Azərbaycanda 7,5 bal gücündə ZƏLZƏLƏ OLACAQ? –
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda güclü zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Qeyd edək ki, bir müddət əvvəl ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışmışdı. Şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir. Onun sözlərinə görə, Azərbaycanda zəlzələnin maqnitudasının 7,5 bala qədər olma ehtimalı var.

Bu gün olanlar isə Celal Şengörün Azərbaycan haqqında dediklərini yenidən gündəmə gətirib. İnsanlar təşviş içində qorxuya düşüb.

Məsələ ilə bağlı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirib ki, baş verən zəlzələləri normal qarşılamaq lazımdır:

“Təşvişə düşməli deyilik, çünki bizim yaşadığımız coğrafi məkan zəlzələlərin aktiv olduğu ərazilərdir. Düzdür, bizim Yaponiya kimi düşüncəmiz, təcrübəmiz olmadığı üçün zəlzələlərə çox davamlı binalar tikmirik. Buna görə də, bir zəlzələ olan kimi o dəqiqə hay-küy qopur. Burada o qədər də qorxulu bir şey yoxdur. Zəlzələ dənizdə olub və dənizdə olan zəlzələlərin də bura daha az təsiri olur. Bundan qorxuya düşməyə ehtiyac yoxdur. Zəlzələyə normal bir tabiət hadisəsi kimi baxmalıyıq”.

Seysmoloq qeyd edib ki, zəlzələ baş veribsə, yenidən qayıdacaq, amma bu yüngül təkanlarla hiss olunacaq. Onun sözlərinə görə, baş verəcək xırda titrəşimlər seysmoloji stansiyalarda qeydiyyata düşəcək: “Amma yenə baş verəcək zəlzələni bizim hiss etmə ehtimalımız çox azdır. Tarix boyu Bakı şəhərində çox güclü və ya dağıdıcı gücə sahib olan zəlzələ baş verməyib.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə

Dünyapress TV

Xəbər lenti