Baş redaktor ona qarşı qurulmuş "tələ"-ni ifşa etdi - FOTO
İki iri məmurun barəmdə hazırladığı mürəkkəb kompozisiyalı həbs planı
Artıq bir neçə yerdən xəbər alıram ki, “xanın trolbaşısı” müxtəlif şəxslərə belə deyib: “Mənim şairə hörmətim var. Məqsədim ona cinayət işi açdırmaq deyildi. Mən sadəcə onun barəmdə səsləndirdiyi ittihamları üzərimdən atmaq üçün məhkəməyə baş vurmuşam”.
Əziz dostlar, eyni sözlər mənə də deyilib. Həmin şəxs ilk dəfə bu barədə fikirləri məhkəmənin hazırlıq iclasından əvvəl telefon danışığımız zamanı demişdi. Açığı, məni buna inandırmışdı da. Mən də hesab edirdim ki, o məni mülki ittiham qaydasında məhkəməyə verib və tələbi yaydığım məlumatı təkzib etməyimdir. Baxmayaraq ki, həmin tələbi yerinə yetirmək imkanım da yox idi, çünki necə deyə bilərəm ki, hörmətli “qızcığaz” şərhini verdiyim o statusu yazmayıb. Axı yazıb. Bununla belə, məhkəmədə aktiv mübarizə modu seçməyəcəyim, hakim nə qərar çıxararsa, ona etiraz etməyəcəyim, qərarı facebook və Ovqat.com-da heç bir şərh vermədən paylaşacağım barədə qarşı tərəflə razılaşmışdım.
Amma bunun sinsicə uydurulmuş yalan olduğunu məhkəmənin ilk iclasında öyrəndim. Anladım ki, bu yalanın məqsədi məhkəmə hökmünün oxunuşuna qədər mənim başımı qatmaq, öz aktiv müdafiəmi qurmağımın qarşısını almaqdır. Çünki mənə xüsusi ittiham qaydasında cinayət işi açılmışdı və 3 il həbsim istənilirdi. Bu həqiqəti məhkəmənin baş tutmayan ilk iclasında öyrəndikdən sonra hakimin gəlməsini gözləmədən zalı tərk edib, prosesə daha ciddi hazırlaşmağa qərar verdim.
Sözsüz ki, bu həqiqəti anlamağımın daha tutarlı əsasları da var idi. Məhkəmənin ilk iclasından hardasa 10 gün əvvəl qulağıma bir məlumat sızmışdı. Məlumata görə, ölkənin 2 güclü məmuru mənim 2 il həbsimə qərar vermişdilər. Bunun üçün hətta mürəkkəb bir plan da qurulmuşdu. Plana əsasən, “xan trolbaşısı”na mühüm bir rol həvalə ediləcək, o məni əvvəl təhqir və söyüş yağmuruna tutaraq təxribata çəkəcək (məlumatı alanda artıq planın ikinci mərhələsi tamamlanmışdı), sonra isə diffimasiya maddələri ilə məhkəməyə verəcəkdi. Amma mən bu maddələrlə həbs olunmayacaqdım. Çünki bu maddələrlə həbsim Azərbaycana beynəlxalq arenada nüfuz gətirməyə və nəticədə ölkə başçısının müdaxiləsi ilə azadlığa buraxıla bilərdim. Odur ki, məhkəmə məni ilk baxışdan yüngül görünən cəza ilə “mükafat”landıracaqdı. Amma bu, elə bir cəza olacaqdı ki, onun icrasından mütləq boyun qaçıracaqdım. Məhz bundan sonra planın növbəti mərhələsi dövriyyəyə girəcəkdi: mənə CM-nin 309-cu maddəsinə əsasən iş kəsiləcək və 2 il azadlıqdan məhrum ediləcəkdim.
