Ardını oxu...
Bakıda intihar baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 54 yaşlı Namiq Comərd oğlu Abbasov yaşadığı evin dəhlizindəki turnikdən özünü asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Ardını oxu...
"Xarici ölkələrdə yaşayan Cənubi Azərbaycan milli fəallarının həyatı təhlükə altında qalmaqda davam edəcək”.

TEREF.AZ bildirir ki, bu sözləri güneyli fəal, siyasi şərhçi Çingiz Göytürk Cebhe.info-ya açıqlamasında Cənubi Azərbaycanın müstəqilliyini və İranda Azərbaycan Milli Hərəkatını təbliğ edən GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalıya və onun oğlu Dəniz Obalıya qarşı hücumun arxasında duran gizli məqamları şərh edərkən bildirib.

Mətbuata verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Hücum zamanı Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu isə qırmağa cəhd ediblər.

Azərbaycan mətbuatı və sosial mediada bir çoxları iddia edir ki, Əhməd Obalı və onun oğluna təşkil edilən hücumun arxasında İran kəşfiyyatı dayanır. Çünki bu yaxınlarda Əhməd Obalı Azərbaycana sıx-sıx səfərlər edib və ölkədə dövlət rəsmiləri, media qurumların rəhbərləri və bir sıra ictimai fəallarla görüş keçirib. Bu hadisə isə ABŞ-a dönüşündən bir gün sonra baş verib.

Güneyli fəal da məsələ ilə bağlı bir çoxları ilə eyni fikirləri bölüşür.

Onun sözlərinə görə, Əhməd Obalıya qarşı hücumun arxasında birbaşa İran İslam Respublikasının kəşfiyyatı və fars millətçiləri dayanır:

"GünAz TV yaradıldıqdan sonra, eləcə də fəaliyyət göstərdiyi illər ərzində Əhməd Obalı və TV-nin digər aparıcıları dəfələrlə İran İslam Cümhuriyyətinə bağlı olan dairələrin və panfarsist qüvvələrin təhqirlərinə, hədə-qorxularına, mənəvi terroruna məruz qalıblar.

Əhməd Obalı bunları zaman-zaman bizlərlə paylaşıb. Həqiqətən, Əhməd Obalı və Güney Azərbaycan milli dövlətçiliyini təbliğ edən digər milli fəallar İran İslam Cümhuriyyəti tərəfindən idarə olunan sosial şəbəkələrin və kanalların açıq hədəfinə çevrilib.

Səslənən bəyanatlardan görünür ki, molla rejimi və panfarsist qüvvələr milli fəallarımızın fəaliyyətlərindən narahatdırlar. Hətta məsələ o yerə çatıb ki, onlar milli fəallara qarşı fiziki hücumlardan çəkinməyəcəklərini bildiriblər. Əhməd Obalı və onun rəhbərlik etdiyi GünAz TV molla rejimi və fars millətçilərinin hədəfinin mərkəzində dayanıb. Onlar istənilən fiziki hücuma əl atmaqdan çəkinməyəcəklər”.

Siyasi şərhçi hadisənin məişət zəmində baş verdiyini qeyri-mümkün hesab edib:

“Əhməd Obalının siyasi mübarizəsi və fəaliyyət istiqamətləri İran İslam Cümhuriyyətini və panfarsist dairələri çox narahat edib, onları çox təşvişə salıbdır. Obalıya təşkil edilən hücum, daha doğrusu terror aktı, onun milli mübarizəsinin nəticəsidir. Bu hadisə İran kəşfiyyatına bağlı dairələr və panfarsist qüvvələr tərəfindən törədilib”.

Çingiz Göytürk ABŞ-da İran İslam Cümhuriyyətinin kəşfiyyatına bağlı olan dairələrin və ifrat fars millətçiliyini təbliğ edən qruplaşmaların kök saldığını bildirib:

“Vaxtilə ABŞ-da pəhləvilər ətrafında toplanan fars millətçilərin Azərbaycanın milli fəallarına qarşı hədə-qorxuları və təhdidləri barədə dostlarımla çox söhbət edirdim.

