Ardını oxu...
Güclü yağışdan sonra Goranboya sel gəlib.
TEREF APA-ya istinadla xəbər verir ki, bu gün rayonun Veyisli, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı və Qazançı kəndlərində sel suları fəsadlar törədib. Sel suları sözügedən kəndlərdə əkin sahələrini, avtomobil yollarına ziyan vurub.
Bəzi kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.
Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndlərə ezam olunublar.
 
Ardını oxu...
Şəhərin bir çox küçələrini sel basıb. Sel suları metro stansiyalarına da dolub.

Leysan səbəbindən paytaxtın bir çox yerlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Çoxlu sayda avtomobil yollarda qalıb.
Ardını oxu...
 
Ardını oxu...
Goranboyda 35 yaşlı kişini ildırım vurub.

Hurriyyet.Az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Quliyev Ayaz Mübariz oğlunu həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.

A.Quliyev təcili xəstəxanaya çatdırılıb.
 
 


 
Ardını oxu...
Qonşu ölkə Gürcüstanda son günlərdə ardıcıl olaraq zəlzələlər baş verib.
Belə ki, iyunun 4-də 4,7 və 5,4 maqnitudalı 2 zəlzələ, ötən gün isə 3,6 ballıq zəlzələ qeydə alınıb.
Bəs, bunun Azərbaycana təsiri ola bilərmi?
Mövzu ilə bağlı Mətbuat.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, Gürcüstanda baş verən yeraltı təkanlar Azərbaycan ərazisinə də təsir göstərəcək:
“Azərbaycan nəhəng bir tektonik bölgənin daxilindədir. Ona görə də, təbii ki, təsiri olacaq. Amma nə zaman və hansı gücdə olmasını demək mümkün deyil. Təbii ki, həmin ölkəyə yaxın olan ərazilər, Kiçik Qafqazın şimal yamacı, tektonik zonalar, seysmik aktiv ocaqlar aktivləşə bilər”
 
Ardını oxu...
Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları “taksi sürücüsü” rolunda cibgirlik edənləri saxlayıblar. Onların sərnişini olan zərərçəkənlər telefonlarını və bankdakı pullarını itiriblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, anoloji şikayətlər 2023-cü ilin dekabrında şəhərin mərkəzi hissəsində polisə daxil olmağa başlayıb. Müstəntiqlərin fikrincə, qrupa 43 yaşlı “taksi sürücüsü”, eləcə də onun 19 və 22 yaşlı iki ortağı daxildir. Onların ən böyüyü, həm də qrupun təşkilatçısı olub. O, sərnişinlər arasında sərxoş olanını axtarıb seçib. Daha sonra sürücü kömək bəhanəsi ilə sərnişindən mobil telefon istəyib və ehtiyatlı davranaraq şərikinə təhvil verib. O, başqa maşına keçib və zərərçəkənin hesabından pul çıxarıb.

Bu üsulla təkcə telefonunu deyil, hesabından 5 milyon rublunu da itirən başqa bir zərərçəkənin sayəsində qrupun izinə düşmək mümkün olub. Gediş zamanı sərnişinin mobil bankı vasitəsilə kreditlər götürülüb və onlayn mağazadan satınalmaların bütün siyahısı ödənilib. Zərərçəkmiş xatırladıb ki, telefonun kilidini özü açıb və arvadına zəng etmək üçün taksi sürücüsünə verib. Geolokasiya analizinə əsasən, taksi marşrutu ilə üst-üstə düşməyən şəhərin müxtəlif yerlərində alış-veriş edilib ki, bu da sürücünün əlaltılarının olmasından xəbər verib.

Məlum olub ki, şübhəlilərin ən böyüyü hədə-qorxu ilə tələb etmək və bankomatdan pul oğurlamaqda təqsirli bilinib. Məlumata görə, o, azərbaycanlıdır. Faktla bağlı “oğurluq” maddəsi ilə cinayət işi açılıb, şübhəlilər saxlanılıb. Hazırda polis qruplaşmanın qalan zərərçəkənlərinin şəxsiyyətini müəyyənləşdirir.
 