Doğrusu, məhkəmədən əvvəl aldığım bu məlumata o qədər də inanmamışdım. Çünki mən bu hakimiyyətdə təmsil olunan şəxslərin (yeri gəlmişkən, aldığım məlumata görə, planın müəllifi “xan” həzrətləri deyil, onun yaxın dostlarıdır) bu qədər mürəkkəb plan quracaq səviyyədə ağıllı olduğunu düşünmürdüm. Bir də “xan trolbaşısı”nın məhkəmədən əvvəl söylədikləri mənə daha səmimi görünmüşdü. Məhkəmənin baş tutmayan ilk iclasında isə adını hələ ki, çəkmək istəmədiyim həmin 2 məmurun ağıl səviyyəsi barədə gəldiyim qənaətimdə nə qədər yanıldığımı anladım. Sən demə, bu məmurlar nəyi də bilməsələr, başqalarına torba tikmək məsələsində şeytana papış hörəcək qədər ciddi ağıl sahibləri imişlər, sadəcə mənim bundan xəbərim yoxmuş.
Hakimin son anda hətta məhkəmə hökmünü saxtalaşdıraraq ora “üzr istəmək” maddəsini salması da sözügedən 2 məmurun nə qədər ağıllı olduğunu göstərirdi. Bəli, həqiqətən də mən nəinki 2 il, hətta 10 il həbsdə yatmağa razı olaram, amma məni bir xanıma yaraşmayacaq qədər ən nalayiq küçə söyüşləri ilə söyən və söyüş kampaniyasını təşkil edən birisindən üzr istəmərəm.
Mənim son zamanlar aktiv şəkildə öz müdafiəmi təşkil etməyimin başlıca səbəbi də budur. Məqsədim üzərimdə qurulan mürəkkəb kompozisiyalı həbs ssenarisinin qarşısını almaq, uduzduğu halda hələ də əlini yerə vurmayan məlum komandanı ədalət və milli maraqlar qarşısında məğlubiyyətini etiraf etdirməkdir. İnşallah, bu hədəfimə çatmaq üçün lazım gələrsə, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyəm. Baxmayaraq ki, Avropa məhkəməsində mənim dosyamın adının “Heydər Oğuz Azərbaycana qarşı” olması ehtimalı yüksəkdir və bu ad ruhumu incidir, ən əsası isə bu kimi dosyalar Azərbaycanın əzəli düşmənləri olan güc mərkəzlərinin də işinə yarayır. Zatən Azərbaycandan başqa bütün xarici dövlətlərə, o cümlədən Rusiyaya, İrana, ermənilərə işləyən məlum komandanın əsas hədəflərindən biri də elə budur. Amma mən bir neçə pisin içərisindən ən yaxşı pisi seçmək məcburiyyətindəyəm və bu pisliyə ya Bakıda, ya Brüsseldə qalib gələcəyimə inanıram.
Yeri gəlmişkən, aktiv özünümüdafiə xətti tutmağımdan narahat olan çevrələr də son zamanlar şəxsimə ünvanladıqları müxtəlif açıq və subliminal mesajlarla məni mübarizəmdən yayındırmağa çalışırlar. Hətta bunun üçün yeni saxta profillər yaradıb subliminal mesajlarını onlar vasitəsilə çatdırırlar. Demək olar ki, məhkəmə prosesi ilə bağlı yazdığım hər statusun altına “6 ay nədir ki, cəzanı qəbul et və sus, yoxsa özünü daha çətin uçuruma yuvarladırsan” mahiyyətli ismarışlar yazılır, ünvanıma üstüörtülü şəkildə təhdidlər göndərilir. Mən hələlik həmin saxta profillərin kim tərəfindən idarə olunmasını müəyyənləşdirməyi Daxili İşlər Nazirliyinin öhdəsinə buraxır, bu barədə təxminlərimi dilə gətirmək istəmirəm. Amma bir gün onu da konkret faktlara əsaslanaraq açıqlayacağam.
Haqqımda həbs fərmanı verən 2 məmurun da adını Apellyasiya Məhkəməsinin gedişi sırasında açıqlamağı düşünürəm. Hələ ki, onlara əllərindən gələni 5 qaba çəkmək fürsəti verirəm.
Heyder Oguz
Teref.az
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1691555002_1.jpg
 

Bölmənin digər xəbərləri

14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə

Dünyapress TV

Xəbər lenti