkən böyük qəzadan qurtarıb. Saat 11-də 8 saylı özülə eniş-qalxış edib, təxminən 11:10 da 7-ci blokda dayana bilməyib. Mexanik onlara tərpənməməyi, əzilməmək üçün bir yerdən tutmağı məsləhət görüb. Helikopter Pirallahıya gəlib və orada məcburi qəza enişi edib”,- hüquq müdafiəçisi deyib.

Mirvari Qəhrəmanlı deyir ki, neftçilər AZE 72-nin nasaz olduğunu qeyd ediblər:

“Helikopterin neçə dəfə nasaz olduğunu araşdıra bilərlər. Neftçilər deyirlər ki, ötən ilin mayında 5 dəfə helikopterdə nasazlıq baş verib. İyunda da olub. Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi. Faciə baş vermədən tədbir görülməlidir”.

Təşkilat rəhbəri deyib ki, şirkətə şikayət ünvanlayıb.

Bölmənin digər xəbərləri

15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev

Dünyapress TV

Xəbər lenti