10 yaşlı qatillərin ŞOK HEKAYƏSİ:
Robert və Con sevimli uşaq kimi görünsələr də, bir vaxtlar manşetlərə çıxan qətlin günahkarları idilər. Bu gün də 10 yaşlı iki uşağın hərəkətləri insanlar tərəfindən təqib edilir.

Lent.az xəbər verir ki, 12 fevral 1993-cü ildə Robert Tompson və Con Venables İngiltərənin Bootle şəhərindəki New Strand Ticarət Mərkəzindən 2 yaşlı Ceyms Bulqer adlı uşağı qaçırıblar.

Sonra onu Liverpulda Ualton adlı əraziyə apardıblar. Burada ona işgəncə veriblər, döyüb öldürüblər və qətli bədbəxt hadisə kimi göstərmək üçün cəsədini dəmir yoluna qoyublar.

Bəs, işlər necə başlayıb? Əvvəldən danışaq...

Robert və Con kənardan normal görünən 10 yaşlı uşaqlardı. Robert yeddi uşaqlı ailənin beşincisi idi. Atası evi tərk etmiş, depressiyaya düşən anası alkoqoldan əziyyət çəkib və hətta intihara cəhd etmişdi.

Conun həyatı da çox yaxşı deyildi. Valideynləri ayrılmışdı və anası Cona qarşı olduqca sərt idi. Eyni zamanda, anası qarşı cins partnyorlarını tez-tez dəyişməsi ilə tanınırdı.

Con və Robert eyni məktəbə gedirdilər. Onlar dəhşətli cinayəti törətməzdən əvvəl ticarət mərkəzlərində oğurluq kimi xırda əməllərlə məşğul olurdular. 1993-cü il fevralın 12-də dərsdən yayınan dostlar əvvəlcə üç yaşlı qızı və onun iki yaşlı qardaşını qaçırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Təəssüf ki, bundan sonra da cinayətləri davam edib.

İki dost anası ilə birlikdə qəssab dükanında olan iki yaşlı Ceyms Bulqerə diqqət edib. Anası ödəniş etmək üçün Ceymsin əlini qısa müddətə buraxdıqdan sonra, oğlundan əsər-əlamət olamyıb. Çünki iki dost uşağı artıq qaçırmışdı.

Saat 15:42-də üç uşaq çöldə gəzərkən təhlükəsizlik kameralarına düşüb. Nə qədər axtarılsa daş, uşaq tapılmayıb. Ana Denise Ferqus uşağının itkin düşdüyünü dərhal polisə bildirdi.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1685636786_2.jpg
Fotoda uşaqların iki yaşlı Ceymslə ticarət mərkəzindən çıxması əks olunub.

Bu vaxt Robert və Con körpəni ticarət mərkəzindən xeyli uzaqda yerləşən şəhərə aparıblar. Küçədə bir çox insan üç uşağın qardaş olduğuna inansa da, Robert və Conun kiçik oğlana qarşı aqressiv davranışı da diqqət çəkib. Oğlanlar Ceymsi yumruqlayıblar.

Bəzi böyüklər uşaqlara bir neçə sual vermək üçün dayansalar da, hamısı Bulqerin ya evə, ya da polis bölməsinə aparıldığına və uşaqları buraxdığına inanıb.

Robert və Con nəhayət kiçik uşağı dəmir yoluna gətiriblər. Əvvəlcə oğurlanmış mavi boya ilə oğlanın gözünü kor etməyə çalışıblar, sonra onu kərpic və daşla döyüblər. Döyülmüş bədənini təpikləyib, ağzına batareya doldurublar. Nəhayət, Bulqerin başına 22 kiloluq dəmir çubuqla vurublar. Təkcə bu zərbə onun kəlləsinin on yerindən qırılmasına səbəb olub.

Ceyms öləndə ümumilikdə 42 yerdən yaralanmışdı. İki oğlan Ceymsin cəsədini qatar yoluna qoyublar ki, qətl hadisəsi qəza kimi görünsün. Qatar cəsədi parçalasa da, bunun qəza olmadığı aydın olub. Dəhşətli vəziyyətdə olan meyiti sonradan bir qrup kişi tapıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1685636793_3.jpg
Foto: Ceyms Bulqer, iki yaşında ikən öldürülüb.

Polis Ceymsi qaçıran uşaqların ən azı 13-14 yaşlarında olduğunu təxmin edib. Həmin gün üçün yerli məktəblər yoxlanılıb və məktəbə getməyən uşaqlar siyahıya alınıb. Polis tezliklə hər iki uşağın evinə baxış keçirib. Onlar Conun pencəyində nəinki mavi boya, hətta Robertin ayaqqabılarında da qan tapıblar.

Robert Tompson və Con Venables 18 fevral 1993-cü ildə qətldən qısa müddət sonra həbs olunublar. Robert əvvəlcə qətli inkar etsə də, Con hər şeyi etiraf edib. Uşaqlar sorğu-sual edildikdən sonra detektiv Fil Roberts "Mən o gün pisliyin üzünə baxdım", deyib.

Hər iki uşaq qətlə görə məsuliyyət daşısa da, detektiv Robertin "cinayətkar" olduğuna və tək olmadığına inanırdı. 1993-cü ilin noyabrında baş verən qətl mühakiməsi zamanı Robert lider, Con isə davamçı kimi təsvir edilib. Bunun səbəbi Con daha emosional, Robert isə qorxulu şəkildə təsirlənməmiş görünməsi olub.

Bu arada məhkəmənin təyin etdiyi psixiatrlar hər iki uşağın doğru ilə yanlış arasındakı fərqi bildiyini və sosiopat olmadığını bildiriblər. Amma psixiatrlar bu dəhşətli cinayətə səbəb tapa bilməyiblər. Səbəbi hələ də bəlli deyil.

1993-cü ilin noyabr 24-də Robert Tompson və Con Venables Ceyms Bulqerin oğurlanması və öldürülməsində günahkar bilinərək müasir Britaniya tarixinin ən gənc qatillərinə çevriliblər. Oğlanların 18 yaşı tamam olanda sərbəst buraxılması ölkədə müzakirələrə səbəb olub. Səs-küylü məhkəmə işi olduğundan hər ikisinə təhlükəsizlik məqsədilə yeni şəxsiyyət vəsiqələri verilib.

Azadlığa çıxandan sonra Robert bir daha heç vaxt cinayət törətməyib və onun haqqında çox şey məlum deyil. Digər tərəfdən Con xüsusən də uşaq pornoqrafiyasına görə dəfələrlə həbs olunub. Con hələ də həbsdədir və 2020-ci ilin sentyabrında verdiyi son şərti azadlığa buraxılması ərizəsi də rədd edilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1685636795_4.jpg
Fotoda “Bulqerin qatilləri sərbəst buraxıldı” xəbəri əks olunub. Həmin vaxt iki uşağın azadlığa buraxılması böyük müzakirələrə səbəb olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1685636798_5.jpg
Qatil Robert Thomson
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1685636800_6.jpg
 
 

 


Bölmənin digər xəbərləri

11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü

Dünyapress TV

Xəbər lenti