Bu məsələ barədə dəfələrlə xəbərdarlıq edirdim. Müxtəlif qruplaşmalar yaradan həmin fars millətçilərin Güney Azərbaycanın milli fəallarına qarşı hədə-qorxularına və təhdidlərinə, habelə fiziki hücuma əl atacaqları ilə bağlı bəyanatlarına şahidi olmuşuq. Hətta onu da əlavə edim ki, müxtəlif zamanlarda pəhləvilər və molla rejiminin ünsürləri qeyri-fars millətlərinin hüquqları və azadlıqları məsələsində eyni fikirləri bölüşüblər, habelə bu millətlərin azadlığını boğmaq üçün birgə hərəkət etməyə hazır olduqlarını bildiriblər.

Fars millətçilərinin rəhbəri Rza Pəhləvi öz açıqlamalarında açıq şəkildə bildirib ki, o, lazım gələrsə, İranın ərazi bütövlüyü uğrunda molla rejimi ilə birlikdə mübarizə aparmağa hazırdır. ABŞ-da fars millətçiləri və molla rejiminin gizli dairələri bir-birinə bağlı olan qruplardır. Bunu Rza Pəhləvinin ifadələrində çox rahatlıqla görmək olar”.

Avropanın müxtəlif ölkələrində yaşayan digər milli fəalların da həyatının təhlükə altında olması ehtimalına toxunan Çingiz Göytürk bunun istənilən zaman baş verəcəyini istisna etməyib:

“Şəxsən özümlə bağlı qeyri-adi prosesin şahidi olmamışam. Amma Azərbaycan milli hərəkatının fəallarına qarşı İran İslam Cümhuriyyəti və onunla işbirliyi çərçivəsində olan panfarsist dairələr tərəfindən müxtəlif hədə-qorxular, təhdidlər və təhqirlər yağdırılmaqdadır.

Ona görə ki, Azərbaycan milli hərəkatı milli dövlətin yaradılması istiqamətində ciddi şəkildə öz milli iradəsini və əzmini ortalığa qoyur. Bu da molla rejimini və panfarsist qüvvələri qorxuya salıb. Onları öz narahatlıçığını açıq şəkildə ifadə edirlər. Azərbayan milli hərəkatının nümayindələrinə, o cümlədən digər milli fəallara qarşı fiziki hücumların baş verəcəyi istisna edilmir”.

Sonda güneyli fəal vurğulayıb ki, molla rejimi və fars millətçilərinin təhdidləri və hücumları Azərbaycan milli fəallarını öz mübarizəsindən döndərə bilməyəcək:

“Biz bu yola çıxarkən, bu rejimin mahiyyətindən, terrora meyilli olmasından xəbərdar idik. Bu rejimin təhdidləri və hədə-qorxularından nə dünən qorxumuşuq, nə bu gün qorxuruq, nə də bundan sonra qorxacayıq.

Azərbaycan milli hərəkatı öz mübarizə yolunu davam etdirəcək. Biz də milli hərəkatın fəalları olaraq istənilən hücuma, istənilən terror aktına qarşı birgə mübarizə aparacağıq. Bu cür hücumlar bizim mübarizə əzmimizi daha da gücləndirəcək”.
Ardını oxu...
DİA.AZ: - "Ayda 300-400 manat verib İP sayını saxta yollarla 20 min artıran saytlar bunu nə üçün edir?!" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist Fazil Əhməd çıxış edib.
Jurnalist daha sonra yazır: "Sizi əmiin edirəm ki, bu fırıldağı edən saytlara nəinki 20 min, gündəlik heç 300-500 giriş yoxdur.
Bəs, bunu nə üçün edirlər?
Hə, bax, əsl niyyət elə burada və bir də PR menecerlərlə "işbirliyi"ndə gizlənib.
Bir bilsəniz saxta İP oyunu ilə nə qədər bank, nə qədər nazirlik, İcra Hakimiyyəti, nə qədər dövlət təşkilatları, hətta Misli-filan kimi qumar şəbəkəsi və sairlərlə "press-reliz reklamı" adı altında ortada nə qədər pul fırladanlar var, dəhşətə gələrsiniz...
5-6 gündür maraqlandığım bu sahə üzrə nələr görmədim, nələrlə üzləşmədim ki?
Ən ağır gələni də belələrinin at kimi adamın üzünə durmalarıdır.
Bunların yuvasına çomaq soxmaq gərək deyilmi?
Məncə, gərəkdir, özü də mütləq!"

Məsələ dia.az olaraq diqqətimizdədir.
 
