Müdirinin kassasından pulları oğurladı, mesaj yazdı: "Məni bağışlayın, şef"
Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən "Baku Cafe" restoranında təmizlikçi kassanı sındıraraq pulları oğurlayıb.

Restoranda təmizlikçi işləmiş 1981-ci il təvəllüdlü Şuşa sakini Kənan (ad şərti) adlı şəxs maddi sıxıntıları səbəbindən oğurluq edib.

Bu məqsədlə o, gecə saat 4 radələrində işdə olarkən kafedəki seyfi sındırıb, oğurluq etmək fikrinə gəlib. Kənan balta ilə bir neçə zərbə vurmaqla seyfin qapısını qırıb və içərisində olan 4550 manat pulları götürüb.

Ordan çıxdıqdan sonra "WhatsApp" mobil tətbiqindən müdirinə mesaj yazaraq törətdiyi əməli etiraf etdib: "Şef salam. Siz özəl insansınız, mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm, sizə hörmətim böyükdür. Ona görə sizə yazdım. Mənim içəridə-çöldə elə bir problemim var ki, məcburiyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm. Çox çıxılmaz vəziyyətdə idim. Onu bilin ki, sizinlə 3-4 aya görüşəcəm. Görüşüb götürdüyüm pulları verəcəm. Məni bağışlayın, şef".

Məhkəmənin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. \\Qaynarinfo
 

Bölmənin digər xəbərləri

15 May 2025 Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb -
15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev

Dünyapress TV

Xəbər lenti