Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması ölkənin siyasi həyatında canlanma yaradıb. Artıq bəzi tanınmışlar marafona qoşulacaqlarına dair iddialarını açıq şəkildə ortaya qoyublar.

Belə ki, sabiq baş nazir Pənah Hüseyn, REAL sədri İlqar Məmmədov, "yeni müsavat" Media qrupunun rəhbəri Rauf Arifoğlu, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə, politoloq Elxan Şahinoğlu və digər tanınmış ictimai-siyasi xadimlər mandat uğrunda mübarizə aparacaqlarını açıq şəkildə dilə gətiriblər.

Parlament seçkilərində iştiraka bir o qədər də həvəs göstərməyən tanınmış siyasi xadimlər də az deyil. Sabiq dövlət katibi Lalə Şövkət bu marafondan kənarda qalacağını rəsmi qaydada bəyan edib. Müxalifətin radikal qanadını təmsil edən AXCP-nin və onu sədri Əli Kərimlinin ənənəvi boykot taktikasından bu dəfə də imtina etməyəcəyi gözlənilir.

Vaxtilə ölkənin siyasi həyatında yaxından rol oynamış 2 nəfərin - Müsavat başqanı İsa Qəmbərin və AMİP lideri Etibar Məmmədovun parlament seçkilərində iştirak edib-etməyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir. Hələki həm İsa Qəmbər, həm də Etibar Məmmədov bu suala konkret cavab verməkdən yayınır. Ancaq həm Müsavatın, həm də AMİP-in növbəti parlament seçkilərində iştirak edəcəyi şübhə doğurmur. Bununla bağlı rəsmi qərar olmasa da, hər iki partiyanın yetkililəri bununla abğlı dəfələrlə konstruktiv mövqe sərgiləyiblər.

Hurriyyet.az xəbər verir ki, yenisabah.az həm hakimiyyət, həm də müxalifət dairələrindəki mənbələrindən mövzuya dair maraqlı məlumatlar əldə edib. AMİP funksionerlərindən biri bizimlə söhbət zamanı Etibar Məmmədovun parlament seçkilərində iştirak ehtimalının çox aşağı olduğunu bildirib. Onun sözlərinə görə, 69 yaşlı Məmmədovun parlament seçkilərində iştirakı möcüzə nəticəsində baş verə bilər.

Müsavat başqanı İsa Qəmbərin də marafonda iştirakı real görünmür. Başqan bu dəfə silahdaşlarını önə vermək istəyir. Partiya kuluarlarında hesab edirlər ki, hakimiyyətin əngəl törətməyəcəyi təqdirdə Müsavat seçki mübarizəsində ən azı 4-5 mandatla ayrıla bilər.

“Yeni Sabah”ın hakimiyyət dairələrindən aldığı məlumat müxalif düşərgədən verilən məlumatlarla təxminən üst-üstə düşür. İqtidar komandasının aparıcı fiqurlarından biri saytımıza açıqlamasında İsa Qəmbərin də Etibar Məmmədovun da mandat almaq şansını çox aşağı qiymətləndirib. Onun sözlərinə görə hakimiyyət 4 nəfəri - İsa Qəmbəri, Etibar Məmmədovu, Əli İnsanovu və Əli Kərimlini heç bir halda parlamentdə görmək istəmir. Mənbə yuxarıda adı çəkilən 3 nəfərdən fərqli olaraq, Əli İnsanovun şansını 50/50 qiymətləndirir.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev

Dünyapress TV

Xəbər lenti