Ardını oxu...
  162  26.12.2024 05:15  Ölkə A  A 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

APA xəbər verir ki, matəmlə bağlı Dövlət Bayraq Meydanında və digər rəsmi yerlərin önündə bayraqlar endirilib. 

 

 
 
 
 
 

 

 
 
 

VİDEO

Ardını oxu...
 

Qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədovdur.

Ailəsinin sözlərinə görə, xəbəri eşidəndə şok keçiriblər. Lakin ailə başçısı ilk fürsətdə onlarla əlaqə saxlayıb, yaxşı olması barədə məlumat verib.

Zülfüqar Əsədovun oğlu Nurlan Sərdarzadə İTV-yə bildirib ki, atası başından, belindən, böyrəyindən xəsarətlər alıb.

Qeyd edək ki, Zülfüqar Əsədov otuz ildən çoxdur ki, aviasiya sahəsində çalışır.

Ətraflı süjetdə:

Ardını oxu...
"Hazırda distant təhsillə alınan diplomların tanınması həyata keçirilmir. Gələcək planlarda da yoxdur".
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Çünki bununla əlaqəli mexanizmlər yoxdur. Distant ali təhsil diplomlarının tanınmasıyla bağlı qərar verilsə, bunu icra edə bilərik", - deyə o qeyd edib.

Təhsil eksperti Elnur Aydın “Sherg.az”a bildirib ki, distant təhsillə alınan diplomların tanınmasının həyata keçirilməməsi təhsil sistemində etibarlılığın qorunması və gələcəkdə bu modelin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədini güdür:

“Distant təhsilin keyfiyyəti, onlayn tədrisin keyfiyyəti və tədris proqramlarının akkreditasiyası ənənəvi təhsil metodlarına nisbətən daha az nəzarət altında olur. Distant təhsil metodları ənənəvi təhsildən fərqli olaraq daha çevik və müxtəlif platformalar üzərindən həyata keçirilir. Bu səbəbdən, distant təhsil sistemi keyfiyyətinə, standartlarına və etibarlılığına görə şübhə altındadır. Həmçinin distant təhsil, sosial və praktik təcrübə imkanlarını məhdudlaşdıra bilər. Çünki öyrənənlər müəllim və digər yoldaşları ilə birbaşa ünsiyyət qurma imkanını itirirlər. Bu səbəbdən, distant təhsil almaqla əldə olunan diplomların etibarlı hesab olunmaması mümkündür. Digər tərəfdən distant təhsil artıq dünya miqyasında geniş yayılmağa başlamış bir təhsil modelidir və onun keyfiyyətinin artırılması, düzgün akkreditasiyasının təmin edilməsi vacibdir. Təhsil sistemində hər hansı dəyişiklik baş vermədən, distant təhsilin də bərabər şərtlərlə qiymətləndirilməsi və diplomlarının tanınması mümkün ola bilər. Lakin bu, ciddi akkreditasiya və monitorinq sistemlərinin qurulmasını tələb edir. Distant təhsil modelinin dəqiq və standartlaşdırılmış qaydalarla akkreditasiya edilməsi, keyfiyyətli tədrisin təmin olunması və buna uyğun diplomların tanınması vacibdir. Hazırda distant təhsilin effektivliyinə və keyfiyyətinə dair bəzi narahatlıqlar olduğu üçün diplomların tanınmaması normal hal hesab edilə bilər”.
 
Ardını oxu...
Qazaxıstan polisi Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə çəkiliş aparan bloqer Azamat Sarsenbayevi həbs edib.

Lent.az nur.kz saytına istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib.

Azamat Sarsenbayev özü də "Facebook" səhifəsində həbsindən danışıb.

"Məni saxladılar. Aktaunun polis idarəsinə gedirəm. Çox güman ki, təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərə görə. Hazırda bütün dünya KİV-i mənim fotolarımdan istifadə edir", - deyə o, paylaşımda bildirib.

Manqistau polis idarəsi bloqerin saxlanması ilə bağlı açıqlama verib.

"Vətəndaş S.A. polis tərəfindən ictimai asayişi pozduğuna görə saxlanılıb. O, hadisə yerində drondan istifadə edib ki, bununla da xilasetmə xidmətlərinin işinə və istintaq tədbirlərinə maneə törədib, o cümlədən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Hazırda qanun pozucusu polis idarəsinə aparılıb və orada barəsində mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə qurumdan bildirilib.
 
