Ardını oxu...
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Azərbaycanda dini radikalizmin təbliği və digər pozuculuq fəaliyyəti ilə məşğul olan daha bir şəbəkə ifşa edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, narkotik satışından maliyyələşən həmin şəbəkənin üzvləri polisin keçirdiyi əməliyyatla həbs olunub.

Məlum olub ki, həbs edilən şəxslər yardım adı altında narkotik aludəçiləri və xurafata meylli şəxsləri əməkdaşlığa cəlb edərək narkotiklərin satışını təşkil etdiriblər. Bu yolla “kərimə dövləti”nin əlaqələrini dərinləşdirməyə çalışıblar.

Bundan başqa, onların əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirdiyi üzə çıxıb.

Polis tərəfindən ifşa olunan dəstə üzvlərinin pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli faktlar aşkarlanıb. Məlum olub ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyib, vətəndaşı olduqları ölkənin qanunları ilə deyil, özlərinə lider hesab etdikləri “ağanın qaydaları” ilə yaşayıblar.

Qruplaşmanın başqa üzvlərinin də olduğu istisna edilmir.

 
Ardını oxu...
DİA.AZ: - Bu həftə ərzində bir neçə rayonun icra başçısı dəyişdirilə bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə əlaqəsi şübhə doğurmayan və az qala günü bu gün də Mehdiyevdən təlimat alan rayon icra başçıları var imiş...

Mənbənin dia.az-a söylədikləri: "Məhz onların kimlikləri müəyyən olunub və qərar da onlarla bağlıl olacaq..."

Dia.az olaraq həmin icra başçıları barədə əlavə bilgilər əldə edən kimi təqdim edəcəyik...

Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Balakəndə intihara cəhd olub.

Lent.az-ın xəbərinə görə, hadisə Balakən şəhəri, Nərimanov küçəsində qeydə alınıb.

Rayonun Qazbinə kənd sakini Z.Əhməyeva ailəsində yaranmış problemlərlə əlaqədar şəhər ərazisindəki 12 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. Əraziyə gələn polis əməkdaşları onu intihardan yayındırıblar.

Faktla bağl araşdırma aparılır.
 
Ardını oxu...
Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

DİA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan videoda hazırda klubsuz olan 31 yaşlı futbolçunun Kənan adlı gənci söydüyü və vurduğu görünür.

Hadisənin Bakıda, Ağ Şəhər ərazisində baş verdiyi bildirilir. Abdullayevin vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu deyilir.

Xatırladaq ki, daha əvvəl, 2013-cü ildə A.Abdullayev idarə etdiyi avtomobillə qəza törədib bir nəfərin ölümünə səbəb olmuşdu. Bundan başqa da bir neçə dəfə onun avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

VİDEO BURADA: https://baku.tv/embed/81169


Ardını oxu...
“Açık Beyin” platformasının rəhbəri, araşdırmaçı-yazar, professor Sinan Canan Bakıda konfransda çıxış edəcək.

“AzPolitika.info” xəbər verir ki, “Kitabıstan”ın dəvəti ilə Bakıya gələn professor Sinan Canan iyun ayının 10-da Nizami Kino Mərkəzində uğurun düsturu haqqında danışacaq, öz araşdırmalarını, təcrübələrini izləyicilərlə bölüşəcək. Konfransdan sonra isə S.Cananın imza günü keçiriləcək.

Sinan Cananın uğur, uğurlu olmaq haqqında düşüncələri tamamilə fərqlidir. O, uğurlu olmağa tamamilə fərqli baxır və insan təbiətinə xüsusi önəm verir. Məlumat üçün onu da bildirək ki, Sinan Canan dünyanın bir çox ölkələrində nevrologiya, psixologiya, liderlik, uğur, yaradılış, öyrənmək və öyrətmək bacarığı, neyromarketinq kimi mövzularla bağlı çoxsaylı konfranslar keçirir və kitabların, elmi məqalələrin müəllifidir.

Qeyd edək ki, konfransa biletləri onlayn şəkildə əldə etmək olar, media qurumları, jurnalistlər də dəvətlidirlər.
 
Ardını oxu...
Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb. Bu rəqəmin 80 faizi Bakının payına düşür. Yəni Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır.

Durumu şərh edən iqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Onun sözlərinə görə, pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi.

“Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər”, - iqtisadçı qeyd edib.

V.Bayramovun sözlərinə görə, monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır:“Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir”.

İqtisadçı deyir ki, regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir.

“Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir”, - deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
azpolitika
 
Ardını oxu...
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, hazırda həbsdə olan Sahib Ələkbərov bu ilin fevralında məhkəmə iclasında deyib ki, onda Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq.

“Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”, – Ələkbərov bildirib.

Sabiq MTN polkovniki 8 il azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsinin hökmünü qanunsuz və əsassız sayırdı. Ancaq apreli əvvəlində Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Sabiq MTN-çilər rüşvət, hədə-qorxu ilə pul mənimsəməkdə ittiham olunurlar.

Sözügedən məhkəmə işində səs yazılarının dinlənilməsi ilə bağlı vəsatət verilməyib. Məhkəmə proseslərində səs yazılarının hədə-qorxu aləti kimi istifadəsi isə Azərbaycan üçün yad deyil. Bəs onlardan dəlil kimi istifadə oluna, araşdırıla bilərmi?

