Şəkinin çağırılmamış “QONAQ”LARI –
Qış fəslinin astanasında olmağımıza baxmayaraq bir müddət əvvəl Şəkinin Baltalı və Zəydiz kəndlərində ayılar görünməyə başlayıb.

Maraqlıdır ki, adətən ayılar ilin bu fəslində qış yuxusuna getməlidirlər.

Bəs, ayıların kəndlərə gəlməsinə səbəb nədir?

Ayının göründüyü yaşayış məntəqələrindən biri rayonun Baltalı kəndidir. Bu kənd dağlıq ya dağətəyi deyil, rayonun aran bölgəsində yerləşir və ayının bu qədər məsafə qət etməsi diqqəti cəlb edən əsas məqamlardan biridir.

Sakinlərin sözlərinə görə, vəhşi heyvan şəxsi təsərrüfatlara hər hansı zərər vurmasa da, insanları təşvişə salıb. İndi bu kənddə sakinlər səhər və axşamlar həyət-bacaya, küçəyə çıxarkən bir qədər ehtiyatlı davranmaq məcburiyyətindədirlər.
Ayıların dağdan enməsini dağətəyinə yaxın olan Baş Zəyzid kəndində də müşahidə edənlər olub. Əsasən də dağa yaxın həyətləri olan sakinlər bu halların əsasən gecələr müşahidə edildiyini bildirir.

“Belə hallar tez-tez olacaq”

AMEA-nın Şəki regional mərkəzindən bildirilib ki, dünyada iqlim dəyişikliyi probleminin artdığını nəzərə alsaq, belə halları artıq tez-tez müşahidə edəcəyik. Təsadüfi deyil ki, ölkə ərazisində olduğu kimi Şimal-Qərb bölgəsində də iqlimə uyğun olmayan hava şəraitinin müşahidə olunması ayıların qış yuxusuna getməsini gecikdirib. Bu səbəbdən onlar da hələlik yetərincə qidalana bilmədiyindən azuqə dalınca gəlirlər.

Mütəxəssislər sakinlərə onu da tövsiyə edirlər ki, ayılarla qarşılaşdıqda onları əsəbləşdirməyəcək şəkildə davransınlar və uzaq dayanıb hərəkətlərinə mane olmasınlar.

Yeri gəlmişkən, ekspert qiymətləndirmələrinə görə, qonur ayının Azərbaycan ərazilərindəki sayı, onların şimala doğru miqrasiyasını nəzərə almaqla, təqribən 500-700 baş arasında dəyişir. Böyük Qafqazın cənub yamaclarında da son illər qonur ayıların sayı durmadan artıb və onların sayının mini ötdüyü təxmin edilir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701843402_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701843404_3.jpg
bizim media
 

Bölmənin digər xəbərləri

15 May 2025 Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?
15 May 2025 Daha bir məktəbdə “Son zəng” üçün pul yığılması iddiası
15 May 2025 “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə

Dünyapress TV

Xəbər lenti