Qaz sayğacları ilə bağlı yeni qərar nəyi dəyişəcək?
Qaz sayğaclarına metroloji xidməti Azərbaycan Metrologiya İnstitutu təmin edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, onların tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İstehsalat Birliyi (İB) arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ-yə verilir:

"Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir."
Müqavilə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək
Açıqlamaya görə, laboratoriyada ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyini, təsdiqi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq: "Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək".
Şikayətlər azalacaqmı?
Bu vaxta qədər bir sıra vətəndaşlardan belə şikayətlər olmuşdu ki, sayğaclar artıq yazır və şikayətləri ədalətli araşdırlmır.
Mövzu ilə bağlı, hələlik, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ayrılıqda danışmaq mümkün olmayıb. Amma Milli Məclisin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna deyib ki, bununla bağlı qanunverici orqanda da məsələ qaldırılıb.
Vahid Əhmədov sayğacların yoxlanılmasının təchizatçı deyil, müstəqil təşkilat tərəfindən həyata keçirilməsini doğru qərar sayır.
"Şikayətlərin qarşısını ala bilər"
“Sayğacların yoxlanılmasını, testdən keçirilməsini Metrologiya İnstitutu həyata keçirirdi. Tamamilə ona verilməsi əhalidə şikayətlərin qarşısını ala bilər. Guya, müdaxilərin olduğu deyilirdi. Amma Metrologiya İnstitutunda sayğaclar yoxlanılır, qeydiyyatdan keçirilir və möhür vurulduqdan sonra şübhə qalmayacaq. Metrologiya İnstitutunun əsas məqsədi də cihazların normal fəaliyyətidir”.

Vahid Əhmədov düşünür ki, müəyyən qədər şəffaflıq olacaq.
“Çünki Metrologiya İnstitutu ciddi məsuliyyət daşıyır, cihazı yoxlayandan sonra sertifikatları bu qurum verəcək. Kifayət qədər metrologiya sahəsilə tanışlığım olduğundan Metrologiya İnstitutunda öz işinə ciddi yanaşan mütəxəssislərin olduğunu bilirəm”.
"Problemin sistemdə, yoxsa hansısa qurumda olmasına gəlincə", deputat bu suala cavab verməyin çətin olduğunu bildirib: "Sonuncu möhürü onlar vuracaq”.


“Ümumiyyətlə, sayğacların istehsal olunduğu müəssisələr var ki, orda da problemlər mümkündür. Yaxud quraşdırılması ilə əlaqədar təşkilatlardan da problemlər qaynaqlana bilər. Elə bir zəncirvari prosesdir ki, müəyyənləşdirmək çox çətindir. Amma Metrologiya İnstitutu müəyyən edəcək, çünki sonuncu möhürü onlar vuracaq”.
İqtisadçı Məmməd Talıblı isə hesab edir ki, əslində, bir qurum tərkibində bir, iki təşkilatın varlığı və onlardan birinin icraçı, digərinin nəzarətçi qurum olması özlüyündə maraqlar konfliktinə gətirib çıxarır.
"Yaxşı olar ki..."

"Yaxşı olar ki, həmin qurumlar vahid loqo altında fəaliyyət göstərən təşkilat vahidləri olmasın. Təsəvvür edin ki, Maliyyə Nazirliyi həm dövlət büdcə xərcləmələrini həyata keçirən fiskal qurumdur, digər tərəfdən isə onun aidiyyatı agentliklərindən biri büdcə üzərində maliyyə təftişçiliyini, nəzarəti həyata keçirən qurumlardır."
Onun fikrincə, halbuki, büdcənin şəffaf və hesabatlı olması Hesablama Palatası ilə Maliyyə Nazirliyi arasında hər hansı bir bağlılığın olmamasından qaynaqlanmalıdır:
"Onlar arasında maraqlar konfliktinə səbəb olan hansı hallar vardısa, bundan qaçmalıdırlar. İnstitusional mexanizmlər onu əngəlləməlidir".
İqtisadçı bildirib ki, şəffaflığa nail olmağın ən universal üsullarından birincisi maraqlar münaqişəsinə səbəb olan instutsional mexanimzlərdən qaçmaqdır.


"Özləri doğub, özləri də göbəyin kəsmək..."

"Azərbaycanda isə əksinə mənzərədir. Dövlətin idarəetmə qurumları maraqlar münasişəsinə səbəb olan vəziyyət yaradırlar. Məsələn, SOCAR-da Müşahidə Şurasının üzvləri həm də başqa qurumlarda da var, Vergilər və İqtisadiyyat nazirliklərinin müavinləri şuranın üzvləridir. Bunlar SOCAR-ın idarəetməsində məsul şəxslərdir."
İqtisadçı hesab edir ki, amma vətəndaş cəmiyyətindən, media təmsilçilərindən Müşahidə Şurasının üzvü olardısa, daha obyektiv, şəffaf qərar vermə mexanizminə malik olarlar:
"Yox, hansısa iqtisadi xətti qurumların nümayəndələri başqa nazirliyin təmsilçisi olursa, loru dildə desək, “özləri doğub,özləri də göbəyin kəsmək” kimi bir şeydir. Bu olduqca mühüm amildir".
 

Bölmənin digər xəbərləri

14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə

Dünyapress TV

Xəbər lenti