Keçmiş hakim Şükür Məmmədli AzadlıqRadiosuna səs yazılarının bəzən bütün məhkəmə prosesinə, qərarlara təsir edə biləcəyini deyir. Ancaq hakimlər bu faktı tələb etmək hüququndan bir çox hallarda məhrumdurlar: “Məhkəmə ifadələri könüllülük prinsipi əsasında olduğuna görə hakimin hər hansı sübutu tələb etmək haqqı olmur. Bir tərəf “bu səsi təqdim etsəm, filan qədər başlar yerindən qopar” kimi şantaj xarakterli cümlələr işlədə bilər. Bu halda hakim yalnız “proses lehinizə olsun deyə, səsləri göstərə bilərsiniz” kimi təklifləri irəli sürə bilər. Əgər qanunla məcburetmə səlahiyyəti olsa, məhkəmələrdə bu səlahiyyət nəticəsində fiziki zorakılıq daxil olmaqla, bir çox xoşagəlməz hallar yaşanar”.

Keçmiş hakim səs yazılarının mötəbər mənbə hesab olunmadığını da sözlərinə əlavə edir. Bunu müasir dövrdə səs dəyişdirilməsi, yaxud da başqasının səsi ilə saxta fakt yaratmaq kimi halların istisna olunmaması ilə izah edir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. Şükür Məmmədli də qeyd edir ki, qanun icazə vermədiyi üçün hakimlər ilə yanaşı, vəkillər də bununla bağlı vəsatət verməkdə çətinlik çəkir.

Səs yazmaq qanunsuzdur, amma…

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun sözlərinə görə, bu hüquq cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Yəni, əgər cinayət işinə birbaşa təsir edəcək səs yazıları varsa, bununla bağlı hakim məlumatları Baş Prokurorluğa təqdim edir, nəticəyə əsasən də sözügedən faktlar məhkəmədə tələb oluna bilir.

“Qanuna əsasən, insanlar yalnız öz səslərini yaza bilərlər. Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmur. Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddəyə əsasən, gizli yazılmış səs yazılarının yayılması cinayət məsuliyyəti yaradır. Belə ki, şəxsi və ailə həyatının sirri olan səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, həmçinin qanunsuz toplanılması 100 manatdan 500 manatadək cərimə və ya 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməli vəzifəli şəxs edərsə, onu 3 ilə kimi həbs gözləyir”, – hüquqşünas söyləyir.

Hüquqşünas Elmir Səfərov isə sözügedən qanunvericiliyə dəyişiklik təklif edir. Onun sözlərinə görə, “pul mənimsənilməsi, eləcə də korrupsiya və rüşvət hallarının geniş yayıldığı ölkədə bu halları üzə çıxaracaq səs yazıları məhkəmələrdə hakimlər tərəfindən tələb edilməlidir”.

“Transparency International” (Beynəlxalq Şəffaflıq) təşkilatının bu ilin əvvəlində açıqladığı Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb. Hakimiyyət təmsilçiləri isə ölkədə korrupsiya ilə sistematik mübarizə aparıldığını deyirlər.

Hüquqşünas Səfərov Türkiyə təcrübəsini misal çəkir, bu ölkədə boşanma və xəyanət kimi ailə münasibətləri və cinayət işlərində səs yazısına icazə verildiyini vurğulayır: “Rüşvətxorluq da Türkiyədə cinayət kimi birbaşa araşdırılır deyə, bu mövzuda səs yazıları olanda hakim tələb edə bilir. Azərbaycanda isə pul mənimsənilməsini aşkarlayan səs gizli yazılıbsa, hakim bunu tələb edə bilmir. Gizli yazılmayıbsa, yenə vətəndaş istəmirsə, hakim tələb edə bilmir”.

Xarici təcrübə

Rusiya Federasiyası Ali Məhkəməsində hakim məhkəmədə təqdim olunan səs yazısını sübut kimi qəbul, yaxud rədd edə bilir. Eləcə də şantaj predmeti olaraq göstərilən səs yazısının məhkəməyə təqdim olunmasını tələb etmək mümkündür.

ABŞ, Kanada, Yaponiya və digər bir sıra ölkələrdə məhkəmə işindən asılı olaraq səs yazıları proses zamanı hakimə və qərar verməyə təsiri olacaq şəxslərə təqdim edilməlidir. Səs yazısı üçün yalnız ictimai texniki vasitələrdən (telefonlar, səs yazıcılar və s.) istifadə edilə bilər. Vətəndaşlar tərəfindən xüsusi dinləmə vasitələrindən istifadə və onunla qeydə alınmış məlumatlar isə qanunsuz hesab edilir.
 
Ardını oxu...
Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində həbs olunublar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, qrupun rəhbərləri 5 gün öncə Qumda saxlanılıblar.
Ardını oxu...
 
Ardını oxu...
Türkiyəli jurnalist Uğur Dündar "Uçankuş TV-"-nin sahibi Can Tanrıyarın saxlanıldığını bildirib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Uğur Dündar bu barədə "tvitter"də yazıb.

Açıqlamada bildirilir:

"Uçankuş xəbər saytının və televiziyasının sahibi Can Tanrıyar İstanbul Polis Mütəşəkkil Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb".
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Məlum olduğu kimi, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda birinci sinfə şagird qəbulu üçün qeydiyyat başlayır.

Elm və Təhsil Nazirliyi övladı birinci sinfə gedəcək valideynin hansı halda elektron sorğunu ləğv edə bilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz: “Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar”.

Birinci sinfə qəbul qaydaları və digər məsələlərlə bağlı daha ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür.

Dünyapress TV

Xəbər lenti