Ardını oxu...
"İmtahan prosesinin asanlaşdırılması ilə bağlı Dövlət İmtahan Mərkəzi müxtəlif mexanizmlər tətbiq edir".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Adıgözəl Həbibov II və III ixtisas qrupları üzrə qəbul imtahanı ilə əlaqədar canlı yayımda deyib.

O bildirib ki, bina tutumunun 250 nəfərlə məhdudlaşdırılması, imtahan zallarında orta hesabla 15 abituriyentin yerləşdirilməsi, abituriyentlərin tək-tək əyləşdirilməsi, zal nəzarətçisi sertifikatı almış şəxslərə üstünlük verilməsi, təcrübəli imtahan rəhbərlərinin prosesə dəvət olunması və digər bu kimi mexanizmlər imtahan prosesinin asanlaşdırılması məqsədilə tətbiq olunur.

"Bütün bunlar öz nəticəsini göstərir və iki gün ərzində imtahanlar təlimat qaydalarına uyğun olaraq təşkil edilib", - şöbə müdiri qeyd edib.
Ardını oxu...
Moskva yaxınlığındakı Palıd meşəsi (Dubovaya roşa) qəsəbəsində yeniyetmə tövlədə diri-diri yandırılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 14 yaşlı oğlan dostları tərəfindən tövlədə kilidlənib. Beləliklə, uşaqlar dostu ilə zarafat etmək istəyiblər. Qapını mismarla mıxlayıb gediblər. Bu zaman naməlum səbəbdən tövlədə yanğın başlayıb.

Bağlı qapı arxasında qalan məktəbli oradan çıxa bilməyib və ölüb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
 

May ayı soyuq keçməyə davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gündən etibarən havanın temperaturu yenə kəskin şəkildə düşəcək.

AzToday.az Xəzər TV-yə istinadən xəbər verir ki, soyuq hava daha çox bölgələrdə hiss olunacaq.

Paytaxt Bakıda da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Bəzi yerlərdə lokal xarakterli yağış yağacaq.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib ki, bu, son 24 ilin ən soyuq may ayıdır. Onun sözlərinə görə, havanın temperaturu mayın 22-dən sonra yüksələcək.

Ardını oxu...
Qadın mülk üstündə əri ilə birgə analığını baltalayaraq qətlə yetirib və gölə atıb.

Belə ki, Yasər (adlar şərtidir) həyat yoldaşını itirdikdən sonra qızı Sənəm və kürəkəni Rəşadla birlikdə yaşayırdı. Bir müddət sonra o Kifayət adlı qadınla ailə qurur.

Kifayətin hər hərəkətindən qıcıqlanan Sənəmlə ögey anası arasında tez-tez söz-söhbət olurdu. Kifayət evin qadını olduğunu qəbul etdirməyə çalışır, Sənəm isə buna öyrəşə bilmirdi.

Sənəm Kifayət barədə həyat yoldaşı Rəşada şikayətlənir, onunla eyni evdə yaşamaq istəmədiyini deyir. Rəşad onu sakitləşdirməyə çalışsa da, Sənəm hər keçən gün daha da əsəbiləşirdi.

Bir gün Kifayətin öz yataq otağından Sənəmin anasının paltarlarını çölə atması onlar arasında əlbəyaxa davaya səbəb olur. Kifayət səs-küyə gələn Rəşadı da təhqir edir.
Yaşadıqları evin atası tərəfindən Kifayətə veriləcəyindən, özünün isə vərəsəlikdən məhrum olunacağından qorxan Sənəm Rəşadla birgə analığını öldürməyə qərar verir. Onlar Kifayətin yatdığı otağa girərək əvvəlcədən planladıqları şəkildə balta ilə onu qətlə yetirirlər.

Sənəmlə Rəşad daha sonra Kifayətin meyitini və onun əşyalarını şəxsi maşınlarının baqajına qoyaraq evdən uzaqlaşırlar. Gölün kənarına gələrək yük yerindən qətlə yetirdikləri Kifayətin cəsədini çıxarıb, onu suya atırlar.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
“Köhnə məktəbli formaları artıq tarixə qovuşdu. 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala başlamışıq”.

Bu barədə Bizim.Media-ya Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Bu il isə köhnə məktəbli geyimlərindən istifadəyə imkan verilməyəcək:

“Növbəti tədris ilindən bütün şagirdlər, hətta 11-cilər yeni geyimlərlə təhsilə başlayacaqlar. Bakı şəhər Təhsil İdarəsi ilə Elm və Təhsil Nazirliyi bu işlə məşğuldurlar. Onlar istehsalçılarla iş aparıblar və hər kəsə konkret bölgənin, eləcə də məktəbin tapşırığı verilib. Köhnə məktəbli formaları istehsal etmirik və heç o geyimlərdən anbarda da qalmayıb. Yeni məktəbli geyimlərinin istehsalı ilə bağlı sifarişləri nazirlik indidən verib. Keçən il rüsvayçılıq oldu. Bizə heç kim, heç nə deməmişdi deyə problem yaranmışdı. Hesab edirəm ki, bu il belə bir çətinliyimiz olmayacaq”.

Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Nazirlər Kabinetinin qərarında da bildirilib ki, ötən il istifadə olunan geyim növbəti il üçün tətbiq edilməyəcək.

Onu da bildirək ki, artıq bəzi məktəb direktorları valideynlərə indidən tapşırıq verir ki, növbəti ildən dərsə gələcək uşaqlar filan rəngli forma geyinməlidir.
 
Ardını oxu...
"Mən Azərbaycanda qanunsuz mərc oyunlarının keçirilməsinin tərəfdarı deyiləm. Çünki əgər bunlar müəyyən qaydada insanların həyatına, onların psixologiyası, maddiyyatına ziyan gətirirsə, kimisə kədərləndirirsə, bunu keçirmək düzgün deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Azərbaycanda "1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunlarının yayılmasının zərərindən danışan deputat bildirib ki, bu cür fəaliyyətlər insanlarımızda ciddi problemlər yaradır:

"Təəssüf edirəm ki, belə oyunlarının keçirilməsi bir çox hallarda ailələrin dağılmasına, insanların müflis olmasına, digər neqativ hallara səbəb olur. Qanunsuz oyunların keçirilməsi tamamilə dövlətin qoyduğu qayda-qanunlara, qanunvericiliyə ziddir. Çünki Azərbaycanda qanuni mərc və lotereya oyunları müvafiq qaydada dövlət tərəfindən nəzarətdədir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar tənzimlənir. Amma xaricdən Azərbaycan vətəndaşlarına təklif olunan bəzi qumar növləri ilə ciddi mübarizə aparılmalıdır. Əgər qanunsuz oyunlar varsa və bu oyunlardan əldə olunan vəsait xarici ölkələrə çıxarılırsa, bu, yolverilməzdir. Müvafiq orqanlarımız bununla bağlı lazımi tədbirlər həyata keçirilməlidir".
 
Ardını oxu...
“Dövlət xərcləmələri Azərbaycanın ağrılı sahəsidir. Çox təəssüf ki, təkcə yol tikintisində deyil, bütün istqamətlərdə dövlət xərcləmələrinin yarıdan çoxu korrupsiyaya uğrayır. Məsələn, bir layihə üzrə iş 100 milyon manata görülməlidirsə, bunun 50-60 milyonunu korrupsiya yolu ilə mənimsəyirlər. Sözsüz ki, o layihənin icra olunduğu istiqamətdə işlər də keyfiyyətsiz gedir. Dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət etsək, görərik ki, həmin vəsait bir neçə mərhələdən keçərək icraçıya gəlir. Məsələn, bir şirkət onu alır, 10-20%-ni götürüb verir subicarəyə. İkinci şirkət də 10-15% götürüb yenidən subicarəyə verir… Yəni dövlət büdcəsindən ayrılan vəsait icraçıya çatana qədər bir neçə əldən keçir, müəyyən məbləğ həmin şirkətlərdə saxlanılır. Bunu da hökumət səviyyəsində çox yaxşı bilirlər. Mən bilirəmsə, onlar məndən də yaxşı bilirlər. Müvafiq dövlət məmurları saxlanılan vəsaitlərdən hesab alır. Korrupsiyanın çiçəklənməsinin barı-bəhrəsi, meyvəsi hazırda ölkədə fəaliyyət göstərən oliqarxlardır, yəni məmur sahibkarlar. Onlar vəsaiti hardan alıblar? Bu gün sahibkarlıqla məşğul olan dövlət məmurları, deputatlar, hökumətin digər strukturlarında çalışan məmurlar bu gün açıq şəkildə bizneslə məşğul olurlar. Biznesə qoyduqları kapitalı haradan qazanıblar? Kapital dövlət büdcəsindən oğurlanıb, başqa heç bir yerdən oğurlanmayıb. Yol və digər layihələrə dövlət büdcəsindən ayrılan vəsaitlər korrupsiyaya uğrayır. Buna görə də yollarımız keyfiyyətsiz çəkilir, hökumət adından görülən bütün işlər, sifarişlər keyfiyyətsiz həyata keçirilir…”

Bu sözləri Pravda.az-a müsahibəsində Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

A.Nəsirli bildirib ki, problemin aradan qaldırılması üçün dövlət səviyyəsində, siyasi hakimiyyətin iradəsi daxilində dövlət büdcəsinin xərclənməsində şəffaflıq, dürüstlük, hesabatlılıq öz əksini tapmalıdır: “Bu, olmayana qədər hazırda yaşadığımız yol çökmələrinin, yolların tez-tez sıradan çıxması kimi hadisələrin şahidi olacağıq. Yadınıza gəlirsə, Ziya Məmmədovun çəkdiyi Şimala uzanan beton yolu tort kimi doğradılar, əhalinin gözü qabağında daşıdılar. Həmin yola tökülən betonun içində bir zərrə armatur yox idi. Sementin də keyfiyyəti göz qabağında idi. İndi o yolu sürətlə yenidən çəkirlər. Yenidən çəkilən yolun keyfiyyəti necə olacaq, hələ bilinmir. Ziya Məmmədov o vaxt həm sementi “yemişdi”, həm də armaturu. Qumu qarışdırıb tökmüşdü yolun altına, guya beton yol çəkib. Beton yolun ömrü ən azı bir əsr olur. Yadımdadır, Sovet dövründə ilk beton yol Pskov-Moskva 40 kilometrlik magistralı idi. SSRİ dağılana qədər həmin magistral ölkənin bir nömrəli yolu sayıldı. O yolu müharibədən sonra alman əsirləri çəkmişdi. İndi də həmin yol fəaliyyət göstərir, heç bir problemi yoxdur. Sadəcə, mütəmadi 10-15 ildən bir üstündə asfaltı təzələyilər. Beton yol elə olar. Yoxsa Ziya Məmmədovun çəkdiyi “beton” yol heç üç il getmədi…”

İqtisadçı vurğulayıb ki, rayonlara gedən yollar, Ələt-Astara magistralı cəmi bir neçə il dözüm gətirir: “İndi həmin yollar yamaq-yamaqdır. Çala-çuxurlu yollardır. Keyfiyyətin yüksəldilməsi üçün birinci növbədə şəffaflıq, dürüstlük və hesabatlılıq təmin edilməlidir. Gələcək inkişaf göstərəcək. Bələdiyyələrin layihələri böyüməlidir, inkişaf etməlidir. Seçkili bələdiyyələrin şəhərin daxili yollarının qayğısına qalması məsələsi gündəmə gəlməlidir. Dünyada böyük şəhərlərin hamısında belə problemləri xalq tərəfindən seçilmiş yerli bələdiyyələr həyata keçirir, dövlətin təyin etdiyi məmurlar yox. Bələdiyyələr də seçkili orqan olduqları üçün növbəti dəfə sandıq başına gələndə əhalidən səs almağa üzləri olsun deyə problemləri uğurla həll edirlər. Rayonlararası yollar pullu yollar kimi fəaliyyət göstərə bilər. Amma hələ ki Azərbaycan buna hazır deyil. Yolların bu istiqamətdə fəaliyyət göstərən sahibkarlar tərəfindən özəlləşdirilməsi yolların keyfiyyətinin yüksəlməsinə gətirib çıxara bilər. Bu, o demək deyil ki, yolla gedənlərin hamısı yoldan istifadəyə görə pul versinlər. Xeyr. Özəl sektor bu işlə məşğul olur, amma vəsaiti hökumət verir. “Ödənişli yollar” sözündən oxucular qorxmasınlar ki, yoldan istifadəyə görə onlardan mütləq pul alacaqlar. Yox. Hökumət, sadəcə, özəl şirkətlərə vəsaitini versin, şirkətdən tələb etsin ki, mənim vətəndaşımın yollarını normal şəkildə düzəlt, mənim vəsaitim hesabına işləri gör, sonda mənə hesabat ver”.
 

Dünyapress TV

Xəbər lenti