Bakıda bir partlayışa bənd olan yataqxanalar: -
Artıq paytaxtda qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycana Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Xatırladaq ki, bu günlərdə Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada partlayış olub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.
Qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın, partlayış hadisələri tez-tez qeydə alınır. Bundan əvvəl də Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasında yanğın hadisəsi baş vermişdi. Sözügedən binaların yaşayış üçün yararsız halda olması, belə qəza hadisələrini qaçılmaz edir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra yataqxanaların bir qismində yaşayan məcburi köçkünlər öz torpaqlarına köçürülsə də, belə qəzalı yataqxanalarda hələ də yaşayış davam edir. Baxmayaraq ki, yataqxanaların çoxu qəzalı binalar siyahısındadır.
Bəs görəsən istismar müddətini başa vurmuş, şəhərin görkəminə xələl gətirən yataqxanaların sökülməsi niyə ləngiyir?
Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata görə, artıq qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsinə başlanılıb. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, 212 ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun 2 ədəd qəzalı vəziyyətdə olan dördmərtəbəli yataqxanası söküləcək. Bu yataqxanalarda ümumilikdə 140 ailə məskunlaşıb. Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan sənədlər Nazirlər Kabinetinə təqdim edilib. Qəbul edilən qərara uyğun olaraq bu binalardan sakinlərin köçürülməsi qərara alınıb.
Binaların çoxu istismar müddətini başa vurub
Əmlak məsələləri üzrə eskpert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bildirib ki, yataqxanalar sovet dövründə inşa olunduğundan, çoxu istimar müddətini başa vurub. Bəziləri isə qəzalı vəziyyətdədir:
"Bakı və digər rayonlarda sovet dövründən qalmış yataqxanalar var. Bunların bəziləri tələbə yataqxanaları, bəziləri isə zavod və müəssisələrin nəzdində olan yataqxanalardır. Tələbə yataqxanalarının böyük əksəriyyətində məcburi köçkünlər yaşayırdılar. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır. Yaxın gələcəkdə tələbə yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlər öz doğma yurd-yuvalarına köçürüləcək. Artıq bu proses başlayıb. Bir çox ərazilərdə artıq tələbə yataqxanaları boşaldılıb. Yataqxanaların hər biri müxtəlif qurumların balansındadır. Hər hansı dövlət balansında olan inzibati binanın sökülməsi üçün həmin qurumun rəyi olmalıdır. Bu gün məcburi köçkünlərin tərk etdiyi yataqxanaların çoxu qəzalı şəraitdədir".
E.Fərzəliyev bildirib ki, yataqxnaların sökülərək yerində yenilərinin inşa olunması tələbələrin kirayə problemini də aradan qaldırmış olar.
"Yaxşı olardı ki, həmin yataqxanalar sökülərək yerində çoxmərtəbəli müasir yataqxanalar inşa olunsun. Bununla tələbələrin kirayə problemini də aradan qaldırmaq olar. Amma təəssüflər ki, o yataqxanalar sökülmür. Bakıda yerləşən yataqxnaaların əksəriyyəti o qədər qəzalı vəziyyətdədir ki, hər hansı partlayış və zəlzələ nəticəsində o binalar uça, dağıla bilər. Ona görə də ilk növbədə qəzalı yataqxanalar sökülməlidir" deyə ekspert əlavə edib.
Kirayə mənzillərə tələbat azala, qiymətlər ucuzlaşa bilər
Ekspertin sözlərinə görə, belə yataqxanaların sökülərək yerində yenilərinin inşa edilməsi paytaxtda kirayə mənzillərə təlabatı azaldacaq, qiymətləri isə ucuzlaşdıracaq.
Qeyd edək ki, hazırda paytaxtda yerləşən universitetlərin çoxunun yataqxanasında məcburi köçkünlər məskunlaşıb.
Əlaqə saxladığımız ali təhsil müəssisələrindən bildirdilər ki, maliyyə vəsaiti ayrıldıqca yataqxanalar sökülərək yerində yeniləri inşa ediləcək.
Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova mətbuata açıqlamasında tələbə yataqxanasını bərpa etməyə vəsaitin olmadığını bildirmişdi. Rektorun sözlərinə görə, yataqxana məsələsi problemdir: "Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb. İndi onlar orada yaşamasalar da, hazırda bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur".
G.Məmmədova əlavə edib ki, hazırda yataqxanaların əsaslı təmir olunması və tələbələrin istifadəsinə verilməsi üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə çıxış yolları axtarılır.

Bölmənin digər xəbərləri

11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü

Dünyapress TV

Xəbər lenti