Ardını oxu...
Ötən ilin iyul ayının 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib. Əməliyyat zamanı kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqda yazılanlardan, deyilənlərdən aydın idi ki, ortada olduqca ciddi qanun pozuntuları var. Lakin bu əməliyyat çərçivəsində xüsusən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin adı hallanırdı.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, M.Ağayev həmin əməliyyat zamanı saxlanılıb. Bundan iki ay sonra onun sərbəst buraxıldığı deyilir.

Sabiq mətbuat katibinin azadlığa buraxıldıqdan sonra ölkəni tərk etdiyi bildirilir. Daha sonra isə Mais Ağayevin Türkiyəyə getdiyi məlum olub.

Qeyd edək ki, sonuncu dəfə o, 7 fevral 2024-cü il tarixində prezident seçkisində iştirak edib və səs verən zaman görüntülənib.
 
Ardını oxu...
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri sökülür.

News24.az-ın məlumatına görə, söküntü işləri Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel Əhməd Cəmil küçəsində həyata keçirilir.

Redaksiyamızın əldə etdiyi məlumata görə, sözügedən ərazidəki söküntü işlərini “De luxe Palace” tikinti şirkəti həyata keçirir. Lakin vətəndaşların əksəriyyəti söküntü işlərini həyata keçirən şirkətlə razılaşa bilmirlər.

Ətraflı RTV-nin sujetində:
 

Ardını oxu...
Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb..
Gundeminfo.az-ın xəbərinə görə, Sərəncamla su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Aslanov Rafiq Sabir oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Babayev Ədalət Rəşid oğlu

Əhmədov Sabir Niyazı oğlu

Qasımov Qasım Əlibala oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Əliqulu Şöyüb oğlu

Babayev Atakişi Abbasəli oğlu

Babayev Eyvaz Əvəz oğlu

Bayramov Abid Xalid oğlu

Cabbarov Anar Ramiz oğlu

Cəfərov Qalib Qaraş oğlu

Dərgahov Məzahir Həbib oğlu

Əhmədov Fazil Mayıl oğlu

Əliyev Araz İsbal oğlu

Əliyev Fazil Hatəm oğlu

Əliyev Lətif Mehdi oğlu

Əsgərov Ədalət Həzrətqulu oğlu

Əşrəfov Zakir Əli oğlu

Həsənov Məlik Həsən oğlu

Həsənov Məmmədhəsən Hüseynağa oğlu

Hüseynov Elşən Rəşid oğlu

Hüseynov Ramiz Mikayıl oğlu

Hüseynova Kəmalə Məhəmmədəli qızı

Xalıqov Elman İmanalı oğlu

İmanov Asif Adil oğlu

Qarayev Qabil Musa oğlu

Qədirov Fuad Akif oğlu

Qurbanov Daşqın Lətif oğlu

Mehnətov Pənah Sabir oğlu

Məmmədov Mübariz Ramiz oğlu

Məmmədov Nazim Məmmədağa oğlu

Məmmədov Rüfət Bayram oğlu

Minibayeva Tatyana Sabitovna

Mirzəcanov Nasir Bəydulla oğlu

Muxtarov Nizam Mirzəbala oğlu

Nağıyev Nazim Bülbül oğlu

Nağıyev Zahid Abbasqulu oğlu

Nəbiyeva Aidə Fərəc qızı

Rüstəmov Elşən Nəsrəddin oğlu

Rüstəmov Rüstəm Rafiq oğlu

Salmanov Sədrəddin Tapdıq oğlu.
Ardını oxu...
"Xəzər dənizinin sahil zonasının infrastrukturunun layihələşdirilməsində yeni konsepsiyanın tətbiqi məqsədəuyğundur".

APA xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü Rauf Qardaşov bu gün Coğrafiya İnstitutunda keçirilən “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Xəzər dənizinin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin sosial-iqtisadi həyatına ciddi təsir edən amildir və bu təsir əhalinin və sənayenin böyük ölçüdə cəmləşdiyi Xəzərin Azərbaycan sahili zonasında özünü daha qabarıq şəkildə göstərir:

"Sahil zonası infrastrukturunun (dəniz limanlarının, şose və dəmir yollarının, turizm-rekreasiya obyektlərinin, neft-qaz platformalarının və nəql xətlərinin, bərpa olunan külək, Günəş, dalğa enerji qurğularının) layihələndirilməsi mərhələsində səviyyə dəyişmələrinin nəzərə alınması vacib olan ən əsas amillərdən biridir. Bu layihələrin çoxu gələcək onilliklər üçün səviyyənin kifayət qədər dəqiq, 0.5 metri aşmayan xəta ilə proqnozunu tələb edir".

O, həmçinin əlavə edib ki, Xəzərdən fərqli olaraq okeanlarda səviyyə dəyişmələri əsasən (ebb and flow) qabarma və çəkilmə nəticəsində baş verir və bu dəyişmələrin vaxtı dəqiq təyin edildiyi üçün dəniz nəqliyyatının fəaliyyətinə demək olar ki, təsir etmir. Belə ki, gəmilər öz hərəkətlərini öncədən tənzim edirlər və limana səviyyə sabit olduğu zaman yaxınlaşırlar:

"Xəzər dənizində uzunmüddətli səviyyə dəyişmələrinin yetərincə dəqiq təyini mümkün olmadığı üçün sahil zonası infrastrukturunun layihələndirilməsində yeganə doğru strateji səviyyə dəyişmələrə adaptasiya oluna bilən inşaat texnologiyalarının tətbiqinin olduğu görülür".

Alimin sözlərinə görə, belə bir strategiyanın işlənməsinin iqtisadi nöqteyi-nəzərdən səmərəli olacağı öncədən görülə bilər:

“Buna əsas olaraq bu faktı göstərə bilərik - dünyanın ən cəlbedici çimərliklərinə malik olan İndoneziya, Filippin və Mayaminin sahil zonalarını zaman-zaman sunami və tornado tamami ilə məhv edir. Buna rəğmən, qısa müddətə (bir sonraki turizm mövsümünə qədər) bu turistik obyektlər bərpa edilir. Bu ona görə mümkün olur ki, bu infrastruktur obyektləri yüngül konstruksiyalı materiallardan estetik gözəllik nəzərə alınmaqla tikilir. Xəzər dənizində səviyyə dəyişmələri tədricən gedən proses olduğu üçün infrastruktur obyektlərinin gözlənilmədən məhvi riski demək olar ki, yoxdur. Yetər ki, onlar səviyyə dəyişmələrinə adaptasiya oluna biləcək şəkildə, yəni sürüşdürülə və qaldırılıb-endirilə bilən texnologiyalar əsasında inşa edilsin".
 
Ardını oxu...
“Oba” marketdən aldığımız istənilən məhsul ya köhnə olur, ya da paketi açıq olur. marketin havalandırma sistemi olmadığına görə də də satılan hər şeydən, çörəkdən belə pis qoxu gəlir.

Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla yazıb. O bildirib ki, “Oba”da satılan heç nə alınacaq səviyyədə deyil:

“Məhəlləmizdə təxminən 500 metr radiusda 4 OBA Market var. Hamısında zay məhsullar satılır. O gün olmur ki, aldığımız nəsə ya köhnə, ya açıq paket olmasın. O qədər sıx düzülüblər ki, xırda məhəllə marketləri məcbur olub bağlanıblar, sakinlər OBA-lara üz tutmağa məhkum ediliblər. Ən yaxınımızdakı OBA-da isə bir qoxu var ki, baş çatladır. İş o yerə çatıb, artıq ordan çörək və s. açıq məhsul almırıq, qoxu dadına çökür məhsulların. Paketlərini də gələn kimi açır zibilə atırıq ki, qoxusu evə dağılmasın. Səbəb odur ki, MARKETDƏ HAVALANDIRMA SİSTEMİ YOXDUR! Bir neçə ay əvvəl diqqətlərinə çatdırmışam, amma nəticə də yoxdur. Yazanda, deyirlər bizə inhisarçı deyirsiz, inhisarçılığın buynuzumu olur? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə hələ malalamaqla məşğuldur. Onlara verdiyimiz sorğunu və aldığımız cavabı təqdim edəcəm, özünüz baxıb görəcəksiz necə mahir malaçı olduqlarını…”

Marketin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
 
 

 


Dünyapress TV

Xəbər lenti