 
 
Ardını oxu...
Ekologiya.az bildirir ki, Yeni Balaxanı sakinləri yollarının pis vəziyyətdə olması ilə bağlı Musavat.com-a müraciət ediblər.
Sakinlər şikayətlərində bildiriblər ki, kənd Balaxanıda ümumi yollar təmir olunsa da, yeni Balaxanının ərazisindən keçən, Zabrata və həmin istiqamətlərdə olan kəndlərə aparan yol bərbad vəziyyətdədir.
Onların sözlərinə görə, Süleyman Rəhimov küçəsində yağış yağanda həmin yollarda böyük gölməçələr əmələ gəlir.
“Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də bələdiyyələr bu yollara illərdir ki, baxmırlar. Bələdiyyələr hər il buradakı sakinlərdən rüsum alır, ödəməyənləri məhkəməyə verirlər. Lakin faktiki olaraq heç bir iş görülmür. Əsas yolun kənarında zibil qabıları qoyulub, lakin onlar vaxtında daşınmır”, - şikayətçilər deyir.
Sakinlər bildirir ki, yolun bu vəziyyətə düşməsinə səbəb Akkord Asfalt Zavodunun ağır tonnajlı yük maşınlarıdır. Onlar deyir ki, zavodun ağır tonnajlı maşınları bu hissədən keçərək yolu yararsız hala salıb. Sakinlər bildirir ki, yolun bərbad vəziyyətdə olması avtomobillərin asqı sistemlərini sıradan çıxarıb. Yağış yağanda uşaqlar dizə qədər suya batır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir neçə il öncə bildirmişdi ki, 2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyib ki, sözü gedən yollar agentliyin balansında deyil.
Məsələ ilə bağlı Musavat.com Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir:
“Balaxanı qəsəbəsində Süleyman Rəhimov küçəsinin də investisiya proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub”.
 
 
 
Ardını oxu...

DogruXeber.az: - Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən Ağsu xəstəxanasının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.

Prokuror ittiham aktını elan edib. Təqsdirləndirlən şəxslər özlərini qismən təqsirli bildiiklərini qeyd ediblər.

Müdafiəçilər vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda dələduzluq ediblər, onların vahid niyyəti olmayıb.

Vəkillər vəsatətlərində müvəkkilləri barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməsini xahiş ediblər.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirilib.

İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.

Təqsirləndirilən Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.//siamaz.com

 

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçirilmiş əməliyyat və aparılan araşdırma çərçivəsində plastik cərrah kimi fəaliyyət göstərmiş Sevinc Heydərova, Vüsal Abdullayev, Elçin Zadanov və Rəfiqə Kərimli saxlanılıb.
 
Ardını oxu...
“Bakının Nizami rayonu, Qara Qarayev 25 ünvanındakı binalarda 5-6 gündür istilik yoxdur”.

Bu barədə “Qafqazinfo”ya sözügedən ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Vətəndaşlar bildirib ki, tez-tez yaşanan bu problem kökündən həll edilmir: “Artıq bir həftədir ki, evimizdə istilik yoxdur. Keçən il də bu cür problemlərlə üzləşirdik. Uşaqlar evdə soyuqdan donur. Hər dəfə aidiyyəti quruma müraciət edirik, həll olunacağını desələr də, nəticə yoxdur. Bəzən isə bir gün olur, beş gün yox”.

Sakinlərə verilən məlumata görə, problemə səbəb istilik borularının partlamasıdır: “Hər dəfə gəlirlər ki, düzəldəcəyik, lakin heç bir həlli olmur. Bütün sakinlər binanın istilik problemindən bezib. Axı bu soyuqda istilik olmadan necə yaşamaq olar?!”

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən binanı istiliklə təmin edən məhəllədaxili xətdə axıntı qeydə alınıb: “Həmin qəza hadisəsini aradan qaldırmaq üçün qazıntı işləri aparmaq lazımdır. Bunun üçün müvafiq dövlət qurumuna müraciət ünvanlanıb. Müraciət qeydə alınan kimi dərhal işə başlanılacaq. Qara Qarayev 25 ünvanındakı binanın istiliyi ilə təminatı ən qısa müddətdə bərpa ediləcək”.
 
 
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC ilə Lənkəran rayon İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir. Növbəti proses gələn ilin yanvar ayına təyin edilib.

Tribunainfo.az xəbər verir ki, Lənkəran rayon İcra Hakimiyyətinə qarşı iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. Prosesdə maraqlı tərəf kimi Fəttayev Xəyal Camal oğlu və “ER Group Lankaran” MMC də iştirak edir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
Şirvan İnzibati Məhkəməsində baxılan işlə bağlı növbəti proses gələn ilin 21 yanvar tarixinə təyin edilib. İş hakim Hilal Nəcəfovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovdur. İddianı qaldıran “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri isə Rövşən Rüstəmovdur. Prosesdə maraqlı tərəf kimi çıxış edən “ER Group Lankaran” MMC-nin rəhbəri Emin Ramiz oğlu Gülməmmədovdur.

Tərəfləri dinləməyə hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti