Ardını oxu...
Mayın 5-də Moskva məhkəməsi rusiyalı basketbolçu Aleksey Şvedi döyməkdə şübhəli bilinən üç nəfəri həbs edib. 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin Əmirslanov və 19 yaşlı Qleb Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndəriliblər. Təqsirləndirilən şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.

Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən verilən məlumata görə, artıq iş üzrə şübhəli bilinən dördüncü şəxs də saxlanılıb. Bu, Ramzin Əmirslanovun sürücüsü Yusifdir.

Qeyd edək ki, mayın 2-də MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şved restoranda səs-küy salan bir qrup şəxsə irad bildirib. Bunun ardından başlanan dava nəticəsində o xəsarət alıb.


Mənbə: lenta.ru
 
Ardını oxu...
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin qalibləri Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar.

Xezerxeber.az-ın məlumatına görə, onlar dekabr ayından bəri hələ də işlə təmin olunmadıqlarından narazıdırlar.

Bağçalara işə qəbul üzrə müsabiqənin qalibləri işə düzəlmək üçün hələ nə qədər gözləyəcəklərini bilmədiklərini qeyd ediblər.

Şikayətçilər qeyd ediblər ki, onlar yeni tədris ilində yığdıqları balların sıfırlanmasından qorxurlar.


Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli işə götürülməyən 264 nəfərin aqibətinə aydınlıq gətirib.

Daha ətraflı süjetdə:

 

Ardını oxu...
Şair, jurnalist Rüfət Əhmədzadə Prezident İlham Əliyevə müraciət edib.

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 8, ev 23 ünvanında yaşayan Əhmədzadə Abşeron Dövlət Reyestr Xidmətindən şikayətçidir.

DİA.AZ bildirir ki, bu barədə Rüfət Əhmədzadə "Arqument.az"a bildirib.

Yazar ölkə başçısına müraciətin surətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə və Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədova da ünvanladığını deyir.

Ardını oxu...
Rüfət Əhmədzadə

"Mən 10 ildən çox jurnalist fəaliyyətilə məşğul olmuşam. Hər zaman yazılarımda dövlətçilik və qanun prinsiplərini əsas tutmuşam. Vətəndaşların incidilməsini, süründürməçiliyi qəbul etmədiyinizi Siz də dəfələrlə çıxışlarınızda bildirmisiniz.

Anam - AMEA-nın böyük elmi işçisi Gülarə Məcidovanın adına qeydiyyat vərəqəsi olan, 2004-cü ildə Masazır qəsəbəsində tikilən və artıq 20 ilə yaxındır ki, yaşadığımız evə çıxarış ala bilmirik. 2017-ci ildən bəri Abşeron Dövlət Reyestr Xidməti bizi incidir, son müracətimizdən də aylar keçdiyi halda nə imtina, nə də təsdiq cavabı ala bilmirik. Sizdən xahiş edirəm, bu süründürməçiliyə son verilməsinə göstəriş verəsiniz", - Rüfət Əhmədzadə qeyd edir.

Onun sözlərinə görə, hazırda süründürməçiliklə və məmur bürokratiyası ilə üzləşib:

"2004-cü ildə Masazır Bələdiyyəsindən sərəncamla aldığımız sənədlərdə indi məmurlar hansısa uyğunsuzluq axtarırlar, bizi get-gələ salırlar. Abşeron rayonundan yazdığım yazılara görə, sabiq baş memar (və korrupsiyaya görə həbs olunan) Akif Əliyev mənlə prinsipə düşərək, 2017-ci ildə bəzi sənədlərə qol çəkməmişdi. Lakin ev elə planda çəkildiyi kimi qalır, heç bir dəyişiklik və artırma da yoxdur. Qeydiyyat vərəqəsi də qanunsuz deyil. Belə olduğu halda aylardır və illərdir ki, bizi süründürmələrini anlamıram. Anam miras bölgüsü aparmaq istədikdə isə ona bildirilir ki, bu sənədlə heç bir şey etmək mümkün deyil. Onda belə çıxır ki, biz 20 ilə yaxındır bu evdə boşuna yaşayırıq? Əgər evimiz qanunsuz tikilidirsə, bu barədə niyə tədbir görülmür? Yox, qanuni tikilidirsə, onda niyə bizim evə çıxarış verilmir?"

"Bizə gələn son məktubda bildirilir ki, Ədliyyə Nazirliyi Notariat İdarəsi və Abşeron 2 saylı Notarius Ofisi tərəfindən cavab verilməmişdir. Biz nə etməliyik? Dövlət Kadastrı və Reyestrti Xidmətinin 4 saylı Ərazi Abşeron İdarəsinin əməkdaşları dura-dura, biz gedib Ədliyyə Nazirliyindən cavab tələb etməliyik? Sorğunun nə olduğunu bilmirik, amma dövlət məmurlarının biri o birinə vaxtında cavab vermirsə, bizim günahımız nədir? Bir sözlə, məmurlar məsələni uzatmaqla, biz də «havada asılı» vəziyyətdə almışıq. Anamın 70 yaşı var, utanmadan orda çalışan şəxslər ona deyirlər ki, get Ədliyyə Nazirliyindən bizim sorğumuza cavab gətir! Bu özbaşınalıq, vətəndaşa hörmətsizlik deyilsə, bəs nədir?" - deyə Rüfət Əhmədzadə bildirib.
Ardını oxu...
Bakıda ər arvadını bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Namil Əhmədov qısqanclıq zəminində arvadı Elnarəni bıçaqlayıb.
Kürəyindən bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Namil Əhmədov qaçıb.
Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Bu gün “Tərtər İşgəncələri”ndə adı keçən bir qrup hərbçinin işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə qarşısına çıxarılanlar həmin dövrdə Tərtərdə hərbi hissənin komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.

Prosesdə vaxtilə ağır işgəncələr almış şəxslərdən bəziləri ifadə verib.

Onlar arasında 6 il öncə dövlətə xəyanət ittihamıyla həbs edilib 20 il azadlıqdan məhrum edilən, 5 il 7 aydan sonra bəraət hökmüylə buraxılan leytenant Atabəy Rəhimov da var.

Rəhimov 2017-ci ilin may-iyun aylarında Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə ittiham olunan dörd nəfərin məhkəməsində dindirilib.

Məhkəməyə ifadəsində Rəhimov deyib ki, ona işgəncə verənlər tabeliyində olan əsgərləri ermənilərin yanına aparmaqda, onların zorlanmasına göz yummaqda ittiham edib: “Halbuki, belə bir hadisə olmamışdı. Mənimlə yanaşı, əsgərlərə də işgəncə verib, əleyhimə ifadə almışdılar. Üzümə 5 əsgər qoydular. Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirdik, yaşamaq üçün o ifadələri verməyə məcbur olduq…”

Zopa ilə döyülməkdən tutmuş, suda boğulma, dırnaqlarının çəkilməsinə qədər müxtəlif formada işgəncələrə məruz qaldığını deyən Rəhimov həm də Hərbi Prokurorluqdan şikayətçidir. Onun sözlərinə görə, işgəncələrdə Hərbi Prokurorluğun müstəntiqləri də birbaşa iştirak edirdi: “Müstəntiq Ülvi Əhmədov üstümə çıxıb təpikləyirdi məni. O biri müstəntiqlər Vətən Əliyev, Elməddin Musayev, Xanlar Babayev… Onların hamısının gözünün qarşısında olub baş verənlər. Hərbi Prokurorun müavini Şəfahət İmranov stolun üstündə tum çırtlaya-çırtlaya işgəncələrlə bağlı göstərişlər verirdi”

O, həmin dövrdə korpus komandiri olan general Hikmət Həsənovun da işgəncələrdə şəxsən iştirak etdiyini vurğulayıb.

“İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər”
2017-ci ilin mayında manqa komandiri olmuş Ramin İsayev də bu məhkəmədə zərərçəkən kimi tanınan 192 nəfərdən biridir. O deyir ki, işgəncə nəticəsində komaya düşmüşdü, qabırğası, çiyin nahiyəsi sınmışdı.

İsayev həmin hadisələr nəticəsində həyatını itirən polkovnik Saleh Qafarov, hərbi qulluqçular Mehman Hüseynov, Elxan Ağazadənin ölümündən də danışıb:

“Saleh Qafarovun ağzını Cümşüdov (İsayev Cümşüdovun adını, vəzifəsini deməyib – red.) cırdı. Onu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonra da tulladılar ikinci mərtəbədən aşağı. İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər…”

Ölümlərlə əlaqədar təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərova CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə ittiham verilib. Lakin o, bu ittihamları qəbul etmir, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini deyir. Onun sözlərinə görə, sadəcə, işgəncələr baş verən binanın mühafizəçilərindən biri olub.

Lakin İsayev deyir ki, onu ikinci mərtəbədə vedrə ilə su daşıyarkən görüb. Onun sözlərinə görə, həmin sulardan işgəncəyə məruz qalanları çəlləkdə boğmaq üçün istifadə olunurdu.

Lakin təqsirləndirilən Ələsgərov deyilənləri inkar edib.

Vəzifəli şəxslər dindiriləcəkmi?
Tərtərdə işgəncələr nəticəsində ölən hərbi qulluqçulardan biri Elçin Quliyevin anası Validə Əhmədova da bu məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində iştirak edir.

O, vəsatət qaldırıb ki, indiyə qədər dindirilən zərərçəkənlərin ifadələrində adları çəkilən vəzifəli şəxslər məhkəməyə çağrılıb dindirilsin.

Vəsatətdə Hərbi prokuror Xanlar Vəliyev, keçmiş korpus komandiri, general Hikmət Həsənov, o dövrdə hərbi hissə komandiri olmuş Teymur Məmmədov, Firdovsi Bəyov və başqalarının adları vardı.

Bu vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, vəsatətdə adları sadalanan şəxslərin bir qisminin adı şahidlər siyahısında var və məhkəməyə çağrılacaq. Digərlərinə gəlincə, əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərlə bağlı məsələyə baxıla bilər.

Tərtər işində adı hallanan yüksək vəzifəlilərdən heç biri indiyədək ittihamlara münasibət bildirməyib.

Məhkəmədə dindirilən zərərçəkənlərin dediklərindən o da məlum olur ki, işgəncəyə məruz qaldığı iddia olunan şəxslərin əksəriyyəti sonradan orduya yararsız hesab edilərək, işdən uzaqlaşdırılıb. Onlardan biri də zərərçəkmiş Məmməd İsmayılovdur. Onun sözlərinə görə, işgəncələrdən sonra onu sərəncama göndəriblər. 2018-ci ilin avqustuna qədər sərəncamda qalıb. O dövrdə işinə qayıtmaq istəsə də, cəhdləri nəticə verməyib: “Onda çalışdım ki, heç olmasa, iş zamanı xəsarət almağım haqda arayış əldə edim. Müdafiə Nazirliyinə yaxın buraxmırdılar. Babək Səmidli (polkovnik Səmidli 2020-ci ilin noyabrda minaya düşərək həlak olub) də neçə dəfə söz verdi, yerinə yetirmədi…”

Xatırladaq ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.
 
Ardını oxu...
Rusiyanın Bryansk vilayətində naməlum şəxslər yenidən dəmir yolu xəttini partladıb.

“Report” xəbər verir ki, bu barədə RBC və “112” teleqram kanalı məlumat yayıb.

Rusiya Dəmir Yolları bildirib ki, hadisə nəticəsində 20 yük vaqonları relsdən çıxıb.

Məlumata görə, hadisə yerli vaxtla 19:47-də (Bakı vaxtı ilə 20:47) baş verib. Olay itkilərə və yanğına yol açmayıb.

“SHOT” və “Baza” teleqram kanallarının məlumatına görə, üç partlayış səsi eşidilib. Təxminən 70 vaqonun olduğu qatar Bryanskdan Karaçevə gedirmiş. Onun nə daşıdığı dəqiqləşdirilməyib.

Xatırladaq ki, ötən gün Bryansk vilayətində “naməlum qurğu”nun partlaması nəticəsində neft məhsulları və taxta-şalban daşıyan qatarın relsdən çıxması barədə məlumat yayılmışdı.
 
Ardını oxu...
Aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası Revaz Bakarov məşqçi Mehman Xəlilovun evinə hücum edib

Bu barədə sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Əzimzadə M.Z.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.
Ardını oxu...
Ramil Hüseynov: “Harada separatçı fəaliyyət varsa, ermənilər orada separatçılarla bir sıradadılar”

Bu günlərdə Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasını Bakının vacib qələbəsi kimi dəyərləndirdi:

“Bir neçə gün əvvəl Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə nəqliyyat arteriyası olan Laçın dəhlizini nəzarət altına alıb. İki il yarım əvvəl sülh müqaviləsi bağlanandan sonra dedim ki, bu hələ başlanğıcdır. Hər şey sizin (Azərbaycan) olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb. Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq səviyyəli uzunmüddətli oyun nümayiş etdirir. İnsan ancaq həsəd apara bilər”.

Arestoviçin bu açıqlaması ermənilərin qəzəbinə səbəb olub. Utanmadan deyirlər ki, Ukraynada yaşayan yarım milyon erməni ölkənin ərazi bütövlüyü uğrunda döyüşür. Belədirsə, hanı statistik rəqəmlər? Məsələn, indiyə qədər 30 nəfər Ukrayna vətəndaşı olan azərbaycanlı həlak olub. Ancaq ermənilərlə bağlı bunların heç biri yoxdu.

“Rusiya ordusunda Ukraynaya qarşı təcavüzdə iştirak edən çoxsaylı erməni var”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Ukraynada yaşayan ermənilər Rusiyaya rəğbət bəsləyir: “Erməni tərəfi nə qədər bunu gizlətməyə çalışsa da, ukraynalılar bunu yaxşı bilir. Hətta ermənilərin Donbasdakı separatçılarla birlikdə Ukrayna əsgərlərinə qarşı vuruşduqları haqda dəqiq məlumatlar var. Bu, ermənilərin xislətindən irəli gələn bir haldır. 1992-1993-cü illərdə ermənilərin “Baqramyan” adında batalyonu Abxaziya separatçıları ilə birlikdə Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı vuruşub. Harada separatçı fəaliyyət varsa, ermənilər orada separatçılarla bir sıradadılar. Bunu heç vaxt gözardı etmək olmaz. Bəli, Ukraynada xeyli erməni yaşayır və onlar kifayət qədər şəbəkələşiblər. Ancaq indiyə qədər Ukrayna mediasında ermənilərin Rusiya təcavüzünə qarşı vuruşduqları barədə hansısa məlumata rast gəlməmişəm. Əksinə, Rusiya ordusunda Ukraynaya qarşı təcavüzdə iştirak edən çoxsaylı erməni var. Rusiya mediasında Marqarita Simonyan, onun əri Keasoyan, Baqdasarov, Kurginyan və digərləri Kremlin əsas təbliğat ruporları hesab olunur. Gecə-gündüz Ukrayna hakimiyyətinə qarşı propoqanda ilə məşğuldular. Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Özü də təkcə sözdə yox, həm də əməldə. Çünki separatçılığın necə böyük bəla olduğunu yaxşı bilirlər. Bununla yanaşı, Ukrayna İkinci Qarabağ müharibəsinin hərbi tərəflərini öyrənir. Xüsusən də döyüşdə PUA-ların tətbiqi bu baxımdan Ukrayna hərbçiləri üçün daha çox maraqlıdır. Bir sözlə, hər kəs ermənilərin kim olduğunu yaxşı bilir. Ermənilərdən fərqli olaraq, orada yaşayan azərbaycanlılar birmənalı olaraq Ukrayna dövlətinin yanındadılar. Bu baxımdan erməni tərəfinin iddiaları reallığı əks etdirmir”.

Vidadi ORDAHALLI
 
Ardını oxu...
“Sel, daşqın gələn ərazilərdə, xüsusilə də Goranboy və Tərtərdə ümumi vəziyyət stabildir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin sözçüsü Dilqəm Şərifov məlumat verib.

O bildirib ki, qurumun texnikaları ərazidə təmizlik işlərini davam etdirirlər:

“Hazırda texnika sel suları ilə gələn qalıqları, lil, daş, çör-çöpün təmizlənməsi ilə məşğuldur. Bu günə sözügedən ərazilərdə hava durumunu stabil qiymətləndirmək olar”.
Qeyd edək ki, ötən gün Goranboy, Tərtər bölgəsində sel və daşqınlar müşahidə edilib. Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda isə dolu yağıb. Hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələri sadalanan bölgələrdə yaşayış evlərinə, təsərrüfat sahələrinə ciddi ziyan vurub.
 

Dünyapress TV

Xəbər lenti