Marketlərin bonus fırıldağı -
Hər birimiz gündəlik olaraq müxtəlif marketlərin müştərisi kimi bonuslardan yararlanırıq. Ancaq fikir versək görərik ki, əksər vaxt bonus kartları reklam edildiyi qədər faydalı deyil.

Əlbəttə ki, hər bir müəssisənin marketinq siyasəti və bonus qaytarmaq şərtləri fərqlidir. Bəzilərində ümumiyyətlə bonus kartı olmadan endirimdən faydalanmaq olmur.

Maraqlı məqam isə odur ki, əksər hallarda müştəriyə bəh-bəhlə bonus kartı təqdim edilir, haqqında bütün məlumatlar alınır. Lakin endirimlər haqqında məlumat verilsə də, bonusların itməsi, endirimlərin bitməsinə dair heç bir məlumat göndərilmir. Hərçənd ki, hər bir marketlər şəbəkəsi öz müştərilərini bonus kartından istifadəyə görə təyin edə bilir.

Bizim.media-nın redaksiyasına müraciət edən şikayətçilərdən biri iddia edir ki, bir çox marketlərdə tütün məmulatları və spirtli içkilərə görə ümumiyyətlə bonus verilmir.

Bəs qanunda bununla bağlı hansısa qadağa nəzərdə tutulubmu?

Hüquqşünas Zaur Quliyev bildirir ki, müəyyən qrup məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulsa da, bonusun verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur: "Qanunda əlavə dəyər vergisinin qaytarılması ilə bağlı tütün məmulatları, un və un məhsulları həmçinin digər nəzərdə tutulmuş məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulub. Amma bonus sistemi mağaza və dükanların, eləcə də bankların özlərinin layihələridir. Qanunda bununla bağlı bir qadağa yoxdur. Ona görə də müştəri cəlb etmək üçün həmin layihələri həyata keçirilməsində supermarketlər tamamilə azaddırlar”.

Bəs bonus kartları müştəriyə verildiyi halda, ona bonusun düşmədiyi və ya kartdakı bonusun itəcəyi barədə niyə əvvəlcədən xəbərdarlıq edilmir?

Qida üzrə ekspert, restorator Məmməd Əhmədovun sözlərinə görə, marketlərdə bonus və müəyyən hədiyyələr xüsusi daxili proqramla müəyyən edilir ki, bir çox hallarda da düzgün olmayan hesablama aparılır: "Hər bir iaşə obyektinin istər restoranın, istərsə hər hansı market şəbəkəsinin, adi supermarketin belə marketinq siyasəti var. Onlar bununla bir növ müştəriləri cəlb edirlər. Bildirilir ki, "müəyyən miqdar alış-veriş edin sizə güzəşt ediləcək”. Bəlli bir tarixdə seçim aparılır və qalib müəyyənləşir. Yaxud müəyyən məbləğ qoyulur və həmin vaxtda hədiyyələr verilir. Təbii ki, bu prosesi izləmək çətindir. Onu müştəri özü də bilmir.

Hazırda kampaniya şəklində məsələn, 50 manatlıq alış-veriş edəndə 50 bonus və yaxud başqa endirim edilir. Bütün bu proseslər isə istehlakçının hüquqları qorunması şərtilə olmalıdır. Çünki istehlakçı ora gedirsə, qarşı tərəf də bunu təmin etmək məcburiyyətindədir”.

"Bonusun itəcəyi ilə bağlı müştəriyə məlumat verilməməsi qanun pozuntusudur”

Ekspert bildirib ki, buna yalnız aidiyyəti qurumlar nəzarət edə bilər. Məmməd Əhmədov həmçinin vurğulayıb ki, bəzi marketlər bonusun itəcəyi barədə müştəriyə məlumat göndərmirsə, bu, həmin marketlər şəbəkəsinin istehlakçıya qarşı etdiyi qanun pozuntusudur: "Hər bir müştərinin bonus kartı alarkən telefon nömrəsi, e-maili və haqqında digər məlumatlar alınırsa, sözügedən məlumatları da göndərməlidirlər. Çünki əgər o məlumat bazası varsa və endirimlər, müəyyən kampaniyalar haqqında insanlara məlumat göndərildiyi kimi, eyni o mexanizmlə də bonusun itməsi və s. kimi məsələlərə bağlı da istehlakçını - müştərini məlumatlandırmaq lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan istehlakçıları bir ildə almadıqları mal üçün təxminən 500 milyon manat pul ödəyirlər: "Bonus kartlarına yüklənmələr haqqında problemlər istisna hal deyil. Çünki marketlər istehlakçıların ən çox aldadıldığı yerdir. Marketlərdə təkcə bu yox, insanların almadığı məhsula görə pul çıxılması və s. halları da baş verir”. (musavat.com)
 

Bölmənin digər xəbərləri

14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə

Dünyapress TV

Xəbər lenti